Ermənistan "Euronews"un çəkiliş qrupunu raket atəşinə tutdu
"Azərbaycanın işğaldan azad edilmiş Talış və Suqovuşan kəndlərində peşəkar jurnalist fəaliyyətini həyata keçirən "Euronews" çəkiliş qrupunun və onların istifadə etdiyi nəqliyyat vasitəsinin Ermənistan silahlı qüvvələri tərəfindən kornet tipli tank əleyhinə raketlə atəşə tutulmasını kəskin şəkildə pisləyirik".
Sonxeber.az-ın xəbərinə görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Ermənistanın bu hücumunu azad sözə və peşəkar jurnalistikaya təcavüz kimi qiymətləndiririk.
Xoşbəxtlikdən raket hədəfdən yayınmışdır, çəkiliş qrupu xəsarət almamışdır. Nəqliyyat vasitəsinə qəlpələrlə zərər dəymişdir.
Üzərində "Euronews"un uzaq məsafədən seçilən fərqləndirici nişanı olan nəqliyyat vasitəsinə tank əleyhinə idarəolunan raket vasitəsilə hücum hədəfli və məqsədyönlü xarakter daşımışdır.
"Euronews"un reportajında raketin hərəkətdə olan nəqliyyat vasitəsinin üzərindən yaxın məsafədən keçdiyi aydın şəkildə görünür (https://vimeo.com/472347741).
Bundan əvvəl Azərbaycan media nümayəndələri də Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmuş, jurnalistlər arasında yaralananlar olmuş, çəkiliş qruplarının nəqliyyat vasitələrinə zərər dəymişdir.
Azərbaycan tərəfdən hərbi əməliyyatlar barədə reportajlar hazırlayan beynəlxalq media nümayəndələri öz ölkələrinə qayıtdıqda belə erməni lobbi dairələrinin verbal və fiziki hücumları, şantajları və təhdidləri ilə üzləşirlər. Bəzi hallarda erməni lobbisinin təzyiqləri altında peşəkar fəaliyyətini həyata keçirən jurnalistlər işlərini itirməli olurlar. Fransanın TF1 televiziya kanalına və onun Azərbaycandan reportaj hazırlamış çəkiliş qrupuna Fransa erməni lobbisi tərəfindən olan hücumlar bunun bariz nümunəsidir.
Hazırda Azərbaycanda 70-dən artıq beynəlxalq media nümayəndəsi fəaliyyət göstərir. Cəbhədəki əməliyyat şəraitinə uyğun olaraq onların cəbhədən reportajlar hazırlamasına və öz peşəkar fəaliyyətini həyata keçirməsinə imkan yaradılır", - H.Hacıyev əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 1943 Tarix: 27 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Ermənilərin döyüş texnikası məhv edilib və sıradan çıxarılıb-SİYAHI
Yeni humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 26-sı gün ərzində və 27-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəş
27 oktyabr 2020Düşmən diviziyasının qərargah rəisi məhv edilib
Yeni humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 26-sı gün ərzində və 27-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəş
27 oktyabr 2020Cəbhəyanı ərazilərdə top mərmisi, raket, bombacıqlar aşkarlandı-FOTO
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tərtər rayonları və Mingəçevir şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 49 müraciət daxil olub.. . ANAMA-da
27 oktyabr 2020Sosial media istifadəçiləri İlham Əliyevə dəstəklərini belə bildirdilər - FOTO
Qarabağ uğrunda döyüşlər başladığı gündən etibarən yalnız cəbhədə deyil, sosial media üzərindən də mübarizə aparırıq.. . Müxtəlif həştəqlərlə, xarici dillərdəki mətnlərlə haqq səsimizi dünyaya çatdırmağa çalışırıq.. . Sonxeber.az BiG.AZ-a istinadən xəbər verir ki, bu gün isə sosial şəbəkə istifadəçilər
27 oktyabr 2020İşğaldan azad olunan Qubadlı şəhəri-VİDEO
Azərbaycan Respublikası Müdafiə Nazirliyi işğaldan azad olunan Qubadlı şəhərinin görüntülərini paylaşıb.. . Sonxeber.az Müdafiə Nazirliyinə istinadən həmin görüntüləri təqdim edir.. . . .
27 oktyabr 2020Bu vitaminlər ikinci dalğadan qoruya bilər
Çikaqo Tibb Universitetinin alimləri koronavirusla mübarizədə effektiv olan və ikinci dalğada insanları yoluxmaqdan qoruya biləcək vitaminləri açıqlayıb.. . Onlar A, B qrup, C, D vitaminlərinin defisiti insanların koronavirusa tez yoluxmasına səbəb olur. Xüsusən araşdırmalar göstərib ki, D vitamini a
27 oktyabr 202017 yaşlı futbolçu intihar etdi - FOTO
İngiltərədə 17 yaşlı peşəkar futbolçu Ceremi Vitson intihar edib.. . Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, 2017-ci ildə "Mançester Siti" klubunun alt yaş qrupu üzrə komandasına daxil olan gənc futbolçunun ölümü barədə bu gün məlumat yayılıb.. . Onun bir müddətdir dərin depressiyad
26 oktyabr 2020Ən çox gəlir gətirən qorxu filmləri - FOTOLAR
"Forbes" dərgisi ən çox gəlir gətirən qorxu filmlərinin siyahısını açıqlayıb.. . Sonxeber.az həmin siyahını təqdim edir:. . 9. "Çaki" (6 film). . . . Qazancı: 217.1 milyon dollar. . Büdcəsi: 82 milyon dollar. . 8. "Sancaqbaş" (4 film). . Qazancı: 48 milyon dollar. . Büdcəsi
26 oktyabr 2020