Nazir: "Əsassız yerə əmək müqavilələrinə xitam verilib"

Nazir: "Əsassız yerə əmək müqavilələrinə xitam verilib""Ölkəmizin digər bölgələrində olduğu kimi, azadlığına qovuşan həmin ərazilərimizdə də geniş miqyasda sosial müdafiə və aktiv məşğulluq proqramları icra olunacaq. Bu istiqamətdə müxtəlif istiqamətlərdə tədbirləri əhatə edən təkliflər üzrə artıq işlərə başlanıb".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirliyin Kollegiya iclasında bildirib.

O qeyd edib ki, ildən-ilə geniş vüsət alan sosial müdafiə və aktiv məşğulluq proqramlarında hər zaman həssas qruplardan biri kimi, məcburi köçkünlərə də üstünlük verilib:

"Həmin vətəndaşlar işğaldan azad edilmiş yurdlarına qayıtdıqdan sonra da onların sosial-iqtisadi dəstək tədbirləri ilə əhatə olunması işləri aparılacaq. Son illərdə özünüməşğulluq proqramının dəstəyi ilə minlərlə köçkün ailəsinin kiçik təsərrüfatları, müəssisələri yaradılıb.

Onlar artıq öz təsərrüfat və müəsissələrini də doğma yurd yerlərinə aparmaq əzmindədirlər. Ümumən, işğaldan azad edilən ərazilərdə kənd təsərrüfatı və istehsal yönümlü çoxsaylı ailə təsərrüfatlarının yaradılmasında da özünüməşğuluq proqramı öz töhfəsini verəcək".

Nazir həmçinin qeyd edilən zonalarda DOST mərkəzlərinin, peşə-tədris və reabilitasiya, sosial xidmət müəssisələrinin yaradılacağını deyib. Bununla bağlı da layihələndirmə işlərinin aparılmasının nazirlik üçün prioritetlərdən biri olduğunu qeyd edib.

S.Babayev ölkəmizdə hərbi vəziyyət dövründə əmək, məşğulluq, sosial müdafiə sahəsində əhaliyə xidmətlərin yüksək səviyyədə təşkilinə xüsusi diqqət yetirildiyini bildirib.

O, xüsusilə pensiya, müavinət və təqaüdlərin, sosial yardımların ödənişlərinin vaxtlı-vaxtında icra edildiyini və bundan sonra da bu sahənin diqqətdə saxlanmalı olduğunu qeyd edib. İş yerlərinin qorunması sahəsində də işlərin davam etdiyini, elektron sistem üzərindən daimi nəzarət həyata keçirildiyini deyib.

Əmək müqavilələrinə əsassız yerə, həmçinin ciddi səbəb olmadan xitam verilməsi halları baş verdikdə işəgötürənlərlə sosial dialoq müstəvisində belə halların qarşısının alındığını diqqətə çatdırıb.

S.Babayev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminat proqramının davam etdiyini, bu il artıq 710 mənzil və fərdi evin verildiyini, ilin sonunadək bu rəqəmin 1500-ə çatacağını deyib.

Bildirib ki, pandemiya dövrü bir sıra məhdudiyyətlər yaratsa da, cari il üçün nəzərdə tutulmuş bütün sosial proqramların, eləcə də mənzillə və avtomobillə təminat, özünüməşğulluq proqramlarının uğurla başa çatdırılması, elektronlaşdırma proqramının davam etdirilməsi, ilin sonunadək yeni e-xidmətlərin işə salınması, yeni reabilitasiya müəssisələrinin istifadəyə verilməsi təmin olunacaq.

İclasda hərbi vəziyyət dövründə əmək, məşğulluq, sosial müdafiə sahəsində aparılan işlər və qarşıda duran vəzifələr müzakirə edilib. Hazırlanmış 21 peşə və 21 kvalifikasiya standartı da təqdim edilərək müzakirə olunub və Kollegiya tərəfindən həmin standartların təsdiq edilməsi qərara alınıb.(oxu.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4575   Tarix: 31 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19 aprel
.

Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək

Səhər saatlarından etibarən Ermənistan polisi Bağanisdən Voskepara gedən yolu bağlayıb. Yerli sakinlərin sözlərinə görə, əraziyə polisin xüsusi təyinatlı qüvvələri cəlb olunublar. Sakinlər iddia edirlər ki, Ermənistan tərəfi müdafiə mövqelərindən birini təhvil verməyə hazırlaşır

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları Azərbaycana təhvil veriləcək Qazaxın Aşağı Əskipara kəndinə gəliblər. Bununla bağlı erməni "Telegram" kanallarında videogörüntülər yayılıb. Qeyd edək ki, Azərbaycana qaytarılması nəzərdə tutulan Qazaxın Aşağı Əskipara kəndind

22 aprel