Mətbuat Şurasından Fransanın "TF1" telekanalına təzyiq barədə AÇIQLAMA

Mətbuat Şurasından Fransanın "TF1" telekanalına təzyiq barədə AÇIQLAMAAzərbaycan Mətbuat Şurası Fransanın "TF1" telekanalının yerli erməni lobbisi tərəfindən təhqir və hədə-qorxularla üzləşməsi ilə bağlı dünyanın aparıcı media qurumlarına, insan hüquqları birliklərinə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Şuradan verilən məlumata görə, müraciətdə bildirilib:

"2020-ci il sentyabrın 27-dən aktiv hərbi əməliyyatlar mərhələsinə keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması olduqca vacibdir. Bu, həm Azərbaycan xalqının haqlı mövqeyinin təbliği, həm də ümumən dünyanın Qarabağ məsələsinə ədalətli münasibətinin formalaşması baxımından müstəsna əhəmiyyət daşımaqdadır.

Təəssüf ki, dünya ictimaiyyəti ötən 30 ildə sadaladığımız reallıqlara biganə qalıb. Hərbi əməliyyatların intensivləşdiyi hazırkı şəraitdə Qərbin bir sıra kütləvi informasiya vasitələri Qarabağ həqiqətlərinə yenə ədalətsiz və qərəzli yanaşırlar. Bütün bunları görürük və Azərbaycanla bağlı ədalətli mövqe nümayiş etdirən KİV-lərin işinə dəyər verir, onların fəaliyyətini yüksək qiymətləndiririk. Fransanın "TF1" telekanalına rəğbətimiz də məhz bundan qaynaqlanır.

Telekanalın əməkdaşı xanım Liseron Budul Dağlıq Qarabağ münaqişəsindəki hazırkı durumu peşəkarlıqla diqqətə çatdırıb, özü şəxsən hərbi əməliyyatların getdiyi ərazidə, Ermənistanın Azərbaycanın mülki əhalisini kütləvi qırğın silahları ilə atəşə tutduğu Gəncə, Tərtər və digər bölgələrində olub. Onun hazırladığı material çalışdığı telekanalda yayımlanıb.
Onu da təəssüflə bildirməliyik ki, "TF1" telekanalı bu reportajı yayımladıqdan sonra Fransadakı erməni lobbisinin üzvləri media orqanına və xanım Liseron Budula qarşı təzyiqlərə başlayıb. Onların açıq təhqirləri, ölüm hədə-qorxuları o həddə çatıb ki, telekanal həmin materialı sistemindən silmək məcburiyyətində qalıb.

Azərbaycan Mətbuat Şurası olaraq Fransa kimi bəşəri ənənələrə malik ölkədə demokratizmin mühüm göstəricisi sayılan söz azadlığına qarşı ağlagəlməz basqıdan hiddətlənir, faktı qətiyyətlə pisləyirik. İfadə etdiyimiz mövqe bütövlükdə Azərbaycan jurnalistlərinin məsələyə sərt yanaşmasıdır.

Erməni lobbisinin özbaşınalığını ümumilikdə Qərb dəyərlərinə münasibətdə ciddi təhdid kimi qiymətləndiririk. Bu təhdid eyni zamanda qitə üçün olduqca mənfi presedentdir və əgər qarşısı alınmasa, daha ciddi fəsadlar törədə bilər.

Düşünmək mümkündür ki, Avropanın istənilən ölkəsinin media orqanları tərəfindən Azərbaycan, Dağlıq Qarabağ həqiqətləri ilə bağlı hazırlanmış obyektiv, qərəzsiz süjetlər, reportajlar erməni lobbisi tərəfindən təhdidlə qarşılanacaqdır. Sizlərdən belə bir acınacaqlı durumu yalnız təsəvvürə gətirməyinizi xahiş edirik. Biz Avropa cəmiyyətində söz və ifadə azadlığı üçün qorxunc mənzərə görürük. İstərdik ki, sizlər də görəsiniz və önləyici tədbirlərin həyata keçirilməsi üçün dəstəyinizi əsirgəməyəsiniz.

"TF1" telekanalının üzləşdiyi təzyiq nəinki Fransada, ümumilikdə Avropada qanunçuluğa təhdiddir. Bu təhdid söz və ifadə azadlığı kimi ali dəyərləri heçə saymağı, mediaya, jurnalistə qarşı təzyiqi, hədə-qorxunu normaya çevirə bilər. İstərdik ki, bunu da nəzərə alasınız.
Biz, Azərbaycan jurnalistləri Sizləri – dünyanın aparıcı media qurumlarını, insan hüquqları birliklərini və beynəlxalq təşkilatları Fransanın "TF1" telekanalına, onun əməkdaşı Liseron Budula qarşı Fransadakı erməni lobbisi tərəfindən həyata keçirilməkdə olan mənəvi təzyiqlərə, hədə-qorxulara biganə qalmamağa çağırırıq.

Biz Fransa hakimiyyəti orqanlarını "TF1" telekanalı ilə bağlı yaranmış durumu ciddi nəzarətə götürməyə səsləyirik. Arzu edərdik ki, Fransa hakimiyyəti hazırkı vəziyyətin həssaslığını nəzərə alaraq, erməni lobbisi tərəfindən ölümlə hədələnən xanım Liseron Budulun həyatı üçün təhlükə yarandığını düşünsün.

İstərdik ki, "TF1" telekanalı vaxtilə Məhəmməd Peyğəmbərlə bağlı karikatura yayımladığı üçün təzyiqlərlə üzləşən "Charlie Hebdo" satirik jurnalı kimi Fransa hakimiyyəti tərəfindən təhlükəsizlik himayəsinə alınsın.

Bir daha sizləri "TF1" telekanalı ilə bağlı diqqətə çatdırdığımız məsələyə həssas yanaşmağa, söz və ifadə azadlığına qarşı açıq təhdidlərə susmamağa, məsələyə ciddi mövqe nümayiş etdirməyə çağırırıq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1765   Tarix: 24 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutuldu

Avqustun 15-i saat 04:33 və 07:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlarda

15 avqust 2021
.

Azərbaycandan Ermənistana sərhəddəki təxribatlarla bağlı ÇAĞIRIŞ

Azərbaycanın Ombudsman Aparatı Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədindəki təxribatları ilə bağlı açıqlama yayıb. -ın məlumatına görə, açıqlamada deyilir:. "Ermənistanın beynəlxalq hüquq normalarına və 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəlarına zid

14 avqust 2021
.

Füzuli və Cəbrayılda 4 erməni hərbçisinin meyiti tapıldı

Azərbaycanın Füzuli və Cəbrayıl rayonları ərazisində daha 4 ermənin meyiti tapılıb. xəbər verir ki, məlumatı "Sputnik Armeniya" yayıb. Bildirilib ki, 2020-ci il noyabrın 10-dan sonra işğaldan təmizlənən Azərbaycan ərazisində aparılan axtarış nəticəsində Ermənistan 1595 ermənin meyiti və y

3 iyul 2021
.

Ermənistanın verdiyi xəritələrin 20-30 faiz doğru çıxması ilə bağlı nazirlikdən AÇIQLAMA

Ermənistan tərəfindən Azərbaycana təhvil verilən Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov aydınlıq gətirib. -ın məlumatına görə

20 iyun 2021
.

İraq Türkiyədən "Bayraktar TB2" PUA-larını alacaq

İraqın müdafiə naziri Cuma İnad Sadun Türkiyədən "Bayraktar TB2" PUA, 12 ədəd "T129 ATAK" helikopteri və 6 "KORAL" mobil elektron müharibə sistemi alması barədə razılaşma elan edib. -ın məlumatına görə, keçən həftə İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisin

28 avqust 2021
.

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub - RƏSMİ

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Aslanov Şamil Mais oğlu ilkin ehtimala görə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı araşdırma aparılır

31 iyul 2021
.

Taras Kuzio: "Ermənistanın mina xəritələrini verməməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır"

Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır. Bunu Ukrayna Milli Universitetinin "Kiyev-Mogilyan akademiyası"nın britaniyalı professoru Trend-ə bildirib. Onun sözlərinə görə, bu məsələ təcili olaraq BMT, Avrop

6 iyun 2021
.

Ermənistan daha səkkiz hərbçisinin qalıqlarının tapıldığını açıqladı

Ermənistan tərəfi Qarabağda aparılan axtarışlar zamanı daha səkkiz hərbçisinin qalıqlarının tapıldığını açıqlayıb. xəbərverir ki, bu barədə saytı yazıb. Erməni hərbçilərin qalıqları Azərbaycanın işğaldan azad olunan Hadrut qəsəbəsi ərazisində tapılıb

12 iyun 2021
.

Ermənilər ağaclara da minalar quraşdırıb - FOTOLAR

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Xocavənd rayonu ərazisində meşə massivi istiqamətində Ermənistan tərəfindən ağaca quraşdırılmış piyada əleyhinə mina aşkar edilib. ANAMA-dan -a bildirilib ki, döyüş meydanında məğlubiyyətə uğradılan düşmən, əhali və orduya qarşı ço

26 iyun 2021