Alman mətbuatı Ermənistan rəhbərliyini ifşa etdi
Günlərdir törətdikləri vəhşilikləri utanmadan danan Şuşan Stepanyan tutarlı cavabını aldı.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, oktyabrın 28-də düşmənin Bərdəyə zərbə endirməsindən dərhal sonra Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan tvitter hesabında bunu danaraq, "cəfəngiyyat və yalan" olduğunu yazmışdı. Nüfuzlu Sueddeutsche Zeitung (SZ) nəşri isə əsl yalançının Ermənistan tərəfi olduğunu ifşa edib.
Qəzetin yazdığına görə, zərbə anında alman müxbirlər hadisə yerində olub və baş verənləri öz gözlərilə görüblər: "Ermənistan Müdafiə Nazirliyi hücumu qəti şəkildə təkzib etdi. Nazirliyin sözçüsü bu haqda deyilənlərin cəfəng olduğunu yazdı. Lakin müxbirlərimiz Bərdənin mərkəzində qurbanların cəsədlərini və çoxsaylı raket qalıqlarını gözlərilə görüblər. Həmin vaxt Bərdə ətrafı ərazilər, o cümlədən, qonşu Tərtər şəhəri də artileriya atəşinə tutulurdu".
"Sueddeutsche Zeitung", həmçinin Bərdədə mülki əhalinin, qadın və uşaqların qətlə yetirilməsini qınayıb. Qeyd edilib ki, Ermənistan işğal etdiyi Dağlıq Qarabağda yaradılan qondarma qurumu heç özü də tanımır. Dağlıq Qarabağ və ətrafındakı 7 rayon beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınır.
Xatırladaq ki, oktyabrın 28-də Ermənistanın Bərdəyə raket hücumu nəticəsində 21 mülki şəxs həlak olub, 60-dan çox dinc sakin yaralanıb.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1584 Tarix: 29 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşSabah 31° isti olacaq
Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər
25 aprelKreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH
Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər
25 aprelRamzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA
Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on
24 aprelAzərbaycanda vəkillərin sayı açıqlanıb
"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro
25 aprelBiləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır
25 aprelMarketlər müştərini ALDADIR: Yalançı, yoxsa real endirimlər? - AÇIQLAMA
Bütün mağazalarda endirim kampaniyaları olur. Bayram günləri, həftə sonları müəyyən kampaniyalar mövcud olur. Amma bəzən müştəri cəlb etmək məqsədi ilə mağazalarda süni endirimlər edilir. "40, 50, 70 faiz endirim edilir " deyə? elanlar yapışdırırlır, amma mağazada ya o qədər endirim olmur
24 aprelİntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara
25 aprel