Özbəkistan portalı Bərdə hadisələrindən yazdı

Özbəkistan portalı Bərdə hadisələrindən yazdıÖzbəkistanın tnews.uz portalı Azərbaycanın Özbəkistandakı səfirliyinin Bərdə hadisələri ilə bağlı mətbuat üçün məlumatını yayıb.

AZƏRTAC xəbər verir ki, məlumatda oktyabrın 27-də və 28-də Ermənistanın humanitar atəşkəs rejimini pozaraq "Smerç" bombalarından Bərdə, Goranboy və digər əraziləri atəşə tutduğu bildirilir. Oktyabrın 27-də Bərdə rayonu ərazisində 5 dinc sakin həlak olub, 14 nəfər yaralanıb. Həmin gün Euronews televiziya kanalının çəkiliş qrupu da "Kornet" sistemindən atəşə tutulub.

Qeyd olunur ki, oktyabrın 28-də qədim Bərdə şəhərinin mərkəzi "Smerç" qurğularından raket atəşinə tutulub, nəticədə 21 dinc sakin həlak olub, 70-dən çox insan yaralanıb. Vurğulanır ki, silahlı münaqişələr zamanı mülki əhalini və obyektləri nişan almaq hərbi cinayətdir və 1949-cu ildə imzalanan Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır.

Deyilir ki, Ermənistanın Azərbaycanın mülki obyektlərini və dinc əhalisini raket atəşinə tutması ilə bağlı Avropa məhkəməsinə müraciət edilib. Vurğulanır ki, erməni təcavüzkarlarının əli ilə günahsız insanların həlak olmasına, erməni vandallarının cinayətlərinə dünya birliyi daha nə qədər susacaq?

Dünya ictimaiyyəti Azərbaycan ərazisindəki təcavüzkar qüvvələrə siyasi, maliyyə dəstəyi göstərən ayrı-ayrı dövlətlərə müvafiq təsir göstərməyə çağırılır.

Qeyd etmək istəyirik ki, Azərbaycan öz növbəsində bütün cəbhəboyu humanitar atəşkəs rejiminə əməl edir. Ermənistan rəhbərliyi, ən nəhayət, başa düşməli və qəbul etməlidir ki, Azərbaycanın dövlət sərhədləri dünya birliyi tərəfindən tanınıb və Azərbaycan öz ərazisinə hücum edən hər hansı hərbi obyekti məhv etmək hüququna malikdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2335   Tarix: 02 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021