Azərbaycanın 1 ay ərzində işğaldan azad etdiyi ərazilər - TAM SİYAHI

Azərbaycanın 1 ay ərzində işğaldan azad etdiyi ərazilər - TAM SİYAHIMüzəffər Azərbaycan ordusnun uğurlu əks-hücum əməliyyatına başlamasından bir ay ötür. Bu ay ərzində Azərbaycan Ordusu dünya müharibə tarixində yeni bir səhifə açdı.

Sonxeber.az xəbər verir ki, düşmənə ciddi zərbələr vuran Azərbaycan Ordusu bir ay ərzində Ermənistana hərbi texnika və canlı qüvvə baxımından ciddi zərbə vurub. Düşmənin dəyəri 2 milyard dollardan çox hərbi texnikası məhv edilib və hərbi qənimət kimi götürülüb. Həmin siyahı aşağıdakı kimidir:

252 tank məhv edilib, 53 tank qənimət kimi götürülüb. Toplam 305 tankdan Ermənistan məhrum edilib.
Piyadaların döyüş maşını – 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb – cəmi 79 ədəd.
Müxtəlif çaplı toplar – 251-i məhv edilib, 24-ü qənimət kimi götürülüb, cəmi 275.
Minaatan – 61-i məhv edilib, 45-i qənimət kimi götürülüb, toplam 106
Tank əleyhinə vasitə - 53-ü məhv edilib
82 "Qrad" qurğusu məhv edilib
2 "Uraqan" Yaylım Atəşli Raket Sistemi, 1 "TOS" məhv edilib
Zenit-raket kompleksləri - 4 "TOR", 40-a yaxın "OSA", 4 "KUB", 1 "KRUQ", 2 "S-125" qurğusu məhv edilib
6 "S-300" atıcı qurğusu məhv edilib

Əməliyyat taktiki raket kompleksləri – Elbrus, ikisi məhv edilib, "Toçka-U" biri məhv edilib.
Yük avtomobilləri – 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb, toplam 404 yük avtomobili

Azərbaycan Ordusunu bir ay ərzində azad etdiyi əraziləri tarixi ardıcıllıqla sizə təqdim edirik:

27 sentyabr

Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri

Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri

Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər

3 oktyabr

Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndi

Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri

Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi

4 oktyabr

Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri

5 oktyabr

Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri

9 oktyabr

Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi

Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri

Füzuli rayonunun Yuxarı Güzlək, Görəzilli kəndləri

Tərtər rayonunun Çaylı kəndi

14 oktyabr

Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri

Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri

15 oktyabr

Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri

Füzuli rayonunun Arış kəndi

Cəbrayıl rayonunun Doşulu kəndi

16 oktyabr

Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri

17 oktyabr

Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri

18 oktyabr

Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı

19 oktyabr

Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri

20 oktyabr

Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri

Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri

Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri

Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri

21 oktyabr

Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri

Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri

Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri

22 oktyabr

Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi

Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri

Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri

23 oktyabr

Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri

Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri

Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri

Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri

26 oktyabr

Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri

Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri

Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri.

Ümumilikdə, Cəbrayıl şəhəri və rayonun 64 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 38 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 2 kəndi, Qubadlı şəhəri və rayonun 11 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub./XəzərXəbər


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2950   Tarix: 27 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib

Qərbi Kaspi Universitetinin sabiq sektor müdiri Asim Əliyev əcnəbi tələbələrin təhsilhaqqını mənimsədiyinə görə cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 2022-ci ilin avqustuna kimi Beynəlxalq Əlaqələr şöbəsinin əcnəbi tələbələrlə iş sektorunun müdiri işləmi

22 aprel
.

Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ

Nazirlər Kabinetinin ölkədə taksi xidməti ilə bağlı qərarı iyulun 1-dən qüvvəyə minəcək. -in məlumatına görə, taksilərlə bağlı bu tələblər bunlar olacaq:. Buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Avtomobilin istehsal yaşı 8-dən az olmalıdır ki, sahibi taksi fəaliyyətin

23 aprel
.

Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələndi - FOTO/VİDEO

Paytaxtın Nərimanov rayonunda məktəblilərə tütün məmulatları satanlar cərimələnib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları sata

23 aprel
.

Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi

Keçmiş baş prokuror Zakir Qaralovun əmisi qızı Mehriban Qaralova məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. İddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq. Günay Namazova iş üzrə hakim təyin edilib. Məhkəmə çəkişməsi icar

23 aprel
.

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin əldə etdiyi gəlirlər məcburi dövlət sosial sığorta haqqı və gəlir vergisindən azad edilir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Sosia

23 aprel
.

Dünyanın ən yaxşı kameralı telefonu! Bu tarixdən ölkəmizdə SATIŞA ÇIXACAQ! - FOTOLAR

Sonuncu dəfə dünyanın ən böyük mobil texnologiya sərgisi olan Mobil Dünya Konqresi (MWC 2024) İspaniyanın Barselona şəhərində keçirildi. Əlbəttə ki, bu sərgidə özünəməxsus strategiyası ilə texnologiya həvəskarlarının diqqətini cəlb edən "Honor" texnologiya brendi oldu. MWC 2024-də əldə etdiy

22 aprel
.

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş təsdiqlənib. Report-a istinadən xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın arada

23 aprel
.

"Whatsapp"a yeni funksiya gəlir - FOTO

"WhatsApp" tərtibatçıları yeni funksiya təqdim etməyə hazırlaşırlar. bu barədə xarici mediaya istinadən xəbər verir. Messencerin "Android" 2.24.2.20 yeniləməsi ilə tətbiqə əlavə olunacaq yeni bir xüsusiyyət açıqlanıb. "WhatsApp"da fayl paylaşımı dövrü. "WhatsApp"

22 aprel
.

Bakıda bəylə gəlinin qeyri-ənənəvi addımı müzakirələrə yol açdı - VİDEO

Azərbaycanda bəylə gəlinin rəqsi müzakirələrə yol açıb. Ölkə.Az-ın məlumatına görə, Bakıda baş tutan toyda lentə alınan görüntülər diqqət çəkib. Məşhur restoranlardan birində bəylə gəlinin zala daxil olması ənənəvi vağzalı musiqisi ilə müşayiət olunmayıb. Belə ki, onlar qapılar açılar-açılmaz əcnəb

22 aprel