Prezident: "Onlar, bəlkə də, istehkam qurğularına yüz milyonlarla dollar xərcləyiblər"
"Biz bunu təklif etdik. Lakin ermənilər bunu həmişə rədd ediblər. Minsk qrupunun həmsədrləri mənim dediklərimi təsdiqləyə bilərlər. Biz həmişə təklif edirdik, biz həmişə sülh planına, belə adlandırılan əsas prinsiplərə sadiq idik. Bu prinsiplər Azərbaycanın işğal edilmiş ərazilərinin mərhələlərlə boşaldılmasını nəzərdə tuturdu. Birinci mərhələdə beş rayon, ikinci mərhələdə iki rayon. Lakin indi bu beş rayonun demək olar ki, hamısı işğaldan azad edilib. Buna görə Ermənistan həmişə buna qarşı olub".
Sonxeber.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin "Bu mövzuya gəlmişkən, yeddi rayonun hamısını azad etmək, bundan sonra danışıqları aparmaq və Dağlıq Qarabağın muxtariyyət zonası ilə bağlı bir razılığa gəlmək məqsəd deyilmi?" sualına cavabında deyib.
"Səmimi söyləsək, əraziləri azad etdikdən sonra döyüş meydanında gördüklərimiz, orada qurulmuş istehkam qurğuları, - onlar bəlkə də bu qurğulara yüz milyonlarla dollar xərcləyiblər, - göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar. Çünki əgər ərazilərdən çıxmağı planlaşdırsaydılar, bu qədər çox sərmayə yatırmazdılar. Müasir avadanlıq, müasir silahlar, müasir istehkam texnologiyası ilə təchiz olunmuş bir neçə müdafiə səddi var idi. Buna görə danışıqlar masasında onların bütün davranışı vasitəçiləri və bizi aldatmaq cəhdindən ibarət idi. Onlar danışıqları sonsuz edirdilər və vaxt qazanmaq istəyirdilər, onlar 27 il ərzində buna nail ola bildilər. Buna görə, biz əsas prinsiplərə sadiqik. Yeddi rayon bizə qaytarılmalıdır. Ermənilər heç vaxt bu rayonlarda yaşamayıblar. Üstəgəl, Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar, - müharibədən əvvəl Dağlıq Qarabağda Azərbaycan əsilli 40 min insan var idi, - oraya qayıtmalıdır və plan belə icra olunmalıdır", - dövlət başçısı əlavə edib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1574 Tarix: 31 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşSuraxanıda 36 yaşlı qadını avtomobil vurub
Bakının Suraxanı rayonunda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. "Report" xəbər verir ki, 1988-ci il təvəllüdlü Xatirə Əyyub qızı Yusifova yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır
28 martBu ölkədə uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyalı bir şirkət, ölkədə kəskin azalan doğum nisbətini düzəltmək üçün milyonlarla dollar ödəyəcək. xarici mənbəyə istinadən xəbər verir ki, Seulda yerləşən tikinti şirkəti "Booyoung Group" işçilərinə hər dəfə uşaq dünyaya gələndə 100 milyon Koreya vonu (75 min dollar) ödəməyi planlaşdırır
28 martŞagirdi uşaq dünyaya gətirən məktəbin direktoru işdən çıxarıldı
Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, Dilbə
28 martLiftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə paytaxtın çoxmərtəbəli yaşayış binalarında mövcud lift təsərrüfatının vəziyyəti təhlil edilib
28 martAzərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi - TƏFƏRRÜAT
Neftçala rayonunda 1994-cü il təvəllüdlü Hüseyn həmyerlisi Elçin adlı şəxsə odlu silahla xəsarət yetirib. Hadisə ötən ilin sentyabrın 1-də, saat 07 radələrində Neftçala rayonunun Ramazanlı kəndində baş verib. Hüseyn Elçinin evinin qarşısında, küçədə şəxsi münasibətlər zəminində mübahisə edərək idar
28 martAğcabədi sakininə yanlışlıqla cərimə yazıldı - AÇIQLAMA
Ağcabədi sakininə texniki xəta səbəbindən cərimə yazılıb. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Qurumdan bildirilib ki, baş verən texniki xəta araşdırılıb və aradan qaldırılıb:. "Sözügedən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol verilən qayda pozuntusu fot
28 martNazirliyin şöbə rəisi vəfat edib
Ədliyyə Nazirliyinin əməkdaşı Akşin Mirtəbib oğlu Ağayev vəfat edib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, nazirliyin Neftçala rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, A.Ağayev 2015-ci ildən Ədliyyə Nazirliyinin əməkdaşı olub
28 mart