Fransa qəzeti Azərbaycanın öz torpaqlarını azad etməsindən yazıb

Fransa qəzeti Azərbaycanın öz torpaqlarını azad etməsindən yazıbDörd həftədir davam edən döyüşlərdə ermənilər Dağlıq Qarabağda mövqelərini itirirlər. Tezliklə danışıqlara başlanması İrəvan və Xankəndi (Stepanakert) üçün həyati əhəmiyyətə malikdir. Bir neçə günlük sakitlikdən sonra atəş səsləri yenidən başlayıb. Zirzəmilərdə yaşayan əhalinin xoş olmayan əhvalı, cəbhədə səngərdəki əsgərlərin üzlərindəki ifadə vəziyyətin ciddi olduğunu göstərir. Bütün bunlar sakitcə "vəziyyət yaxşı deyil" pıçıldayır. Bir neçə həftədir ön cəbhədən qayıdan gənc erməni könüllü Hrayr deyir: "Azərbaycanlılarla müqayisədə silahlarımız yetərli deyil. Daha artığına ehtiyacımız var".

AZƏRTAC xəbər verir ki, bu sözlər Fransanın "Libération" qəzetində dərc olunan "Dağlıq Qarabağ: məğlubiyyət və danışıqlar arasında" sərlövhəli məqalədə yer alıb.

Müəllif bildirir ki, Azərbaycan 30 ilə yaxındır işğal altında qalan ərazilərini azad edir. Sosial şəbəkələrdə yayımlanan bir xəritədə Azərbaycanın Qarabağın cənubunda, İranla sərhəddə böyük bir ərazini azad etdiyi göstərilir. Qeyd edilir ki, əvvəllər 3800 nəfər əhalisi olan Hadrut da artıq rəsmi Bakının nəzarəti altındadır.

Qeyd olunub ki, Azərbaycan Dağlıq Qarabağı "məngənəyə" salıb. Azərbaycan Silahlı Qüvvələri Laçın dəhlizinə yaxınlaşıblar ki, bu da Ermənistanı çox narahat edir. Bu dəhlizin strateji əhəmiyyətinə toxunan jurnalist yazır ki, Dağlıq Qarabağa silah-sursat məhz bu dəhliz vasitəsilə çatdırılır.

Məqalədə Rusiya Prezidentinin fikirlərinə yer verilib, Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilir, çətin vəziyyətə düşən Ermənistanın baş nazirinin Moskvaya üz tutmasından danışılır.

Eyni zamanda, Türkiyənin Azərbaycana dəstəyini gizlətmədiyi diqqətə çatdırılır. Xüsusilə vurğulanır ki, Azərbaycan döyüşlərdə İsrail və Türkiyə istehsalı olan müasir PUA-lardan geniş istifadə edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6031   Tarix: 27 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021