COVID-19 üzərində qələbənin açarı - Elm, birlik və həmrəylik

COVID-19 üzərində qələbənin açarı - Elm, birlik və həmrəylikCOVID-19 pandemiyası ilə bağlı böhranın aradan qaldırılması üçün fövqəladə hallara daha yaxşı hazırlaşmaq, alimlərin fikrinə qulaq asmaq və həmrəylik ruhunda birgə fəaliyyət göstərmək lazımdır.

Sonxeber.az BMT-nin Xəbərlər saytına istinadla bildirir ki, BMT-nin Baş katibi bu fikirləri səhiyyə üzrə sammitin iştirakçılarına ünvanlanmış videomüraciətdə söyləyib.

Oktyabrın 25-də Berlində başlanmış bu sammit Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə keçirilir. Tədbirdə dünya dövlətlərinin, beynəlxalq təşkilatların və elmi ictimaiyyətin 2500 nümayəndəsi iştirak edir. Görüşdə səhiyyənin qlobal problemləri və onların həlli yolları müzakirə ediləcək.

Antonio Quterreş videomüraciətində koronavirus pandemiyasının dağıdıcı nəticələrini xatırladıb: 42,5 milyon nəfər koronavirusa yoluxub, təqribən 1 milyon 147 min nəfər bu xəstəlikdən vəfat edib. Baş katibin fikrincə, bu pandemiya qlobal səhiyyə sistemlərinin səmərəli olmadığını, onların fövqəladə hallara lazımi şəkildə cavab verə bilmədiyini sübut edib.

Bu günə qədər pandemiya səbəbindən 500 milyona yaxın iş yeri ixtisar edilib. Dünya iqtisadiyyatının hər ay üzləşdiyi itkilər 375 milyard dollara yaxındır. Qadınlara qarşı zorakılıq halları kəskin şəkildə artıb, psixi xəstəliklər isə "böhran daxilində böhran"a çevrilib. Təqribən 24 milyon uşaq təhsil almaq imkanından məhrum olub.

"COVID-19 2030-cu ilə qədər olan dövrdə davamlı inkişaf gündəliyində nəzərdə tutulanları həyata keçirmək imkanından uzaqlaşdırır", - deyən BMT rəhbəri daha sonra əlavə edib ki, "biz bu çağırışa hazır deyildik".

Quterreş xatırladıb ki, səhiyyənin əlçatanlığı hüququ dünyada milyardlarla insan üçün əslində əlçatmaz olub. Tibbi xidmətlərin yüksək dəyəri səbəbindən insanların çoxu bu xidmətlərdən istifadə edə bilmir. Baş katibin fikrincə ümumi tibbi sığorta tibbi xidmətin hər kəs üçün əlçatan, keyfiyyətli və ədalətli olmasının yeganə yoludur.

BMT-nin Baş katibi əmindir ki, bu gün elmə güvənmək, birlik və həmrəylik ruhunda fəaliyyət göstərmək həmişəkindən daha çox zəruridir. Onun fikrincə, məhz bu vasitələr, bir də virusun qarşısını almaq üçün yoxlanılmış vasitələr - maskalar, fiziki məsafə və əllərin gigiyenası pandemiyaya qalib gəlməyə kömək edə bilər.

Hər bir mərhələdə qlobal həmrəylik lazımdır. İnkişaf etmiş ölkələr resursların çatışmadığı ölkələrdə səhiyyə sistemlərini dəstəkləməlidirlər", - deyən Quterreş vurğulayıb ki, səmərəli vaksin yaradılmasına diqqəti artırmaq və onun hamı üçün əlçatan olmasını təmin etmək lazımdır.

BMT-nin rəhbəri deyib: "Vaksinlər, diaqnostika və səmərəli müalicə üsulları insanları xilas etmək tədbirləri olmaqla bərabər, pula qənaət etməyə və cəmiyyəti xilas etməyə kömək edəcək. Onun fikrincə, təkcə bir istiqamətdə fəaliyyət göstərməklə virusa qalib gəlmək mümkün deyil. Baş katib bu problemi kompleks şəkildə həll etməyə çağırır, müasir tədqiqatları səhiyyə sahəsində baza əhəmiyyətli tədbirlərlə əlaqələndirməyi təklif edir.

Baş katib vurğulayıb ki, yalan məlumatın yayılması öldürücü virusun müttəfiqidir. Onun sözlərinə görə virus, şayiələr və yalan birləşdikdə yoluxma və ölüm halları artır, sosial gərginlik və zorakılıq geniş yayılır. O deyib: "Əgər biz şayiələrin sui-qəsd və yalan nəzəriyyələrinin qarşısını almasaq, bütün səylərimiz puç olacaq". Quterreş BMT-nin COVID-19 pandemiyası ilə bağlı yalan informasiyanın yayılmasına qarşı mübarizəyə yönəlmiş "Yoxlanılmışdır!" kampaniyasını xatırladıb və beynəlxalq birliyi COVID-19-a qarşı vahid cəbhə şəklində çıxış etməyə çağırıb./Xezerxeber.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3536   Tarix: 26 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021