"Ermənilər yaxın həftələrdə Ali Baş Komandanın istənilən şərti ilə razılaşmağa məcbur ediləcək"

"Ermənilər yaxın həftələrdə Ali Baş Komandanın istənilən şərti ilə razılaşmağa məcbur ediləcək"Ermənistan azad edilmiş əraziləri yenidən geri götürmək istəyir, Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlər törədir, şəhərləri balistik raketlərlə atəşə tutur.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Bəhruz Məhərrəmov bildirib ki, artıq müharibə Ermənistan üçün sonuncu fazadadır, düşmənin bütün üsul və vasitələrə əl ataraq rüsvayçı məğlubiyyətdən xilas olmaq üçün yollar axtarması normaldır:

"Mülki insanlara və mülki obyektlərə hücum, hərbi zərurət olmadan dağıntıların törədilməsi, ciddi və lüzumsuz dağıntılara səbəb olan üsul və vasitələrindən istifadə edilməsi, daxili auditoriyaya hesablanmış yalançı təbliğat Paşinyan üçün son çarədir. Ermənistan hərbi və siyasi təxribat törətməklə arxa cəbhədə təşviş yaratmaq, eləcə də ön cəbhədəki əsgərlərdə ruh düşkünlüyünə səbəb olmaq niyyəti güdür. Lakin şahidsiniz ki, bütün bunlar əbəs cəhdlərdir, hər bir erməni vəhşiliyi qat-qat artıqlaması ilə cavabını alır. Biz ermənilər kimi yalnız "nəyisə etdik" deyib keçmirik, bizim bütün xəbərlərimizin arxasında videoxronika dayanır, sadə azərbaycanlı, ordusunun düşməni necə məhv etdiyini, şəhid valideyni oğlunun qisasının necə alındığını gözü ilə görür. Əlbəttə, bunu eyni zamanda ermənilər də görür və təsadüfi deyil ki, artıq Rusiya KİV-ləri Qarabağda əməliyyatlardan öncə yaşayan insanların 4/5-nün qaçdığını yazır. Hətta Ermənistanın özündən köç başlayıb və nəticədə Ermənistan hökuməti ölkədən çıxışla bağlı yeni qaydalar qəbul etməyə məcbur olub. Ermənistanın təbliğat materiallarına gəlincə, bu, Ermənistanda daxili auditoriyaya, eləcə də Paşinyanın hakimiyyətinin ömrünün uzadılmasına, biznesin və varidatının xaricə daşınması üçün vaxt udmağa hesablanıb.

Əlbəttə, biz günü bu gün də sülhə sadiqik, bölgədə stabillik dinclik, sülh arzulayırıq, lakin hansı sülh? Söhbət yalnız bizim diqtə edəcəyimiz, Ermənistanın təlimçiliyini rəsmiləşdirən, Azərbaycanın ərazi bütövlüyünü, habelə Zəngəzur, Göyçə və İrəvandakı soydaşlarımıza münasibətdə tarixi ədalətin tam bərpa edilməsini nəzərdə tutan sülhdən gedir. Ermənistan əgər mövcudiyyətini qorumaq istəyirsə, ən qısa zamanda saxtakar və sabun köpüyünə bənzər təbliğatını dayandıraraq xalqa həqiqəti açıqlamlı və Azərbaycandan aman diləməlidir. Bu praqmatik yanaşma olar, əks halda, onsuz da haylar yaxın həftələrdə Azərbaycanın Ali Baş Komandanının istənilən şərti ilə razılaşmağa məcbur ediləcək".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2602   Tarix: 24 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021