Tələbə-gənclər qurumları mötəbər beynəlxalq təşkilatlara ermənilərdən şikayət ünvanladı
Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Tələbələr və Məzunlar Platforması Ermənistan silahlı qüvvələrinin cəbhəyanı yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində dinc əhalinin, xüsusilə də gənclərin və uşaqların qətlə yetirilməsi ilə bağlı ATƏT, BMT, UNICEF kimi təşkilatlara müraciətlər ünvanlayıb.
Müraciətlərdə Ermənistanın siyasi və hərbi rəhbərliyinin birbaşa göstərişi ilə Azərbaycanın döyüş bölgəsindən yüzlərlə kilometrlər uzaqlıqda yerləşən yaşayış məntəqələrinin ağır artilleriya və taktiki-ballistik raket sistemləri vasitəsilə atəşə tutulması barədə məlumat verilir və bildirilir ki, daha iki nəfər gənc erməni tərəfinin hərbi cinayətlərinin qurbanı olub.
Qeyd olunub ki, Tərtər rayonunun Kəbirli kənd sakini, 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu "Smerç" raketləri ilə həyata keçirilən atəş zamanı yaşadığı evin həyətində öldürülüb. 13 yaşlı Rusiya Federasiyası vətəndaşı, Gəncə şəhərində qonaq olan Mayakov Artur Vladimiroviç isə 17 oktyabr tarixində Gəncə şəhərinin "Skad" raketləri ilə atəşə tutulması nəticəsində aldığı yaralardan müalicə olunduğu xəstəxanada bu gün vəfat edib.
Vurğulanıb ki, müharibəyə və hərbi əməliyyatların gedişinə heç bir aidiyyəti olmayan dinc mülki insanların, o cümlədən uşaq və gənclərin hədəf alınması Ermənistan rəhbərliyinin çirkin və insanlıq qanunlarından uzaq siyasətinin mahiyyətini ortaya qoyur. Ermənistan dinc vətəndaşlarımızı qətlə yetirməklə və mülki obyektləri dağıtmaqla döyüş meydanındakı məğlubiyyətlərinin əvəzini çıxmağa çalışır.
Müraciətlərin sonunda dünya ictimaiyyəti Ermənistanı bu qeyri-insani hərəkətlərinə görə qəti şəkildə pisləməyə, törətdiyi müharibə cinayətlərinə görə bu ölkəni məsuliyyətə cəlb etməyə, eləcə də bölgədə sülhün bərqərar edilməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməyə çağırılır.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 2662 Tarix: 24 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşHicama haqqında nələri bilirik?
Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. -ın verdiyi xəbərə görə, bu barədə həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu izləyicilərini məlumatlandırıb. Hicama faydaları çox ols
12 avqustBu kartoflardan yeməkdə istifadə etmək olmaz - Alimlərdən məsləhət
Alimlər müəyyən ediblər ki, kartof buxarda bişiriləndə və ya soyutmalananda orqanizm üçün faydalıdır. Lakin bəzən o, sağlamlıq üçün olduqca təhlükəli ola bilər:. Soyuducuda saxlanılan kartof. -a istinadən bildirir ki, soyuducuda saxlanıldıqdan sonra kartofun tərkibindəki nişasta şəkərə çevrilir. Bu cü
25 oktyabr 2021Arıqlamaq istəyənlər, DİQQƏT: Heç bir pəhriz sizə kömək etmir?
Sizlərə Fransa istehsalı olan FATZORB kapsullarını təqdim edirik. 1 İştahı kəsir . 2 metobalizmani gücləndirir. 3 piy qatlarını əridir. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. MƏHSUL HAQDA ƏTRAFLI. Bir kurs ərzində orqanizmdən asılı olaraq 5-12 kg arıqlamaq mümkündür. Sifariş və suallarınız üçün 05
23 fevral 2021Arıqlamaq istəyirsiniz?
MƏHSUL HAQDA ƏTRAFLI. Diqqət BLACK LATEE - Arıqladıcı kofelər artıq Bakıda. Yetərincə tanınmiş məhsul. hər səhər 1 stəkan içməklə gün ərzində sizi tox saxlayaraq, artıq çəkidən azad edəcək. Yağları parçalayır və enerjiyə çevirir. Bədəndən toksinləri xaric edir. İştahanı azaldır və enerji verir. Artı
27 yanvar 2021Almaniyada Gəncə terroruna qarşı etiraz yürüşü keçirilib
Almaniyanın Bielefeld şəhərində yaşayan soydaşlarımız Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə Bielefeld Hauptbahnhof stansiyasından Kundgebung meydanına doğru yürüş edib. Azərbaycan və türk icmalarının iştirak etdiyi yürüş Ermənistan ordusunun Azərbaycanın bir sıra rayon və şəhərlərini
24 oktyabr 2020Qax və Zaqatalanın giriş-çıxışlarında karantin postları qurulub - FOTO
Nazirlər Kabinetinin 2020-ci il 23 oktyabr tarixli qərarı ilə oktyabrın 24-ü gecə saat 00:00-dan etibarən respublikanın daha bir neçə şəhər və rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, giriş-çıxış məhdudlaşdırılıb. DİN-i
24 oktyabr 2020Hacı Nurandan ürəkdağlayan paylaşım - FOTO
Aparıcı Hacı Nuran Hüseynov "İnstagram" səhifəsində ürəkdağlayan paylaşım edib. Aparıcı sosial şəbəkə hesabında Gəncə terrorunun qurbanlarından olan 13 yaşlı Artur Mayakovla şəklini paylaşaraq, bu sözləri yazıb:. "Gəncə terroru bütün bəşəriyyətə erməni vandallarının iç üzünü göstərən əs
24 oktyabr 2020Nazir: Daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı oldu
Təhsil naziri Emin Əmrullayev Ermənistanın müharibə cinayəti nəticəsində daha iki şagirdin vəfat etdiyini açıqlayıb. Trend-ə istinadən xəbər verir ki, nazir bildirib ki, bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı oldu: İsmayılzadə Orxan Rəhbər oğlu və Mayakov Artur Vladimir oğlu. Tərtər rayon
24 oktyabr 2020