Baş nazirdən qərar: "Hökumət buludu"na keçid planı" təsdiq edilib
Nazirlər Kabineti "Dövlət informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu"na Keçid Planı"nı təsdiq edib.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, "Hökumət buludu"nun Milli Data Mərkəzinin, o cümlədən "bulud" platformasının mərhələli şəkildə inkişaf etdirilməsi, dövlət informasiya sistemlərinin və ehtiyatlarının onların sahibləri və ya operatorları ilə birlikdə "Hökumət buludu"na keçidinin təşkili, Keçid Planında nəzərdə tutulmuş tədbirlərin mərhələli şəkildə icrasına nəzarət və icranın gedişi barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
Həmçinin, dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, publik hüquqi şəxslərə, informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu"na keçidinin təşkil olunması istiqamətində aidiyyəti üzrə zəruri tədbirlərin görülməsi, "Hökumət buludu"nun operatoruna şərait yaratmaq, aidiyyəti informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu"nda yerləşdirilməsi təmin etmək tapşırılıb.
Qeyd edək ki, dövlət informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu"na Keçid Planı özündə 2020-2024-cü illər üzrə mərhələli şəkildə "Hökumət buludu"na miqrasiyanı əhatə edən tədbirləri ehtiva edir.
Bunun "Hökumət buludu" şəbəkəsində dayanıqlı və çevik "bulud" xidmətlərinin göstərilməsinə, informasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsinə, habelə dövlət infromasiya sistemlərinin yaradılması və saxlanılması xərclərinin optimallaşdırılmasına şərait yaradacağı gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Ombudsman Ermənistanın müharibəyə uşaqları cəlb etməsinə münasibət bildirib
Ermənistan Azərbaycana qarşı müharibədə uşaqlardan istifadə edir. Bu, tamamilə qəbuledilməzdir. Azərbaycan torpaqlarının işğalına son qoymaq, ordusunu Azərbaycandan çıxarmaq, beynəlxalq hüquqa riayət etmək əvəzinə Ermənistan uşaqları işə cəlb edir və beynəlxalq humanitar hüququn prinsiplərini pozur.
26 oktyabr 2020Hərbçilərin və müharibədən zərər çəkmiş şəxslərin kreditləri silinəcək
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad edərək şanlı qələbəyə doğru inamla irəliləyir.. . Sonxeber.az xəbər verir ki, bu barədə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin açıqlamasında bildirilir.
24 oktyabr 2020SOCAR Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə uşaq bağçası tikir
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi - "SOCAR Energy Georgia" ölkənin Laqodexi bələdiyyəsinin ərazisində 18 000 azərbaycanlının yaşadığı Qabalı kəndində uşaq bağçasının təməlini qoyub.. . Bu barədə "Report"a SOCAR-dan məlumat verilib.. . Məlumata görə
21 oktyabr 2020Ölkədə təsərrüfat subyektlərinin sayı artıb
2020-ci ilin yanvar-sentyabr ayları әrzindә təsərrüfat subyektlərinin (fәrdi sahibkarlar istisna olmaqla) sayı 4,7 faiz artıb.. . Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən, 2020-ci ilin cari dövrü ərzində statistik vahidlәrin sayı 153 mini ötüb. O cümlәdәn, kommersiya tәşkilatlarını
18 oktyabr 2020Azərbaycan qazının Avropaya nəqlindən nə qazanacaq? - TƏHLİL
Məlumat verdiyimiz kimi, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Təbii Qaz Boru Kəmərinin (TAP) inşaat işləri yekunlaşıb. Bu isə o deməkdir ki, artıq Azərbaycandan Avropaya kommersiya qazının nəqli yaxınlaşır. TAP konsorsiumunun məlumatında da hazırda kommersiya əməliyyatlarını
13 oktyabr 2020Nazirlik: Mingəcevirdə elektrik stansiyaları normal rejimdə fəaliyyət göstərir
Ermənistan Silahlı Qüvvələrinin humanitar atəşkəs razılaşmasına məhəl qoymayaraq Mingəçevirdə elektrik stansiyalarını hədəfə alan hücümları regionda enerji və ekoloji təhlükəsizliyə qarşı yönəlmiş növbəti cinayət hadisədir.. . Bu barədə Sonxeber.az Energetika Nazirliyinə istinadən xəbər verir.. . Məlumatd
11 oktyabr 2020İqtisadiyyat Nazirliyi Silahlı Qüvvələrin Yardım Fonduna ianə ediblər
İqtisadiyyat Nazirliyi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək üçün Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb.. . Nazirlik və onun strukturuna daxil olan qurumların əməkdaşları işğalda olan torpaqlarımızın düşməndən azad edilməsinə dəstək məqsədilə aylıq vəzif
3 oktyabr 2020Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi qaydası təsdiq edildi
Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli qərarı ilə "Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası" təsdiq edilib. . . Bu sənəd ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil
3 oktyabr 2020Azərbaycan neftçiləri hər iki cəbhədə düşmənlə mübarizə aparır
Bu gün Azərbaycan neftçiləri həm Milli Ordumuzun sıralarında, həm də arxa cəbhədə Vətən uğrunda mübarizə aparırlar.. . Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.. . Məlumatda həmçinin bildirilir ki, cəbhədə vuruşan həmkarlarımızla fəxr edir, onlara qibt
3 oktyabr 2020