"Reuters": Qarabağın azərbaycanlı köçkünləri tezliklə öz ata-baba torpaqlarına qayıtmaq arzusundadırlar

"Reuters": Qarabağın azərbaycanlı köçkünləri tezliklə öz ata-baba torpaqlarına qayıtmaq arzusundadırlar"Reuters" agentliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə yayıb.

Sonxeber.az xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı öz doğma yurdlarından qovularaq köçkün vəziyyətinə düşmüş, ölkənin müxtəlif rayonlarında məskunlaşmağa məcbur olan azərbaycanlıların son günlərdə Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində bir sıra ərazilərin işğaldan azad edilməsi barədə fikirləri və təəssüratları yer alıb.

Bakıdakı məcbur köçkünlərin yaşadıqları qəsəbənin 80 yaşlı sakini Həsən Əhmədov Azərbaycan qoşunlarının Dağlıq Qarabağda apardığı uğurlu əməliyyatlar nəticəsində Cəbrayıl şəhərini azad etməsi barədə xəbəri sevinclə qarşıladığını və onun sonuncu arzusu olan - 25 ildən çoxdur işğal altında olan ata-baba torpağına qayıtmaq arzusuna bir addım qaldığını bildirir.

"Ərazilərin minalardan təmizləməsini və öz ata-baba yurdumuza yenidən qayıtmaq üçün orada aparılacaq bərpa və abadlıq işlərini səbirsizliklə gözləyirik. O torpaqlarda atalarımızın və babalarımızın məzarları var", – deyə o bildirir.

Məqalədə Dağlıq Qarabağın beynəlxalq səviyyədə Azərbaycanın ərazisi olduğu faktı da vurğulanır. Diqqətə çatdırılır ki, artıq 1 aydır davam edən müharibə nəticəsində Azərbaycan Ordusu qələbələr qazanaraq Ermənistanın işğalı altında olan ərazilərinin bir hissəsini azad edib. İki dövlət arasında indiyədək üç atəşkəs razılaşması əldə olunsa da, bu razılaşmaların qısa müddət ərzində pozulduğu bildirilir.

Yazıda Bakı sakinlərinin Azərbaycanın 1990-cı illərdə itirdiyi bir çox ərazilərin bir hissəsini geri qaytardığını dedikləri vurğulanır. Şəhər ətrafındakı reklam lövhələrində və vitrinlərdə olan plakatlarda birmənalı şəkildə "Qarabağ Azərbaycandır!, Qarabağ bizimdir!" şüarları yer almaqadadır.

Son döyüşlərdə oğlunun yaxın dostunun həlak olduğunu bildirən Bakı şəhər sakini Olga İsmayılova deyib: "Oğlanlarımız üçün narahat ola bilərik, ancaq bizə məxsus olan torpaqlarımızı geri qaytarmalıyıq".

Məqalədə Azərbaycan Müdafiə Nazirliyinə istinadla minlərlə könüllünün qeydiyyatdan keçdiyi bildirilir.

Digər məcburi köçkün - inşaat işçisi olan 42 yaşlı Ramin Əliyevin də Müdafiə Nazirliyinə məktub yazaraq döyüşlərdə könüllü iştirak etmək istəyini bildirməsi də vurğulanır. "Vətən uğrunda ölməyə hazıram, qoy uşaqlarım mənimlə fəxr etsinlər," – deyə o bildirib.

Məqalədə, həmçinin döyüşə yazıla bilməyən sakinlərin başqa yollarla hərbçilərə kömək etdiyi də qeyd olunur. Əczaçılıq üzrə icraçı direktor Elnur Əliyevin maliyyə vəsaiti toplamaq və ön cəbhəyə lazım olan şeylər göndərmək üçün işdən müəyyən müddətə məzuniyyət götürdüyü bildirilir.

Müəllif ölkə ərazisinin demək olar ki, hər bir yerində radio verilişlərinin öz efir vaxtının çox hissəsini vətənpərvərlik ruhunda olan mahnılara həsr etdiyini, Azərbaycan bayrağının Türkiyə bayrağı ilə yan-yana balkonlarda dalğalandığını qeyd edir.

"Kəndimizin işğaldan azad olunması xəbərini eşidəndən bəri Bakıda özümü yad kimi hiss edirəm", - deyən 33 yaşlı Nemət Səmədov uşaq ikən ailəsi ilə birgə kəndlərini tərk edib. O deyib: "Mən könüllü kimi qeydiyyatdan keçmişəm və hərbi xidmətə cəlb olunmağımı gözləyirəm".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1022   Tarix: 03 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edib

"Azərbaycan və Ermənistan ilk dəfə olaraq problemi danışıqlar masası arxasında həll ediblər". Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edərkən jurnalistlərə açıqlamasında bildirib. "İstəməzdim ki, baş verənlərə ço

20 aprel
.

General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM

23 aprel
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19 aprel
.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel
.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel
.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel
.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel
.

Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları Azərbaycana təhvil veriləcək Qazaxın Aşağı Əskipara kəndinə gəliblər. Bununla bağlı erməni "Telegram" kanallarında videogörüntülər yayılıb. Qeyd edək ki, Azərbaycana qaytarılması nəzərdə tutulan Qazaxın Aşağı Əskipara kəndind

22 aprel