"Ermənistana güzəşt etmək Azərbaycana növbəti minanın qoyulması deməkdir" - Politoloq

"Ermənistana güzəşt etmək Azərbaycana növbəti minanın qoyulması deməkdir" - Politoloq"Ermənistanın siyasi rəhbərliyi ilə mümkün danışıqlar prosesinin keçirilməməsi əsasən Baş nazir Nikol Paşinyanın sərgilədiyi qeyri-konstruktiv mövqeyə əsaslanır. Hərbi əməliyyatların intensiv şəkildə davam etməsi fonunda bu kimi danışıqlar kecirilərək, heç bir şərt qəbul olmadan atəşkəsin əldə edilməsi Ermənistanın maraqlarına uyğundur. Məhz bu kontekstdə Prezident İlham Əliyev Paşinyanla görüşə ehtiyac olmadığını və belə bir danışıqların mənasız olduğunu qeyd edib".

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Sonxeber.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, əgər, belə bir danışıqlar baş tutarsa, Paşinyanın yenə də əvvəlki mövqeyini davam etdirəcəyi istisna deyil:

"Hazırda Azərbaycan və Ermənistan arasında Qarabağ məsələsində siyasi həll variantı mümkün deyil. Ermənistan XİN rəhbəri Z. Mnatsakanyan da Qarabağın Azərbaycanın tərkibində olmayacağını vurğulamaqla bütövlükdə Bakı üçün Yerevanla hər hansı bir diplomatik danışıqlar təmasını mümkünsüz edir.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu prosesdə yalnız Azərbaycana qarşı mövqe ortaya qoyaraq atəşkəsə çağırır. Halbuki həmsədrlər ilk növbədə işğalçı ölkəyə çağırış edib, ordusunun işğal olunan ərazilərdən çıxarılmasına çalışmalıdırlar.

Humanitar atəşkəslə bağlı Moskva və Vaşinqtonda keçirilən görüş məhz Azərbaycana təzyiq vasitəsi idi. Aparılan bu danışıqlar birbaşa Azərbaycanın əleyhinə işləyirdi. Minsk qrupunun həmsədrləri növbəti həll variantları hazırlayaraq Qarabağa bir daha "aralıq status" təklifini irəli sürməklə, tərəfləri bir araya gətirməyi planlayırlar.

Bu istiqamətdə çalışırlar və baza prinsiplərindən fərqli həll variantı masaya gətirilməsi gözlənilir. Məqsəd Azərbaycan qoşunlarını Şuşa, Hadrut və Xocavənddən çıxarmaqdır.

Aparılan bütün danışıqların hədəfi Qarabağa Azərbaycanın tərkibində olmayan bir status verməkdir.

Azərbaycan hazırda qələbəyə çox yaxındır. Şuşanın götürülməsi və Laçın yolunun bağlanması ilə Azərbaycanın Ermənistan üzərində, həmçinin Minsk qrupunun üzərində qələbəsi olacaq. Mümkündür ki, Ermənistan tərəfi Azərbaycanın dövlət sərhədlərində provokasiya edərək, gərginliyi davam etdirəcək.

Artıq Minsk qrupu formatı fiaskoya uğrayıb. Ermənistanla bundan sonra Qarabağ danışıqlarının kecirilməsi, hər hansı bir güzəştin edilməsi, Azərbaycana növbəti minanın qoyulması deməkdir. Azərbaycan və Ermənistanla yalnız dövlət sərhədində atəşkəs rejiminin bərpa edilməsi üzrə danışıqlar keçirilə bilər. Məhz bu aspektdə rəsmi Bakı danışıqlara getməlidir.

Ermənistana işğal olunmuş ərazilərdə hər hansı bir güzəşt daxili siyasi müstəvidə yeni problemlərə gətirə bilər.

Məhz buna görə Prezident İlham Əliyev də Ermənistana güzəştə heç vaxt maraqlı olmayacaq.

Türkiyənin regionda olması və burada yeni siyasi nizamın formalaşması, Qarabağda ermənilərə "muxtariyyət" və "aralıq statusunun" verilməsini istisna edir.

Döyüş əməliyyatlarının davam etməsi, siyasi həll variantlarının olmadığını göstərir. Baş verənlər Ermənistanın siyasətinin təzahürüdür. Bundan sonra Rusiya tərəfindən Ermənistana havadan müdafiə, artilleriya və raket sistemlərinin verilməsi dayandırılacaq. Bu silahlar Ermənistana məhz Qarabağ məsələsində hərbi prioriteti saxlamaq üçün verilirdi. Artıq Ermənistan yalnız pul müqabilində belə silahlar ala bilər. O büdcə isə Ermənistanda olmayacaq.

Azərbaycan da daima qeyd edib ki, Ermənistan ərazisinə qarşı hər hansı bir hərbi əməliyyatlarda maraqlı deyil. Ermənistan regionda artıq hərbi balansı pozulmuş, yalnız atıcı silahlarla silahlanmış bir orduya sahib olacaq. Bununla da Ermənistan Azərbaycan və Türkiyə arasında Rusiyanın zəif bir forpostu olaraq mövcudluğunu qorumağa çalışacaq.

Ermənistanın Qərbə inteqrasiyası isə yaxın perspektivdə mümkün görünmür. Qarabağ müharibəsi Rusiya-Ermənistan hərbi müttəfiqliyinə zərbə vuraraq, bu ölkənin gələcək perspektivdə müasir silahlanmasının üstündən xətt çəkdi".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1754   Tarix: 06 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO

Fövqəladə Hallar Nazirliyində növbəti kadr təyinatı olub. xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, Mülki Müdafiə Qoşunlarının Təşkilati səfərbərlik bölməsinin rəisi polkovnik-leytenant Hikmət Məhi oğlu Hacıyev Mülki Müdafiə Qoşunlarının kadrla

19 aprel
.

Qırğızıstan prezidenti Ağdama gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasını

23 aprel
.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlə

19 aprel
.

"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov

"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin

22 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19 aprel
.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19 aprel
.

Azərbaycan Prezidenti Rusiyaya səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyaya səfər edəcək. xəbər verir ki, bu barədə Kremldən bildirilib. Qeyd olunub ki, Azərbaycan lideri rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Onlar Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amu

19 aprel