Baş infeksionistdən xəbərdarlıq: Bu şəxslər arxayınlaşmamalıdır

Baş infeksionistdən xəbərdarlıq: Bu şəxslər arxayınlaşmamalıdırKoronavirusa təkrar yoluxma - dünyadakı və Azərbaycandakı təcrübə nə deyir?

Dünyada koronavirusa yoluxma halları artmaqda davam edir. Yazını hazırladığımız zaman COVİD 19-a ümumilikdə 49 milyondan çox adamın yoluxduğu bildirilib. Virusdan 1 milyon 239 mindən çox xəstə ölüb.

Asiyada 14 138 234, Şimali Amerikada 11 681 463, Avropada 11 813 052, Cənubi Amerikada 9 877 810, Afrikada isə 1 854 169 nəfərdə virus aşkarlanıb.

Virusa yoluxma sayına görə ilk üçlükdə olan dövlətlər ABŞ (9 919 522 nəfər), Hindistan (8 411 724 nəfər) və Braziliyadır (5 614 258 nəfər). Sərhəd qonşularımız Rusiyada 1 712 858, İranda 654 936, Türkiyədə 386 820, Ermənistanda 99 563, Gürcüstanda isə 49 218 nəfərdə koronavirus müəyyən edilib. Azərbaycanda koronavirusa yoluxan 60 873 nəfərin 794-ü ölüb, 46 465-i sağalıb.

Son vaxtlar koronavirusa təkrar yoluxan şəxslərin xəstəliyi daha ağır formada keçirməsi barədə fikirlər səsləndirilir. Bu həqiqətən də belədirmi? Ümumiyyətlə, təkrar yoluxma ehtimalı nə dərəcə düzgündür?

Məsələni araşdırmaq üçün ilk olaraq dünya təcrübəsi ilə maraqlandıq. Məsələn, qonşu ölkə Rusiyada koronavirusa təkrar yoluxma hadisəsi təsdiqini tapmayıb. Səhiyyə Nazirliyi Federal Müşahidə Xidmətinin rəhbəri Anna Popova bildirib ki, Rusiyada koronavirusa yenidən yoluxma halları hərtərəfli araşdırıldıqdan sonra təsdiqlənməyib, o izah edib ki, infeksiyadan sonra demək olar ki, bütün xəstələrdə infeksiyaya qarşı toxunulmazlıq yaranıb.

Honq Konq Universitetinin tədqiqatçılarının apardığı araşdırma nəticəsində isə koronavirusa yenidən yoluxan bir şəxsin yenidən virusu tutması aşkar edilib. Aprel ayında sağalmış həmin 33 yaşlı kişi avqustun ortalarında yenidən virus yoluxub. Cənubi Koreyada da yüz xəstə üzərində yoxlama aparılıb, araşdırma nəticəsində faktlar təsdiqlənməyib. Tuvanın başçısı Şolban Kara-ool da yenidən infeksiyaya yoluxdğunu bildirmişdi. Ancaq indiyə qədər bunun təkrar infeksiya olduğuna dair dəlillər gətirilməyib.

Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Təkrar yoluxma ilə bağlı faktlar varmı?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov bildirib ki, yeni koronavirus infeksiyasına təkrar yoluxma halları qeyd olunsa da, təsdiqlənmiş, sübut olunmuş hallar çox azdır: "Ona görə də hələlik belə hallar bir o qədər də əhəmiyyət daşımır. Əksər insanlarda bu infeksiyanı keçirdikdən sonra müəyyən immunitet formalaşır, biz bunu əsasən qanda aşkarlanan spesifik anticisimciklərin olması ilə təsdiqləyirik. Lakin xəstələnmiş azsaylı pasiyentlərdə bəzən bu cür anticisimlər formalaşmır və həmin şəxsin virusla təkrar təması zamanı yoluxub-yoluxmayacağını demək çox çətindir. Onu da qeyd etmək lazımdır ki, hətta xəstələnmədən sonra yaranmış immunitetin hansı müddətdə davamlı olacağı və həmin şəxsi qoruyacağı da müəyyən edilməyib. Tibbin qanunlarına əsasən təkrar yoluxma baş verərsə, ikinci xəstələnmə epizodu əvvəlki ilə müqayisədə daha yüngül olmalıdır, bu belə də olur, lakin istisnalar da mümkündür, yəni daha ağır formanın inkişafı da rast gələ bilər. Bütün bunları nəzərə alaraq xəstəliyi bir dəfə keçirmiş vətəndaşlarımıza ciddi tövsiyə edirik ki, arxayınlaşmamalı və digərləri kimi karantin tədbirlərinə ciddi əməl etsinlər".

İnfeksionist-hepatoloq Mərdan Əliyev pasiyentlər arasında təkrar yoluxma hallarına rast gəlmədiyini bildirib: "Dünyada koronavirusa ikinci dəfə yoluxma halı baş verib. Bizdə bununla bağlı statistik məlumat olmadığına görə cavab verə bilməyəcəym. O ki qaldı təkrar yoluxanların xəstəliyi ağır və ya yüngül keçirmələrinə, hələ bu da tam sübut olunmayıb. Bəzi mütəxəssislər virusa təkrar yoluxmada insanların ağır keçirdiyini, bəziləri də yüngül keçirdiyini deyir. Əslində isə mən yüngül formada keçməsi qənaətindəyəm. Çünki orqanizm bir dəfə bu xəstəliklə rastlaşıbsa, onu daha yüngül keçirir. Bu bütün infeksiyalarda belədir".

Infeksionist son günlər yoluxma sayının artması ilə bağlı narahatlığını ifadə edib: "Yoluxma sayının bu qədər artması müharibə vəziyyətində koronavirusun arxa plana keçməsi ilə bağlı oldu, virusa əhəmiyyət verilmədi. Koronavirusdan qorunmağın üç qızıl qaydası - maskadan istifadə etmək, sosial məsafə saxlamaq, əllərin yuyulmasına əməl edilmədir. Həm koronavirusdan sağalanların, həm də bütün vətəndaşların qorunması önəmlidir. Çünki bu virus yenidir, hələ tam araşdırılmayıb, peyvənd də yoxdur. Mütləq şəkildə maskadan istifadə etmək lazımdır. Əksər hallarda insanlar maskanı düzgün istifadə etmirlər. Maska ağzı tutur, burnu tutmur. Bu çox yanlışdır. İnsanların çox olduğu yerdən uzaq olmaq lazımdır. Açıq havada adam çoxdursa, maskadan istifadə olunmalıdır. Ən əsası da gigiyena qaydalarına riayət olunmalıdır".
(Yeni Müsavat)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2047   Tarix: 08 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Qatığı heç bir xörəyə, yeməyə qarışdırıb yemək olmaz - Səbəbi AÇIQLANDI

Qatığı heç bir xörəyə, qidaya qatıb yeməyin. Hətta kükü, pörtləmə, dolmaya belə sarımsaq qatıq əlavə edib yemək adətimiz əslində mədəyə, həzmə, ümumi orqanizmə zərərdir. -a istinadən xəbər verir ki, bunu tanınmış həkim Seyfəddin Əsəd deyib. "Qatıq mədənin turşuluğunu yuyur. Əti, yeməyi həzmə verə

13 sentyabr 2021
.

Peyvəndləmə infeksion prosesin qarşısını ala bilir? - Həkim AÇIQLADI

Dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, COVID-19-a görə məktəblərin bağlanması, həftə sonları ictimai nəqliyyatın işləməməsi, ictimai obyektlərin bağlanması düzgün addım deyil. Ona görə ki, pandemiya 5-10 il davam edə bilər. Belə çıxır ki, həmin müddət ərzində məktəblər bağlı qalmalı, ictima

12 sentyabr 2021
.

Yuxusuzluq bu ağır pozulmaların riskini artırır

European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir

15 sentyabr 2021
.

Bütün xəstəliklərin çarəsi - Məşhur professorun resepti

Məşhur rusiyalı həkim, sovet dövründə 30 il ərzində kosmonavtların sağlamlığına nəzarət edən professor İvan Neumıvakin qeyri-adi müalicə metodikaları ilə tanınır. -a istinadən bildirir ki, professorun fikrinə görə, xəstəliklərin əksəriyyətinin səbəbi orqanizmin Ph balansının pozulmasıdır. Müasir insanları

9 sentyabr 2021
.

Koronavirusun simptomları dəyişdi

Böyük Britaniyadan verilən son hesabata əsasən, peyvənd edilən insanlarda koronavirusun fərqli simptomları onların dəyişdiyini göstərir. Burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və qoxu itkisi son dövrün ən çox görülən 5 simptomu arasındadır və mütəxəssislər bu simptomları olan insanların peyvən

14 sentyabr 2021
.

Koronavirusa qarşı kimin immuniteti daha güclüdür?

Çində koronavirusa yoluxmuş 70 min insanın analizləri əsasında araşdırma aparılıb. Məlum olub ki, bu xəstəliyin yalnız 1% -i uşaqlarda və yeniyetmələrdə olur. Ən az risk 0-19 yaş arasıdır. Həkimlər bunu yaşdan asılı olaraq orqanizmin qoruyucu funksiyalarının zəifləməsi ilə əlaqələndirirlər. Uşaqları

8 sentyabr 2021
.

Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq

COVID-19-u yarım saatdan az müddətdə yüksək dəqiqliklə aşkar edə biləcək cihaz hazırlanıb. İxtiranın müəllifi Rusiya Federal Tibbi və Bioloji Agentliyinin (FTBA) Fiziki və Kimya Tibb İnstitutundan olan rusiyalı mütəxəssislərdir. Bildirilir ki, cihaz virus antigeninin varlığını 27 dəqiqədə aşkarlayır

8 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB

Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara

17 sentyabr 2021