Torontoda Azərbaycan qadınları həmrəylik aksiyası keçirib - FOTO
Kanadanın Toronto şəhərində Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin təşkilatçılığı ilə "We All Stand With Azerbaijan!" adlı həmrəylik aksiyası keçirilib.
Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Ontario əyalətinin Parlamentinin önündə Torontoda yaşayan Azərbaycan icmasının qadınlarının iştirakı ilə baş tutan həmrəylik aksiyasında təcavüzkar Ermənistanın 30 ilə yaxındır Azərbaycan torpaqlarını işğal altında saxlaması, o cümlədən erməni ordusunun dinc əhalini, azyaşlı məsum uşaqları qəsdən hədəfə alaraq qətlə yetirməsi kəskin pislənilib. Aksiyada "Qarabağ Azərbaycandır", "Erməni təcavüzünə son", "Gəncə üçün dua et","Erməni terroruna son", "Bərdə şəhəri münaqişə zonasından kənardadır" kimi şüarlar yazılmış plakatlar nümayiş olunub.
Gəncə və Bərdə terrorunun qurbanlarının fotolarının önünə güllər düzülüb, şamlar yandırılıb.
Aksiyanın sonunda Ontariodakı Azərbaycan icmasının anaları adından bəyanat, eləcə də parlament üzvlərinə indiyədək ünvanlanmış məktublar Ontario Əyalətinin Parlamentinin üzvü Ted Arnota təqdim edilib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1611 Tarix: 31 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşSabah 31 dərəcə isti olacaq
Aprelin 25-ə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfer təzyiq
24 aprelNəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay
25 aprelBakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO
Metronun "28 May" stansiyasının ətrafında yeni yaradılan pul tələsi diqqət çəkib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, insanlar müəyyən məbləğ ödəyərək, turnikə çıxır və onlardan 2-3 dəqiqə turnikdə asılı qalmaq tələb olunur. Bunun öhdəsindən gələn şəxslərə isə 50-10
24 aprelXalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO
"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"
24 aprelBiləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır
25 aprel