Uzun illər ayağımız dəyməyən torpaqlarımız iqtisadiyyatımızı gücləndirəcək- DEPUTAT

Uzun illər ayağımız dəyməyən torpaqlarımız iqtisadiyyatımızı gücləndirəcək- DEPUTATErmənistan faktiki olaraq Azərbaycana qarşı ekoloji terror törədib. Ermənilər Tərtər çayının qabağını bağlayırdılar və beləliklə, yüz minlərlə hektar torpaq su ilə təchiz olunmurdu.

Onlar yayda, insanların ehtiyacı olanda suyu bağlayır, qışda açırdılar, bu isə daşqına səbəb olurdu. İndi həmin ərazilər kənd təsərrüfatımızın inkişafına yeni təkan verəcək.

Azərbaycan ərazilərin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatının gələcək inkişafını artıq planlaşdırmağa başlayıb.

Bununla bağlı Sonxeber.az-a deputat Azər Badamov danışıb:

"30 il erməni işğalı altında olmuş ərazilərimiz kənd təsərrüfatı üçün yararlı, məhsuldar torpaqlardır. Təxmini hesablamalara görə işğal altındakı torpaqların kənd təərrüfatı potensialı ümumi respublika kənd təssərüfatı potensialının 8%-ə qədəridir. Bu torpaqlarda heyvandarçılıq, bağçılıq, taxılçılıq, tütünçülük və digər sahələri üzrə böyük nəticələr əldə etmək mümkündür. Təkcə heyvandarçılıq üzrə təxmini hesablamalara görə burada əldə edə biləcək potensial ümumi ölkə üzrə ölkədə tələbatını ödəmək məqsədilə idxal olunan ət və süd məhsullarının həcmindən 2 dəfəyə qədər çoxdur. Beləliklə deyə bilərəm ki, torpaqlarımız işğaldan azad olunandan sonra bu ərazilərdə aqrar sahəni inkişaf etdirməklə ölkədə kənd təsərrüfatı məhsullarına olan tələbatı tam ödəmək və ixrac potensialımızı artırmaq mümkündür.

Bundan əlavə bu ərazilər dağlıq olduğundan faydalı qazıntılarla da zəngindir və işğaldan azad olunandan sonra buralarda müasir sənaye kompleksləri yaradılacaqdır. Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun bu illərdə işğal altında qalması ölkəmizi ekoloji terrorla qarşılaşdırmışdır. Aran Qarabağın əsas su mənbələri Dağlıq Qarabağda formalaşdığından bu illər ərzində bu ərazilərdə suvarılma su problemini həll edilməsi üçün milyonlarla dövlət büdcəsindən vəsaitlər ayrılaraq subartezian qoyuları qazılaraq istismar olunurdu.

İndi artıq Suqovuşan su anbarı və Xudafərin su anbarları işğaldan azad olunmuş, Sərsəng su anbarı da yaxın günlərdə azad olunacaqdır. Bu su anbarların su tutumuna diqqət yetirsək görərik ki, Suqovuşan su anbar 5,8 milyon kub metr, Sərsəng su anbarı 590 milyon kubmetr, Xudafərin su anbarının tutumu daha da çoxdur. Soqvuşan və Sərsəng su anbarları 14 rayonun 98 min hektar, Xudafərin su anbarı isə 252 min hektar kənd təsərrüfatı təyinatlı torpaqların suvarılmasına hesablanmışdı. Həm də bu su anbarları üzərində kiçik hidroelektrik stansiyaları işə salmaqla ölkədə istehlak olunan elektrik enerji tələbatının əhəmiyyətli hissəsini istehsal etmək imkanına malikdir. Bu illər Suqovuşan və Sərsəng su anbarları işğala məruz qaldığından mənfur düşmənimiz anbardakı suyu qış qylarında boşaldaraq torpaqlarımızı selə, yaz və yay aylarında suyun qabağını kəsərək susuzluğa məruz saxlayırdı. Suqovuşan su anbarın işğaldan azad olunması Tərtər çayına yenidən həyat verildi və anbardan lazımı normada su axıdılaraq Tərtər, Yevlax və Bərdənin suvarılma su problemini təbii yolla həyata keçiriləcəkdir. Torpaqlarımızın işğaldan azad olunması prosesinə təəssüf ki, müharibə yolu ilə həyata keçirilməsinə məcbur olub şəhid veririk. Torpaq uğrunda ölən varsa vətəndir. Vətənimizin hər qarışı isə cənnətdir. Torpaqlarımızın işğalçılardan təmizlənəndən sonra ölkəmizdə inkişafın yeni mərhələsi başlanacaqdır. Uzun illər ayağımız dəymədiyi torpaqlarımız canlanacaq və ölkə iqtisadiyyatının güclənməsinə öz töhfəsini verəcəkdir".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1349   Tarix: 24 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah 30 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündü

19 aprel
.

Bakıda yarım milyona Quran satılır? - FOTO

Azərbaycanda yarım milyona Quran kitabı satışa çıxarılıb. xəbər verir ki, bu barədə saytlardan birində elan yerləşdirilib. Qeyd edilib ki, kitab XIX əsrdə miniatür litoqrafiya ilə işlənmiş Osmanlı Quranıdır. Bu kitabı, xüsusilə Birinci Dünya müharibəsində vuruşan bəzi müsəlman əsgərlər üzərlərində gəzdirirmişlər

19 aprel
.

Broyler toyuq neçə kilo olmalıdır? - Artığı təhlükədir

Broylerlər (ətli toyuqların hibridləri) iri cəmdəyə malik olan yumurtlayan toyuqlardan fərqlənir. Bu quşlar ət üçün tez kökəlməklə yetişdirilir. Hibridləri fermada saxlamaq sərfəlidir, çünki düzgün qulluq və qidalanma ilə toyuqlar hər gün davamlı olaraq çəki qazanırlar. Yumurtlayan toyuqlardan daha sürətl

19 aprel
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19 aprel
.

Gələn ay şuşalılar yurdlarına qayıdırlar - Video

"May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi həyata keçiriləcək". "Qafqazinfo" xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəye

20 aprel
.

Ata-anasını ödürən Fikrəti HANSI CƏZA GÖZLƏYİR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi törədilib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova yaşadıqları evdə kəsici alətlə qətlə yetiriliblər

19 aprel
.

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universiteti Elm və Təhsil Nazirliyini

20 aprel
.

"Prezident İlham Əliyevin dilomatiyası Azərbaycana uğurlar gətirməkdə, qələbələr qazandırmaqda davam edir" - DEPUTAT

Xəbər verdiyimiz kimi Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyas

20 aprel
.

"Qazaxın 4 kəndinin qaytarılması Müzəffər Ali Baş Komandan İlham Əliyev diplomatiyasının qələbəsidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyas

20 aprel