Pakistan səfiri: "BMT TŞ-nın qətnamələri Kəşmir münaqişə üzrə də icra edilmir"
Pakistanın Azərbaycandakı səfirliyində Kəşmirin işğalı gününə həsr olunmuş tədbir keçirilib.
Sonxeber.az xəbər verir ki, tədbiri açan Pakistanın Azərbaycandakı səfiri Bilal Hai Cammu və Kəşmirdəki münaqişələrin 70 ildən çoxdur davam etdiyini bildirib.
"Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bu münaqişə üzrə də icra edilmir. Bu, çox təhlükəli münaqişədir. Pakistan və Hindistan nüvə silahlarına malik gücləridir və açıq münaqişə bölgədə böyük dağıntılara gətirib çıxara bilər. Bu səbəbdən münaqişənin BMT qətnamələrinə əsaslanaraq sülh yolu ilə həllinə üstünlük veririk", - o deyib.
Səfir həmçinin Hindistanın Kəşmirin demoqrafik mənzərəsini tamamilə dəyişdirməyə çalışdığını da vurğulayıb. Onun sözlərinə görə, Kəşmirdə yerli müsəlman əhalinin hüquqları kobud şəkildə pozulur.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib ki, Azərbaycan da torpaqlarının işğal edilməsindən əziyyət çəkir və hazırda Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu işğal altındakı əraziləri azad edir.
"Son hadisələr kimin dostumuz olduğunu göstərdi. Onların arasında Pakistan xalqı da var. Azərbaycana hər cür dəstək ifadə edildi. Ölkələrimiz arasında çox geniş əməkdaşlıq qurulub", - o söyləyib.
S.Əliyevanın sözlərinə görə, Ermənistan Azərbaycanın mülki əhalisinə raket zərbələri endirərək təcavüzkar siyasətini davam etdirir: "Bir aydır davam edən döyüş əməliyyatları zamanı 10 uşaq həlak olub, 32 uşaq yaralanıb, bir neçə uşaq hər iki valideynini itirib. Təəssüf ki, dünya bu vəhşiliklərə göz yumur", - ombudsman vurğulayıb.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1582 Tarix: 27 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMübariz Qurbanlının ailəsinə ağır itki
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı
25 aprelRamzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA
Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on
24 aprelTürkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, protes
25 aprelİki dostun davası - Biri yaralanıb, o biri həbsdədir
İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala
24 aprelElmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR
Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind
25 aprelKreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH
Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər
25 aprelXalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO
"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"
24 aprel