Vladimir Yevseyevin "İsgəndər" raketlərindən istifadə ilə bağlı fikirləri hərbi cinayətə təhrikdir - Deputat

Vladimir Yevseyevin "İsgəndər" raketlərindən istifadə ilə bağlı fikirləri hərbi cinayətə təhrikdir - DeputatMDB Ölkələri İnstitutunun Qafqaz şöbəsinin müdiri Vladimir Yevseyev növbəti cəfəng bir fikir səsləndirib. Həmin fikrə görə, guya müharibə uzanacağı halda Ermənistanın Azərbaycanın neft-qaz infrastrukturuna qarşı "İsgəndər" raketlərindən istifadə etmək hüququ var. Yevseyevin bu sərsəm fikri beynəlxalq hüququn ciddi pozulması olmaqla yanaşı hərbi cinayətə bir təhrikdir.

Sonxeber.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, Yevseyevin bu yanaşması həmçinin təcavüzü təbliğ etmək anlamındadır: "Birincisi, neft-qaz infrastrukturu mülki obyektlərdir və eyni zamanda həmin mülki obyektlərdə çoxsaylı mülki insanlar çalışırlar. Deməli burada söhbət həm mülki obyektlərin, həm də orada çalışan mülki insanların hədəfə alınmasından gedir. Mülki obyektləri və insanları hədəfə almaq beynəlxalq hüquq normalarının, o cümlədən Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdıdır.

Yevseyevin belə sərsəm fikiri göstərir ki, özünü elm adamları kimi təqdim edən Yevseyev kimi ermənipərəst insanlar öz elmi fəaliyyətlərini işğal və təcavüz faktına dəstək vermək üçün istifadə edirlər. Onların elmi fəaliyyəti işğala və təcavüzə haqq qazandırmaq mənafeyinə xidmət edir ki, bunu da artıq elm ictimaiyyəti qəbul edə bilməz.

Digər tərəfdən özünü alim kimi təqdim edən Yevseyev çox böyük saxtakarlığa yol verərək Azərbaycanı təcavüzkar kimi təqdim etməyə cəhd edib. Görünür bu "elm adamı"nın nə tarixdən, nə beynəlxalq hüquqdan, nə də coğrafiyadan xəbəri var. Ancaq Yevseyevin belə cəfəng fikir səsləndirməsi əslində onun məlumatsızlığıdan deyil, saxtakarlığından irəli gəlir.

Əminəm ki, Yevseyev BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrindən xəbərsiz deyil. 30 ildir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü Ermənistan tərəfindən pozulub. Ona görə də bu onu göstərir ki, Yevseyev kimi ermənipərəst adamlar təcavüskarın yanında yer alırlar və onun ideloquna çevrilirlər. Yevseyev kimi saxtakar adamlar elm adına bir ləkədir. Hesab edirəm ki, Rusiyanın müvafiq qurumları belə təhrikedici fəaliyyətlə məşğul olan insanlara qarşı müvafiq hüquqi müstəvidə ölçülər götürməlidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 12555   Tarix: 25 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yaşar Gülər: Cənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanındayıq

Türkiyə Cənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanında olacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər nazirliyin yüksək rütbəli rəsmiləri ilə birlikdə Şanlıurfaya sərəfində deyib. O bildirib ki, Türkiyə digər dost və qardaş ölkələr kimi

11 aprel
.

İrəvan Bakı ilə sülh imzalamağa hazır olduğunu bəyan edib

Ermənistan Azərbaycanla iki ölkə arasında artıq razılaşdırılmış üç prinsip əsasında sülh sazişi imzalamağa hazırdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqların yekunu üzrə deyib. Siyasətçi aydınlaşdırıb ki, söhbət 1991-ci il Almatı Bəyannaməsini

15 aprel
.

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Aprelin 9-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, Türkiyə Prezidenti dövlətimizin başçısını Ramazan bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq arzularını çatdırıb. Prezident İlham Əliyev göstərilə

9 aprel
.

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib. Bu barədə xəbər verir

17 aprel
.

Ermənistan Qazaxın kəndlərini nə vaxt qaytaracaq? - VİDEO

Qazaxın işğal altında qalan kəndləri ilə bağlı Ermənistan tərəfinin qeyri-müəyyənliyi davam edir. Ölkə müxalifəti bir yana, hökumətin özündə də bu barədə yekdil fikir yoxdur. Bununla yanaşı, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan anklavlarla bağlı müzakirələrin getmədiyini deyib. Ümumiyyətlə

12 aprel
.

İlham Əliyev: "Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq"

"İcra ediləcək yeni layihə (Şirvan suvarma kanalının yenidən qurulması - red.) 230 min hektar əkin sahəsini əhatə edəcək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindək

16 aprel
.

Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib

Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib. Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları qaçaqmalçılıqla məşğul olan cinayətkar qrupun yaradılmasında və ona rəhbərlik etməkdə şübhəli bilinən şəxsi Azərbaycandan gətiriblər. "Report" xəbər verir ki

11 aprel
.

Ermənistanın təxribatı özünə baha başa gələ bilər - VİDEO

Ötən cümə günü Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və bu "şirin" trioya qoşulan Avropa diplomatiyasının rəhbəri Jozep Borrel ilə görüş həm hadisə ərəfəsində, həm də ondan dərhal sonra bir sır

9 aprel
.

Prezident Bum qəsəbəsində tam orta məktəbin yeni binasının açılışında iştirak edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda 624 şagird yerlik Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbinin yeni binasının açılışında iştirak edib. Bu barədə xəbər yayıb

9 aprel