"Ermənistan cəbhədə ordumuzla döyüşə bilmir, bunun acığını mülki əhalidən çıxır"

"Ermənistan cəbhədə ordumuzla döyüşə bilmir, bunun acığını mülki əhalidən çıxır"Ermənistan azad edilmiş əraziləri yenidən geri götürmək istəyir, Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlər törədir, şəhərləri balistik raketlərlə atəşə tutur.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə davamlı olaraq torpaqlarımızı işğaldan azad edir:

"Bir neçə şəhər və kənd işğaldan azad olunub. Ermənistan açıq şəkildə məğlub vəziyyətdədir, Azərbaycan ordusunun qarşısında acizdir. Cəbhə bölgəsində ordumuzla döyüşə bilmir. Bunun acığını mülki əhalidən çıxır. Bilirsiniz ki, Qəbələ, Kürdəmir, Gəncə, Goranboy və digər rayonlarda dinc əhaliyə qarşı qadağan olunmuş ballistik raketlər atılır. Bununla yanaşı, zaman-zaman mediada da yanlış məlumatlar yayılır. Ermənistan mətbuatına gedən məlumatların hamısı yaladır, sadəcə Ermənistan ictimaiyyətinin sakitləşdirilməsinə yönəlib. Ermənistan rəhbərliyi beynəlxalq təşkilatlara da yanlış məlumatlar verir. Özləri mülki əhaliyə qarşı cinayət törədib, Azərbaycanı günahlandırırlar. Eyni zamanda Ermənistan yalan məlumat yayıb ki, guya Azərbaycan Xankəndini və ətraf kəndləri bombalayır. Bütün bunlar ermənilərin təxribatlara davam etməsini göstərir. Bu ölkə cəbhədəki məğlubiyyətini yalanlarla örtməyə çalışır.

Bütün bunlara baxmayaraq, Azərbaycanın güclü ordusu var. Xalqımız Ali Baş Komandanımıza və ordumuza inanır. Ona görə də belə şeylər Azərbaycan xalqına təsir edə bilməz. Onlar bu yollarla insanlarda çaşqınlıq yaratmağa çalışırlar. Amma bu, mümkün deyil. Çünki bu gün Azərbaycan xalqının tək məqsədi işğal altında olan bütün torpaqlarımızın azad olunmasıdır. Vətəndaşlarımız da çox diqqətli olmalıdırlar. Yalnız Müdafiə Nazirliyinin videolarını paylaşsınlar. Rəsmi olmayan şəkil və videoları yaymasınlar".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1568   Tarix: 24 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Məktəbli qıza qarşı əxlaqsızlıq edən kişiyə cəza verildi

Bakının Nərimanov rayonunda yerləşən binanın dəhlizində 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Oğuz rayon sakini olan 1993-cü il təvəllüdlü Riad Ağayev (ad-soyad şərtidir) Cinayət Məcəlləsinin 153.2-ci (14 yaşına çatmamı

23 aprel
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24 aprel
.

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - YENİLƏNİB

İntihar etmiş sabiq baş pediatrı, Tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev hadisədən əvvəl məktub yazıbmış. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, keçmiş baş pediatr məktubda intihar etməsinin səbəbini yazıb. Məktub istintaq orqanı tərəfindən götürülüb. 14:20. Respublikanı

24 aprel
.

Sabah 31 dərəcə isti olacaq

Aprelin 25-ə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfer təzyiq

24 aprel
.

Bu ərazilərdə qaz olmayacaq

Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da

23 aprel
.

Final" çayın dəstəyi ilə tanınmış aparıcı Çində

"Final" çay markasının dəstəyi ilə tanınmış aparıcı Fərid Rəsul çayın vətəni sayılan Çinə səfər edib. "Klassika ilə dünyaya sarı" şüarı altında aparıcı Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniya, İtaliya ölkələrini gəzib, son ziyarət etdiyi ölkə isə Finlandiy

24 aprel
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24 aprel
.

Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin aprelin 24-ü saat 09:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb. Bu barədə xidmətdən -a bildirilib. Aprelin 23-də axşam Bakıda və Abşeron yarımadasında qısamüddətli az yağış yağıb. Düşən yağıntını

24 aprel
.

Kart hesabı paylaşıb pul yığanlara necə İNANAQ? - VİDEO

Külli miqdarda pula ehtiyacı olan şəxslərə kömək etmək ehtiyacı olanda ağla gələn ilk vasitə kart hesabı açaraq vəsait üçün pul toplamaq olur. Hətta demək olar ki, hər günümüzü telefona gələn yardım xahişləri ilə açırıq. Amma tez-tez rastlaşdığımız bu mənzərəyə görə, xeyirxahlığımızın qurbanı ola bilərik

24 aprel