Yeni nəsil kompüter çipi yaradıldı - FAYDALARI NƏDİR?

Yeni nəsil kompüter çipi yaradıldı - FAYDALARI NƏDİR?İsveçrəli mühəndislər iki funksiyanı – verilənlərin saxlanmasını və emalını birləşdirən yeni nəsil kompüter sxemi yaradıblar.

Sonxeber.az Ruisya KİV-nə istinadən xəbər verir ki, yeni sxem daha yığcam, sürətli və enerji baxımından səmərəli qurğu yaratmağa imkan verir. Tədqiqatın nəticələri "Nature" jurnalında dərc edilib.

İndiyədək kompüter mikrosxemlərinin enerji baxımından səmərəliliyi hazırda istifadə edilən Fon Neyman arxitekturası ilə məhdudlaşır. Ona əsasən verilənlərin emalı və saxlanması iki ayrıca blokda yerinə yetirilir. Bu, verilənlərin daim iki qurğu arasında ötürülməsi deməkdir ki, özlüyündə xeyli zaman və enerji tələb edir.

Lozanna Federal Politexnik Məktəbinin (EPFL) Nanoölçülü elektronika və strukturlar laboratoriyasının mühəndisləri yeni texnologiya yaradıblar. Həmin texnologiyada 2D-materialdan yaddaş funksiyasını məntiqi əməliyyatla bir araya gətirən vahid arxitektura yaradılması üçün istifadə olunur.

İki bloku vahid konstruksiyada birləşdirən mühəndislər enerji itkisinin xeyli dərəcədə azalmasına nail olublar. Bu da süni intellektə əsaslanan əlavələr üçün xüsusən vacibdir.

Mikrosxem molibden sulfiddən (MoS₂) – qalınlığı üç atom qədər olan ikiölçülü materialdan hazırlanıb. EPFL mühəndisləri bir neçə il əvvəl MoS₂-nin spesifik xüsusiyyətlərini öyrənərkən aşkar ediblər ki, bu, elektron əlavələr üçün əla yarımkeçiricidir.

Alimlər onun əsasında floating gate sahə təsirli tranzistorda mikrosxem hazırlayıblar. Adətən, fotoaparatların, smartfonların və kompüterlərin fləş-yaddaşında istifadə edilən bu tranzistorların üstünlüyü ondan ibarətdir ki, onlar elektrik yükünü uzun müddət saxlaya bilir.

Molibden sulfidin unikal elektrik xüsusiyyətləri onu sahə təsirli tranzistorlarda saxlanılan elektrik yükünə xüsusən həssas edir ki, bu da mühəndislərə həm yaddaş qurğusu, həm də proqramlaşdırıla bilən tranzistor qismində sxem yaratmağa imkan verib.

Sxemin iki funksiya yerinə yetirmək qabiliyyəti insan beyininin fəaliyyəti – neyronların həm yaddaşda olanları saxlamasında iştirakı, həm də hesablamalar aparmasında iştirakı kimidir.

Bu sxem, həmçinin hesablama əməliyyatları üçün zəruri olan vaxta qənaət edə bilər, yığcam yer tutar. Mikrosxem kiçik ölçüdə, eyni zamanda, daha güclü və enerjiyə daha çox qənaət edən qurğuların yaradılması üçün perspektivlər açır.

Tədqiqatın müəllifləri qeyd edirlər ki, çipin özü də onların institutunda yaradılıb. On il əvvəl ilk çipi əllə yaradıblar. Həmin vaxtdan sonra təkmilləşdirilmiş istehsal prosesi yaradılıb və hazırda bu, bir dövrədə 80 və daha çox çip hazırlamağa imkan verir.

Alimlər mikrosxemin hazırlanmasında digər materiallarla da eksperiment aparmağı planlaşdırırlar.(TED.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 942   Tarix: 08 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

İndi arıqmalaq daha asandır! Arıqlamaq üçün xüsusi məcun...

Arıqlamaq cinsindən asılı olmayaraq hər kəsin ehtiyac duyduğu təqdirdə vacib məsələlərdən sayılır. İlin istənilən fəslində normal quruluşda olmaq və sağlam yaşamaq lazımdır. Sağlam arıqlamaq istəyənlər təbii ki çoxdur və bunun yollarını həmişə axtarırlar. Sağlam arıqlamaq üçün Slimbal arı məhsullar

3 dekabr

Biocos - Ağardıcı krem + serum

Məhsul haqqında BURADAN . . Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə. Biokus Acne Ağardıcı Serum vitaminlər, təbii maddələr ilə zənginləşdirilmişdir. Ən yaxşı ağardıcı müalicə hesab olunur. Bu ağardıcı müalicə formulunun tərkibində olan minerallar, meyv

1 dekabr

Bakı şəhərində ən ucuz Yük Daşıma Xidməti

"Ucuz Yük Daşıma" Bakı şəhərində və həmçinin respublika ərazisində kiçik və iri miqyaslı yük daşımalarını həyata keçirir. Həftənin 7 günü 24 saat bütün ölkə ərazisində yük+daşıma həyata keçirir. Əşyalar böyük bir diqqətlə və ən yüksək səviyyədə daşınır. Daşınan malların təhlukəsizliyinə 100

1 dekabr

Artıq çəkidən bezmisiniz?

Məhsul haqqında. Ən çox artıq çəkili insanlar, həddindən artıq kilolardan qurtulmaq üçün asan yollar axtarışındadır. Kiloqramı atmaq daha çətindir, çünki bunun üçün diyetanızı qorumaq və həyat fəaliyyətini artırmaq lazımdır. Buna görə istehlakçı kütlələri arasında geniş tələbat kütləsinin sürətlə normallaşdırılmasın

30 noyabr

Ağ saçlardan bezmisiniz?

Məhsul haqqında. Dexe Black Hair Shampoo. Ağ saçları qaraldan şampun. Artıq bəylərimiz də komplekslərindən asanlıqla qurtula bilər. Sizi cavan göstərəcək bu məhsul vasitəsiylə ağ saçlara əlvida deyin.. . Məhsulu BURADAN SİFARİŞ EDİN.. . WhatsApp:055 239 54 49.

26 noyabr

Evlərinizin uyğun qiymətə yüksək və keyfiyyətlə təmirini və dizaynı bizə etibar edin!

Mənim ustam sizlərə keyfiyyətli və səliqəli tikinti , təmir və dizayn işləri təklif edir. Bütün işlərimizdə yüksək keyfiyyətli Almaniya, Türkiyə və Ukrayna istehsali olan materiyallardan istifadə olunur. Evinizin tikinti və təmirini tam güvənlə başlanğıcdan sonuna qədər bizə əmanət edə bilərsiniz. Xidmətlərimiz

9 noyabr

Şotlandiyada uşaqları döymək rəsmən qadağan olundu

Şotlandiyada uşaqlar, 16 yaşa qədər yeniyetmələrlə bağlı fiziki cəzaların tətbiqinin qadağan olunduğu qanun rəsmən qüvvəyə minib.. . Sonxeber.az bildirir ki, bu barədə "Report" "Express and Star" portalına istinadən xəbər verir.. . Qeyd edilir ki, yeni qanun ölkə sakinlərinə tərbiy

8 noyabr

Baxışları ilə görənləri qorxudan robot

Disney Araşdırma mühəndisləri tərəfindən hazırlanmış bu xüsusi robot digər robotlardan çox fərqli bir xüsusiyyətə sahibdir. Mütəxəssislərin uzun müddətdir üzərində çalışdıqları robot, yeni bir texnologiyadan olmaqla yanaşı görənləri heyrətə gətirir.. . Robot göz qırpır, həmçinin birini dinləyərkən gözlərin

8 noyabr

Dumanlı havada "Bayraqdar" necə görəcək?

Məlum olduğu kimi "Vətən Müharibəsi"nin ikinci, payızın isə sonuncu ayını yaşayırıq. Hava şəraiti artıq dəyişir, günəşli havalar öz yerini duman, çiskin,yağış və qara verir. Görmə şəraitinin məhdud olduğu hallarda düşmənə qan udduran "Bayraktar"lar necə çalışacaq?. . Sonxeber.az techland.az-

7 noyabr