Türkiyə Prezidentinin baş müşaviri: "Azərbaycan Ordusu işğalçıları iti qovan kimi qovur"

Türkiyə Prezidentinin baş müşaviri: "Azərbaycan Ordusu işğalçıları iti qovan kimi qovur"Azərbaycanın qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gücünü xalqdan alaraq ədaləti yenidən bərqərar edir

Sonxeber.az bildirir ki, bunu Trend-ə Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

O qeyd edib ki, şanlı Azərbaycan Ordusu cəbhədə bir mülki şəxsə zərər vermədən hər gün yeni torpaqları işğaldan qurtarmaqla insanlığa qarşı cinayət törədən təcavüzkar işğalçı Ermənistana lazımı dərs verir:

"Azərbaycan Ordusu ölkənin işğal olunmuş torpaqlarının hər qarışını geri ala bilir, öz problemini özü həll edir və işğalçıları iti qovan kimi qovur".

O əlavə edib ki, Ermənistanın Türkiyənin Azərbaycan ərazisində hərbi baza qurması haqda iddialarının məqsədyönlü dezinformasiya olduğunun şahidi olduq.

"Bu dezinformasiya və qarayaxma kampaniyasının qaynağı bəllidir. Türkiyənin qardaş Azərbaycana dəstək verməsi üçün qardaş dövlətin ərazisində hərbi baza qurmasına və hər hansı xüsusi razılaşmaya ehtiyac yoxdur".

Y.Topçu onu da əlavə edib ki, pandemiya olmasına baxmayaraq, bu il ərzində Azərbaycan və Türkiyə orduları 10-dan çox birgə hərbi təlim keçiriblər.

Türkiyə Prezidentinin baş müşaviri qeyd edib ki , Ermənistanın ASALA-PKK-YPG terror təşkilatlarından aldığı dəstəklə Azərbaycanın şəhərlərini raket atəşinə tutması bu ölkənin beynəlxalq hüququ heçə sayaraq insanlıq əleyhinə cinayət işlədiyini göstərir.

"Azərbaycan beynəlxalq hüquqa arxalanaraq müdafiə haqqına sahib olmaqla xalqını və ərazi bütövlüyünü qorumaq əzmini tam bir şəkildə ortaya qoyub. Şanlı Azərbaycan Ordusu beynəlxalq hüquq çərçivəsində, BMT TŞ-nin qərarlarının tələbinə uyğun olaraq vətən torpaqlarının işğalına son qoymaq üçün mərd şəkildə mübarizə aparır".

Onun sözlərinə görə, Ermənistanın Azərbaycanın şəhərlərini atəşə tutmasında əsas hədəf Azərbaycanı eyni addıma təhrik etməkdir:

"İşğalçı Ermənistan bu müharibədə tək qalib gələ bilməyəcəyini çox yaxşı bilir, xidmət etdiyi qüvvələrə və erməni diasporuna fayda gətirmək üçün hər cür haqsızlıq, qanunsuzluq və terrora əl atır.

"Türkiyə və Azərbaycan ayrı beşiklərdə böyümüş bir ananın iki əkiz övladıdır. Türkiyə Cumhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dediyi kimi: "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir". Eyni zamanda ümummilli lider Heydər Əliyevin dediyi kimi: "Bir millət , iki dövlətik".

Y.Topçu bildirib ki, Türkiyənin öz torpaqları xaricində ən çox şəhid verdiyi torpaq Azərbaycandır:
"İki qardaş ölkə xalqları arasındakı bütün münasibətlər tarixdir, əbədidir və eyni zamanda misilsizdir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 2263   Tarix: 25 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DƏHŞƏTLİ GÖRÜNTÜ: İranın atdığı raket İsrail vətəndaşını vurdu - ANBAAN VİDEO

Sosial şəbəkədə dəhşətli görüntülər yayılıb. bildirir ki, İranın ötən gecə atdığı raketlərdən biri səmanı şəkən İsrail vətəndaşını vurub. Sözügedən vieonu təqdim edirik:

14 aprel
.

İranın İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücumu gözlənilir - KİV

İran İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücum edə bilər. Bu barədə Səudiyyə Ərəbistanının yerli telekanalı məlumat yayıb. Həmin baza Eritreya yaxınlığındakı Dahlak arxipelaqında yerləşir və Qırmızı dənizin bu hissəsindən keçən gəmiləri izləmək üçün istifadə olunur. İranın digər mümkün zərb

14 aprel
.

İsrail ordusunun itkiləri 604 nəfərə çatıb

Qəzza sektorunda vəziyyətin gərginləşdiyi oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 604 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir. Son məlumatlara görə, ötən şənbə Qəzz

7 aprel
.

Zəngilan istiqamətində təxribat törədənlər Ermənistanın "Yerkrapa" terror təşkilatının üzvləri olublar

Ötən gün Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu istiqamətindəki mövqelərinə qarşı təxribat törədənlər Ermənistanın "Yerkrapa" terror təşkilatının üzvləri olublar. Məlumatı Ermənistan mətbuatı yayıb. Xatırladaq ki, hələ bir müddət əvvəl Azərbaycan-Ermənistan şərti sərhədində Ermənista

13 fevral
.

Qarabağdakı antiterror tədbirlərindən yeni görüntülər - VİDEO

Ötən il sentyabrın 19-20-də Qarabağda antiterror tədbirləri ilə bağlı yeni görüntülər üzə çıxıb. Görüntülərdə Azərbaycan hərbçilərinin təkcə cəsarəti və qəhrəmanlığı deyil, həm də peşəkarlıq və koordinasiyasının yüksək səviyyədə olması öz əksini tapıb. Bizim.Media-nın yaydığı görüntüləri təqdim edir

8 fevral
.

Qəzza zolağının cənubunda İsrail ordusunun daha bir neçə əsgəri ölüb

Qəzza zolağının cənubunda radikal Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı İsrail ordusunun 3 əsgəri həlak olub, daha 14-ü yaralanıb. "Report" bu barədə İsrail ordusunun mətbuat xidmətinə istinadən xəbər verir. Ölənlər - 19 yaşlı Dolev Malka, 19 yaşlı Afik Teri və 20 yaşlı İnon Yitzha

3 mart
.

İsrailə 12 mindən çox raket atılıb

Son altı ayda İsrail Müdafiə Qüvvələri (IDF) ölkə ərazisinə Suriyadan 35, Livandan 3100 və Qəzza zolağından 9100 min (cəmi 12 235) raket atıldığını qeydə alıb. Bu barədə ordunun mətbuat xidmətinin altı aylıq müharibənin nəticələrinə görə yaydığı xülasədə deyilir. Mətbuat xidməti məlumatların dəqiq v

7 aprel
.

İLK DƏFƏ: İran hücum anının GÖRÜNTÜLƏRİNİ YAYDI - ŞOK VİDEO

SEPAH İranın "Nəbi Əkrəm" bazasından İsrail ərazilərinə ballistik raketlərin buraxılması anlarını yayıb. xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb. Qeyd edək ki, İran İsrailə PUA-larla hücum edib. İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, ord

14 aprel
.

Peskov: "Rusiyaya diversantların hücumları dəf edilib, Ukrayna 550 döyüşçüsünü itirib"

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod və Kursk vilayətlərinə hücumları dəf edilib, Ukrayna tərəfi 550 döyüşçünü itirib. APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. "Putin son günlər Belqorod və Kursk vilayətlərində ərazilərimizə hücu

17 mart