Günəş küləyi Veneranın atmosferindən atomları açıq kosmosa aparır
BepiColombo kosmik aparatı Günəş küləyinin Veneranın atmosferi ilə necə toqquşduğunu və onun atomlarını açıq kosmosa apardığını ilk dəfə olaraq izləyib.
Sonxeber.az Rusiya KİV-nə istinadən xəbər verir ki, məlumatda Veneranın eyni vaxtda üç kosmik missiya tərəfindən müşahidə edildiyi bildirilir.
Məlum olub ki, MMO zondunun alətləri plazmanın vəziyyətini izləyə bilər və Veneradan qaçan ionları, hətta onların Merkuriyə tranzit etdiyi qeyri-optimal konfiqurasiyada "görə" bilər.
BepiColombo Merkurinin tədqiqinə dair Avropa Kosmik Agentliyinin və JAXA-nın birgə missiyasıdır. Zond Günəş sisteminin birinci planetinə yolunda Venera ətrafında bir neçə qravitasiya manevri etməlidir.
İlk belə yaxınlaşmanı BepiColombo oktyabrın ortasında həyata keçirib və planetin yaxınlığından 10,7 min kilometr məsafədə ötüb. Alimlər bu imkandan alətin elmi missiyasını yoxlamaq, habelə Veneranın atmosferinin xüsusiyyətləri haqqında daha çox məlumat əldə etmək məqsədilə istifadə ediblər. Onlar missiyanın Avropa hissəsinə aid MPO zondunda quraşdırılmış yeddi aləti və Yaponiyaya aid hissədə MMO-da olan üç aləti işə salıblar.
Astronomlar, ilk növbədə, Veneranın atmosferinin xüsusiyyətlərini, o cümlədən onun temperaturunu, müxtəlif yüksəkliklərdə möhkəmliyini, habelə kimyəvi tərkibini öyrənmək istəyiblər. Paralel olaraq müşahidə daha iki kosmik aparatla – planetlərarası "Akatsuki" zondu (2015-ci ildən Veneranın orbitindədir) və "Hisaki" teleskopu (2013-cü ildən kosmosa göndərilib) ilə aparılıb.
Onların məlumatlarını toplayan yapon planetoloqlar Günəş küləyinin Veneranın atmosferinin yuxarı qatlarından atomları necə apardığının üçölçülü təsvirini əldə ediblər.
Alimlərin fikrincə, bu məlumat onların həmkarlarına Veneranın atmosferinin necə sürətlə seyrəldiyini qiymətləndirməyə, ilk dəfə olaraq planetin sərhədinin xüsusiyyətlərini tədqiq etməyə imkan yaradacaq.
Planetoloqlar əlavə məlumatları 2021-ci ilin avqustunda Venera ilə ikinci yaxınlaşma zamanı əldə etməyə çalışırlar.(ted.az)
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı Baxılıb: 2512 Tarix: 07 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMəşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə
16 sentyabr 2021Dördüncü "Matrix"in tizeri yayımlanıb
"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu
9 sentyabr 2021Payızın 4 trend rəngi - FOTO
Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın
8 sentyabr 2021Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO
Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır
11 sentyabr 202156 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
16 sentyabr 2021Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı
"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"
10 sentyabr 2021Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO
Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə
11 sentyabr 2021Keçi və xoruz toyuğu belə xilas etdi - VİDEO
Hollandiyanın Qelderland əyalətindəki bir fermada keçi və xoruz bir toyuğu ona hücum edən Şahin quşundan xilas edib. -a istinadən xəbər verir ki, sentyabrın əvvəlində 59 yaşlı fermer Caap Bits həyətdə səs eşidib. Şahin quşunun bir toyuğa hücum etdiyi məlum olub. Bu an müşahidə kamerasının videosuna düşüb
16 sentyabr 2021