"SOCAR Trading" ilin treyderi elan edilib

"SOCAR Trading" ilin treyderi elan edilibAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan "SOCAR Trading" şirkətinin mayeləşdirilmiş neft qaz (LPG) bölməsi üzrə rəhbəri Floran Şevrier (Florent Chevrier) "Argus LPG Awards of Excellence 2020" versiyası üzrə ilin treyderi elan edilib.

"Report"un məlumatına görə, F.Şevrier Cenevrədə yerləşən qlobal enerji ticarətində uzun müddət işləyən bir treyderdir və bu mükafata sənayenin görkəmli həmkarları tərəfindən layiq görülüb.

"Argus LPG Awards of Excellence 2020" mükafatı Ümumdünya Mayeləşdirilmiş Neft Qazı (LPG) Assosiasiyası (WLGPA) ilə birgə tərəfdaşlıqda təqdim edilib. Bu mükafatın seçimi 4 kateqoriya üzrə aparılır. Bunların arasında "İlin Treyderi", "COVID-ə qarşı dözümlülük", "İnnovasiya texnologiyaları" və "Milli Assosiasiyasiyalar" kateqoriyası var.

F.Şevrier ticarət sahəsində yaradıcılıq, dəyişən ticarət axınlarına adaptasiya məsələlərində liderlik və yeni təchizat mənbələrinin açılması, həmçinin LPG birliklərin və yerli iqtisadiyyatlara tələbat baxımından dəstəyin verilməsi üzrə 2020-ci ilin treyderi nomiyasına layiq görülüb.

F.Şevrier bu mükafatı öz tərəfdaşlarından qəbul etdiyi üçün çox qürurlu olduğunu bildirib: "Mən çox xoşbəxtəm ki, öz həmkarlarımla bir yoldayam və "SOCAR Trading"in LPG komandası adından bu prestijli mükafatı qəbul edirəm. İnanıram ki, bu mükafat "SOCAR Trading" tərəfindən tətbiq edilən sənayenin uğurlu biznes modeli kimi qəbul ediləcək. Biz bütün işlərimizdə dürüstlüyün təməlini qurduq və bütün kommersiya tərəfdaşlarımızla dərin bağlar yaratdıq".

O, sonda "Argus Media"ya təşəkkürünü bildirib.

"Argus LPG Awards of Excellence 2020" mükafatının əsas mövzusu innovasiya və dünyada dayanıqlıqdır. Qlobal biznes fəaliyyətinin aktivliyinin zəiflədiyi bir dövrdə "SOCAR Trading" iqtisadi qeyri-müəyyənlik şəraitində çalışaraq öz biznesini bütün maliyyə və əməliyyat aspektləri üzrə uğurlu idarəetməyə nail olub.

"SOCAR Trading" son iki ildə rəqəmsal həllər həyata keçirib. Xüsusən də bu, risklər və uyğunlaşma sayəsində həyata keçirilib. "SOCAR Trading" inamlı və çevik şəkildə yeni perspektivli bazarlara doğru genişlənir", - F.Şevrier bildirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3288   Tarix: 05 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hesablama Palatası dövlət qurumunda yoxlamalar APARIR

Hesablama Palatası Bakı Şəhər Mədəniyyət Baş İdarəsində yoxlamalar aparılır. Bizim.Media-nın əldə etdiyi məlumata görə, yoxlamalara yanvar ayının əvvəllərindən başlanıb və bu, fevralın sonunda bitəcək. Audit yoxlamaların Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibindəki mədəniyyət ocaqlarında da aparıldığ

22 fevral
.

Kirayə evə görə vergini kim ödəməlidir?

Son zamanlar çoxmənzilli binalarda yaşayanlardan mənzilin özlərinə aid olub-olmaması tez-tez soruşulur. Mənzildə kirayə qalanlar isə daha bir suala cavab verməli olurlar: Mənzilin sahibi ilə müqavilə varmı? . Müqavilə isə vergi öhdəliyini ortaya çıxarır. Bəs bu vergini kim ödəməlidir? Ev sahibi, yoxs

18 aprel
.

Qızılın qiyməti rekord həddə çatdı

Qızılın dünya qiyməti rekord həddə yüksəlib. Ekspertlər bildiriblər ki, son aylarda qiymətli metal Çin istehlakçılarının fenomenal alışları fonunda "ikinci nəfəs" qazanıb. Məlumata görə, sarı metalın bir troya unsiyası (təxminən 31,1 qram) 2 141 dollara (3 639 manat) çataraq, ötən ilin dekabrınd

6 mart
.

Azərbaycan neftinin qiyməti 92 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,82 ABŞ dolları, yaxud 0,9 % azalaraq 92,26 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərini

11 aprel
.

Azərbaycanda ezamiyyə xərclərinin məbləği artırıldı

"Ezamiyyə xərclərinin normaları haqqında" Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normas

5 aprel
.

Bitkoin kəskin ucuzlaşıb

Bitkoinin məzənnəsi "Coinbase" birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. "Report" xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın ən məşhur kriptovalyutası, demək olar, beş faiz ucuzlaşıb. Bitkoinin dəyəri 62,7 min dollara düşüb. Kriptovalyutad

22 mart
.

Azərbaycanda yağ niyə ucuzlaşmır?

Azərbaycana xarici ölkələrdən idxal olunan kərə yağlarının qiyməti ucuzlaşıb. Bəs bu dəyişiklik daxili bazardakı qiymətlərə hansı dərəcədə təsir edə bilər?. Məsələ ilə bağlı "Yeni Sabah"a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, ucuzlaşma gözlənilsə də, bu müşahidə edilmir:. "Xaricdə

22 fevral
.

Azərbaycanda dollarla bağlı VACİB AÇIQLAMA

"Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 79,4 milyon dollarlıq sifariş qeydə alınıb. Bütövükdə, mart ayının geridə qalan günlərində hərraclarda 227.4 milyon dollar satılıb". xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, bu ilin ilk 2 ayı, xüsusə

12 mart
.

Azərbaycanda dollar bahalaşacaq? - RƏSMİ AÇIQLAMA/VİDEO

Son vaxtlar ölkədə dollara tələbatın yüksək olması müşahidə olunur. Bunu həm keçirilən hərracların nəticəsi, həm də müvadilə məntəqələrindəki canlanma göstərir. Ötən həftə bankların dollara tələbi 150 milyon dolları ötərək rekord olub. Bu proses nə ilə bağlıdır? Tələb bu qədər yüksəlməyə davam edərsə

26 fevral