Nazirlik xəbərdarlıq etdi: Düşmənin növbəti təhlükəli təxribatı

Nazirlik xəbərdarlıq etdi: Düşmənin növbəti təhlükəli təxribatıCəbhədə məğlubiyyətə düçar olan Ermənistan tərəfi kibermühitdə uğursuz təxribatlarını davam etdirir. Düşmən bu dəfə də elektron poçt üzərindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) adından "fişinq" xarakterli məktublar göndərir.

Bu barədə Sonxeber.az-a nazirlikdən bildirilib.

Məlumata görə, göndərilən saxta məktublarda istifadəçilərdən 48 saat ərzində məktubda göstərilmiş keçidə daxil olaraq elektron poçtları qeydiyyatdan keçirmələri və onu təsdiq etmələri istənilir. Əks halda, həmin istifadəçilərin e-poçtlarından istifadə edə bilməyəcəkləri bildirilir: "Yalançı məktuba etibarlığı artırmaq üçün mətndə Azərbaycan Respublikasının bayrağı və gerbi, nazirliyin loqosu, ünvanı, rəsmi şəxsin adı göstərilir. Məqsəd istifadəçilərin diqqətini yayındıraraq, zərərli keçidlərə daxil olmağa vadar etməklə müvafiq məlumatları ələ keçirmək və bu yolla həmin şəxslərin istifadə etdikləri avadanlığa və şəbəkəyə yol tapmaqdır.

NRYTN yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır. Qeyd edək ki, bir çox istifadəçilərin öz elektron poçtlarına VPN internet bağlantısından istifadə yolu ilə daxil olması həmin şəxslər və onların təmsil etdikləri qurumların şəbəkələri üçün çox ciddi təhlükə riski yaradır.

İstifadəçilərdən xahiş olunur ki, hazırkı dövrdə maksimum diqqətli olsunlar, bu kimi məlumatlara etimad edib ani hərəkət etməsinlər. Eyni zamanda keçidlərə daxil olub fərdi məlumatlarını təqdim etmədən öncə fərqli əlaqə vasitələrindən istifadə etməklə məktubun göndərildiyi ünvanı və məlumatların düzgünlüyünü rəsmi mənbədən yoxlasınlar. Bir daha qeyd edirik ki, bu formatlı məlumatlar xüsusən "fişinq" (tilova salmaq) cəhdləridir.

Həmçinin vətəndaşlar bu kimi hallarla üzləşdiklərində, 1654 və 1655 qaynar xətti, www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 9198   Tarix: 29 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

Bacılar mühafizəçiyə 27 bıçaq zərbəsi vurdular - FOTO

ABŞ sakinləri olan iki bacı mağazada onlara maska rejiminə riayət etməklə bağlı çağırış edən mühafizəçini bıçaqlayıblar.. . Sonxeber.az xəbər verir ki, bununla bağlı "Daily Mail" məlumat yayıb.. . Bildirilib ki, Çikaqoda baş verən hadisə zamanı 21 yaşlı Cessika və 18 yaşlı Ceyla Hill mühafizəçiy

29 oktyabr

Prezidentin köməkçisi: "Qondarma rejimin "müdafiə naziri" cəhənnəmə yola salınıb"

"Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında Xocalı soyqrımını törədənlərin cavabını verir".. . Sonxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hazırda Bərdə şəhərində olan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsini

29 oktyabr

SON DƏQİQƏ: Düşmən Bərdəni yenidən ATƏŞƏ TUTDU

Bərdə və Goranboy rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.. . Bu barədə Sonxeber.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

29 oktyabr

Hikmət Hacıyev: "Əgər kişidirlərsə, döyüş meydanında ortaya çıxsınlar"

"Ermənistan silahlı qüvvələrinin Bərdəni raket atəşinə tutması ilə bağlı Xarici İşlər naziri tərəfindən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə və digər beynəlxalq təşkilatlara məlumat verilib".. . Sonxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hazırda Bərdə şəhərində olan Azərbayca

29 oktyabr

Paşinyan təcrübəli generalları yaxına buraxmır

rmənistan hakimiyyəti birinci Qarabağ müharibəsində iştirak edən təcrübəli və yüksək rütbəli "hərbçiləri" hərbi qərargahın toplantılarında iştirak etməyə imkan vermir.. . Sonxeber.az xəbər verir ki, bu barədə Ermənistanın "İravunk" qəzeti məlumat yayıb.. . Məlumatda bildirilir ki

29 oktyabr

"Qarabağın məşhur müəllimləri" - Firidun bəy Köçərli

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Firidun bəy Köçərlidir.. . Sonxeber.az xəbər verir ki, əslən şuşalı olan Firidun bəy Köçərli 1885-1890 və 1893-1894-cü illərdə İrəvan gimnaziyasında ana dili, hüsnxətt fənlərini tədris edib. 1895-ci ildə Qor

29 oktyabr

Bu gün Zəngilanın işğalından 27 il ötmür

Zəngilan 29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.. . Sonxeber.az-ın məlumatına görə, 20 oktyabr tarixində Zəngilan şəhəri Ermənistan işğalından azad olunub. Elə həmin gün rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri də işğalçılardan təmizlənib.

29 oktyabr

Prezidentin köməkçisi: "Azərbaycan hərbi hədəflərə qarşı tədbirlər görmək hüququnu özündə saxlayır"

"Hücumların çoxu Ermənistan ərazisindən həyata keçirilir. Azərbaycanın beynəlxalq humanitar hüququ və Cenevrə Konvensiyasını rəhbər tutaraq özünümüdafiə hüququ var. Azərbaycan hərbi hədəflərə qarşı tədbirlər görmək hüququnu özündə saxlayır".. . Sonxeber.az xəbər verir ki, bunu jurnalistlər

29 oktyabr

Kamran Əliyev: "Tarixdə heç bir vaxt bu kimi cinayətləri törədənlər məsuliyyətdən qaça bilməyiblər"

"Tarixdə heç bir vaxt bu kimi cinayətləri törədənlər məsuliyyətdən qaça bilməyiblər. Onlar gec-tez cinayət məsuliyyətinə cəlb olunublar, beynəlxalq tribunal qarşısında cavab veriblər".. . Sonxeber.az xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Bərdədə hadisə yerində jurnalistlər

29 oktyabr