Prezident İlham Əliyev: Ermənistanın nə qədər xoşuna gəlməsə də, Türkiyə artıq nizamlamaya cəlb olunub

Prezident İlham Əliyev: Ermənistanın nə qədər xoşuna gəlməsə də, Türkiyə artıq nizamlamaya cəlb olunubNizamlamada Türkiyənin səmərəli rolunu görürük. Türkiyə bizə qardaş dövlətdir. Türkiyə dünyada yeganə ölkədir ki, Cənubi Qafqazın üç ölkəsi ilə onun dövlət sərhədləri var. Hazırda Türkiyə təkcə regional problemlərlə bağlı bir sıra məsələlərdə deyil, həm də qlobal planda həlledici söz sahibidir.

Sonxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Rusiyanın İnterfaks agentliyinə müsahibəsində münaqişənin nizamlanmasında Türkiyənin rolundan danışarkən bildirib.

Dövlətimizin başçısı deyib: "Türkiyə həm də tamamilə müstəqil xarici siyasət yürüdür. Mənim bildiyimə görə bu da, hamıya komanda verməyə adət edənləri çox qıcıqlandırır. Türkiyə bizim etibarlı tərəfdaşımız, Azərbaycanın dostu, həm də Rusiya ilə çox sıx münasibətləri olan ölkə kimi, zənnimcə, hökmən mühüm rol oynayacaq. O, artıq indi həmin rolu oynayır. Rusiya və Türkiyə prezidentləri, bu ölkələrin Xarici İşlər nazirləri, Müdafiə nazirləri daim əlaqə saxlayırlar, bu məsələləri müzakirə edirlər. Bu, onu göstərir ki, Türkiyə artıq cəlb olunub, Ermənistanın nə qədər xoşuna gəlməsə də. Lakin, mən əminəm, Ermənistan bunu etiraf etməyə və bununla razılaşmağa məcbur olacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 5618   Tarix: 28 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

Prezident: Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, qoy, öz ərazisinin bir hissəsində yaratsın

Mən həmişə demişəm ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində heç vaxt heç bir referendum olmayacaq. Üstəlik, əgər baza prinsiplərinə nəzər salsaq, orada da referendum sözü yoxdur.. . Sonxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bunu Rusiyanın İnterfaks agentliyinə müsahibəsind

28 oktyabr

Prezident: Baza prinsiplərində beş rayonun qaytarılmasını nəzərdə tutan birinci mərhələ aktuallığını itirib

Bilirsiniz ki, sabah Cenevrədə Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirləri arasında danışıqlar olmalıdır. Erməni tərəfin baza prinsiplərinə nə dərəcədə sadiq olduğunu orada görəcəyik. Bundan sonra biz həmin prinsiplərin hazırda nə dərəcədə aktual olub-olmadığını artıq özümüz qiymətləndirəcəyik.

28 oktyabr

İlham Əliyev: İraqa tətbiq olunan sanksiyalardan hətta biri Ermənistana tətbiq edilsəydi, münaqişə çoxdan həll edilərdi

Ermənistana hansı sanksiyalar tətbiq edilə bilərdi? O sanksiyalar ki, Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə və işğal edilmiş ərazilərdən qoşunları çıxarmağa məcbur etsin.. . Sonxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikri Rusiyanın İnterfaks agentliyinə müsahibəsind

28 oktyabr

Prezident: Hərbi qarşıdurmanın nə qədər uzun müddət davam edəcəyi erməni tərəfindən asılıdır

Biz istənilən anda, günü bu gün dayanmağa hazırıq. Lakin bunun üçün erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürməlidir. Buna görə də hərbi qarşıdurmanın nə qədər uzun müddət davam edəcəyini qabaqcadan deyə bilmərəm. Bu, erməni tərəfindən asılıdır

28 oktyabr

Xorvatiya saytı Ermənistanın azərbaycanlı mülki əhalini atəşə tutmasından yazır

Xorvatiyanın "Zagorje" xəbər portalında Ermənistan tərəfinin ağır artilleriyadan istifadə etməklə Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutması barədə məqalə dərc olunub.. . AZƏRTAC xəbər verir ki, "Tərtərin qəhrəmanlığı" sərlövhəli məqalədə atəş nəticəsində mülki əhal

28 oktyabr

Ərdoğanla Putin Qarabağı müzakirə etdilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.. . Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.. . Məlumata görə, dövlət başçıları Dağlıq Qarabağda yaranan vəziyyəti müzakirə ediblər

27 oktyabr

ATƏT-in Minsk qrupunun həmsədrlərindən Dağlıq Qarabağla bağlı birgə BƏYANAT

ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıblar.. . Sənəd ATƏT-in rəsmi saytında dərc edilib.. . Bəyanatda həmsədrlərin oktyabrın 24-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtondakı görüşlərində iştirak etdikləri qeyd edilir.. . Həmsədrlər münaqişə tərəflərini oktyabrın 10-da Moskvad

26 oktyabr

Azərbaycan XİN rəhbəri yenidən həmsədrlərlə görüşəcək

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun İsveçrəyə səfər edəcəyi gözlənillir. . . Səfər 29 oktyabr tarixinə planlaşdırılıb.. . C.Bayramov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək. Görüşün mövzusu Dağlıq Qarabağ münaqişəsidir. . . ATƏT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb

26 oktyabr

Mehriban Əliyevadan işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva "Instagram" hesabında paylaşım edib.. . O, "Instagram" hesabında Ali Baş Komandan İlham Əliyevin ordumuzun uğuru ilə bağlı "Twitter" statusunu paylaşıb..

25 oktyabr