Misir portalı: Azərbaycan Ordusu Xocalı soyqırımını törədən Ermənistana ağır zərbələr endirib
Misirin "Aldiplomasy" portalında tədqiqatçı jurnalist Əşrəf Əbu Urafənin "Azərbaycan Ordusu Xocalı soyqırımını törədən Ermənistana ağır zərbələr endirib" sərlövhəli məqaləsi yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, müəllif 28 il əvvəl Ermənistanın Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının, habelə mülki insanlara qarşı digər cinayətlərin cavabının bu gün döyüş meydanında verildiyini qeyd edib.
Məqalədə diqqətə çatdırılıb ki, Azərbaycan hakimiyyəti Ermənistan silahlı qüvvələrinin çoxlu sayda hərbi texnikası və canlı qüvvəsinin məhv edildiyini, işğal altında olan ərazilərin azad olunduğunu bildirib. Müəllif yazıb: "Artıq oktyabrın sonuna yaxın Azərbaycan Ordusu 4 şəhəri, bir sıra qəsəbə və kəndi işğaldan azad edib. Uğurlu hərbi əməliyyat nəticəsində İranla sərhəddə təhlükəsizlik təmin olunub. Yoxsul Ermənistanın zərəri isə 2 milyard dollardan çoxdur".
Misirin "Akhbarelyom", "Nile1" və "Qalyubiyenews" informasiya portallarında isə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın Bərdə şəhərinə raket hücumu ilə bağlı bəyanatı yayılıb. Qeyd olunub ki, 4 mülki insanın, o cümlədən bir uşağın həlak olması, 13 nəfərin yaralanması daha bir ağır müharibə cinayətidir. Bu vəhşiliyə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Eyni zamanda, ermənilərin dinc əhaliyə qarşı bu raket hücumunun ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşü ərəfəsində edilməsi göstərir ki, artıq üçüncü dəfədir humanitar atəşkəs razılaşmasını pozan işğalçı ölkə münaqişənin sülh yolu ilə həllində maraqlı deyil.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 4279 Tarix: 28 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
BERNAMA agentliyi ermənilərin Bərdədə törətdikləri terror aktından yazır
Malayziyanın BERNAMA Dövlət İnformasiya Agentliyi AZƏRTAC-a istinadla Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə rayonuna raket hücumu nəticəsində biri uşaq olmaqla, dörd nəfərin həlak olması və daha 13 nəfərin yaralanması barədə məlumat yayıb.. . Məlumatda, həmçinin Azərbaycan Xarici İşlər Nazirliyini
28 oktyabr 2020Bərdəyə raket atılması nəticəsində 21 nəfər ölüb, 70 şəxs yaralanıb-YENİLƏNİB
Baş Prokurorluğun Mətbuat xidməti Ermənistanın Bərdəyə raket atması ilə bağlı yeni açıqlama yayıb.. . Sonxeber.az-a daxil olan açıqlamada deyilir:. . "2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğ
28 oktyabr 2020MN: Düşmən Tərtər ərazisini yenidən atəşə tutub
Oktyabrın 28-də saat 15:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Tərtər rayonunun ərazisini atəşə tutub.. . Sonxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
28 oktyabr 2020Azərbaycan Ordusu Bərdənin qisasını belə aldı-VİDEO
Azərbaycan Ordusu bölmələrinin dəqiq zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus xeyli sayda hərbi texnika və canlı qüvvə məhv edilib.. . Sonxeber.az görüntüləri təqdim edir.. .
28 oktyabr 2020Astarada koronavirus xəstəsinin evi tərk etdiyi müəyyən edilib
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVİD-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.. . DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sonxeber.az-a verilən məlumata görə, Astara rayonunun Artupa kənd sakini Azər Həmidov
28 oktyabr 2020