İslamiadanın qalibi: "Qubadlıda güləş məktəbi açmaq olar"

İslamiadanın qalibi: "Qubadlıda güləş məktəbi açmaq olar""Xəbəri eşidəndə ailəlikcə çox sevindik. Atam da I Qarabağ müharibəsində iştirak edib, qazidir. Prezident İlham Əliyevin çıxışını gözləyirdik ki, Qubadlının işğaldan azad olunmasını açıqlasın".

Bu fikirləri "Report"a açıqlamasında yunan-Roma güləşçisi İslam Abbasov Qubadlının erməni işğalından azad olunması barədə danışarkən deyib.

87 kq çəki dərəcəsində mübarizə aparan idmançı bildirib ki, həmin yerləri görməsə də, hər zaman Qubadlının həsrətində olub: "Oralara getməyi çox istəyirik. Sevincimizin həddi-hüdudi yoxdur. Xəbəri ilk olaraq sosial şəbəkələrdə gördüm. Cənab Prezidentin tvitter hesabını izləyirdim. Ailəmizə mən xəbər etdim, hamı sevindi. Ordumuza və Ali Baş Komandanımıza minnətdarıq".

Bu il İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında bürünc medal qazanmış 24 yaşlı idmançı Qubadlıya gedəndə ilk olaraq qəbirstanlığı ziyarət edəcəyini sözlərinə əlavə edib: "Orada tarixi abidələrimizi bacardığımız qədər bərpa etməli və əvvəlki vəziyyətə gətirməliyik. Sonra isə Qubadlıda güləş məktəbi açmaq barədə fikirləşmək olar. İlk növbədə, tarixi yerlərdə yenidənqurma işləri görülməlidir".

Abbasov Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna daim minnətdar olacaqlarını vurğulayıb: "Bu qələbələrdə kimin zəhməti olubsa, hamısına minnətdaram. Bizim üçün tarixi andır. Azərbaycanın belə qələbələri olmayıb. Laçın, Kəlbəcər, Şuşa, Ağdam və Xankəndini tezliklə işğaldan azad edəcəyimizə inanıram. Cənab Prezidentdən xoş xəbərlər gözləyirik".

Pandemiya səbəbindən açıq havada məşq etdiklərini xatırladan güləşçi əsas məqsədinin ilin sonundakı dünya çempionatında qızıl medal qazanmaq olduğunu söyləyib: "Mundialda çempion olmaq və medal qazanmaq üçün yollanacağam. Qazanacağım qələbəni Orduya, əziyyət çəkən qardaşlarımıza həsr etmək istəyirəm".

Qeyd edək ki, İslam Abbasov 2017-ci ildə Bakı keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. O, 2018-ci ildə 23 yaşadək güləşçilər arasında Avropa çempionu olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1588   Tarix: 27 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq. xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, ölkənin bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək. 2024-cü il 21–27 aprel tarixlərini əhatə edəcək "İmmunlaşdırma həftəsi"

19 aprel
.

Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakini dəfn edildi

Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanov dəfn edilib. xəbər verir ki, V.Süleymanov yaşadığı Qoruqbağı kəndində torpağa tapşırılıb. Xatırladaq ki, hadisə aprelin 12-də olub. V.Süleymanov ailəsi ilə birlikdə Kü

19 aprel
.

Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi

"TikTok" sosial platformasında paylaşılan bir video dünya üzrə gündəm olub. xəbər verir ki, sözügedən videoda gənc qadın kostyumlu bir adamı qolundan tutaraq onları alqışlayan qonaqların arasından keçir. İlk baxışda videodakı şəxsin bəy olduğu düşünülür. Ancaq alqışlar dayanan kimi bir nəfə

19 aprel
.

"Sərxoş idi deyə "prava"m olmasa da, maşını mənə sürdürdü"

Sumqayıtda sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə ölümə səbəb olan 25 yaşlı L.Süleymanovanın məhkəməsi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, xanım müttəhimin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. İttihamda deyilir ki, L.Süleymanova BMW markalı avtomobill

19 aprel
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksin

19 aprel
.

Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra erməni terrorçuları Qarabağda məskunlaşa bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Lakin burada təhlüksizlik baxımından bir sıra suallar yaranır. Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra nəzarət Azərbaycana keçir. Rusiya sülhməralıları bölgəni tərk etdikdə

19 aprel
.

Bu məhsulları küçədə satanlar 80 manat CƏRİMƏLƏNƏCƏK - VİDEO

Yol kənarlarında və bazarlarda qida məhsullarının satışı aparılır. Bu tendensiyaya son zamanlar daha çox rast gəlinir. Kənd məhsullarının satışında sanitariya və gigiyena qaydalarına çox da diqqət yetirilmir. Bu da həmin qidaları qəbul edən vətəndaşların sağlamlığına mənfi təsir göstərir. xəbər veri

19 aprel
.

Siyavuş Novruzov: "Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir?" - VİDEO

"Uşaq məktəbə gəlir ki, burada dərs öyrənsin, oxusun. Bu, evdə oxuyacaqdısa onu niyə məktəbə gətiriblər. xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib. O, bildirib ki, Azərbaycan Konstitusiyasında göstərilib ki, təhsil icbaridir, məcburidir. Adətən birinc

19 aprel
.

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA

Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev -a açıqlama verib

19 aprel