SOCAR prezidenti Qələbə münasibətilə şirkətin rəhbər heyəti ilə onlayn görüş keçirib
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev şirkətin rəhbər heyəti, idarə və müəssisə rəhbərləri ilə Azərbaycanın böyük Qələbəsi münasibətilə onlayn görüş keçirib.
"Report"un SOCAR-a istinadən verdiyi məlumata görə, görüş iştirakçılarını Vətən müharibəsində əldə olunan qələbə münasibətilə təbrik edən R.Abdullayev deyib ki, xalqımızın Silahlı Qüvvələrin Ali Baş Komandanı ətrafında bir yumruq kimi sıx birləşməsi ölkəmizin müdafiə gücünü artırıb: "Müzəffər Ordumuzun bir-birinin ardınca qazandığı hərbi əməliyyatlar nəticəsində düşmənin müqaviməti qırıldı. Duruş gətirə bilməyən düşmən təslim olmaq məcburiyyətində qaldı. Beləliklə də, qələbə bizim oldu! Bu qələbədə bütün Azərbaycan xalqı kimi, çoxminli neftçilərin də danılmaz əməyi var. Bu münasibətlə mən neftçi həmkarlarımızı ürəkdən təbrik edirəm. Biz çox xoşbəxt insanlarıq ki, ulu Tanrı bizə bu günləri görməyi nəsib etdi. İndi qarşımızda daha məsul vəzifələr durur. Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin də bildirdiyi kimi, biz Qarabağımızı, xüsusilə onun incisi olan Şuşa şəhərini dirçəltməliyik. Azərbaycan neftçiləri olaraq, bu işdə bütün gücümüzü səfərbər edib daha da əzmlə çalışacağıq".
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə də görüşdə çıxış edərək neftçilərimiz də daxil olmaqla bütün Azərbaycan xalqını, xüsusilə Milli Ordumuzu və onun başında duran Ali Baş Komandanımız İlham Əliyevi təbrik edib: "Qələbənin əldə olunmasında Azərbaycan neftçilərinin rolu böyükdür. Bu qələbə Ordumuzun rəşadətli əsgər və zabitlərinin, eyni zamanda ölkəmizin maddi vəziyyətinin, xalqımızın sosial rifahının yüksəlməsi, ordumuzun maddi təminatının yaxşılaşdırılması üçün gecə-gündüz yorulmaq bilmədən əzmlə çalışan neftçilərin əməyinin nəticəsidir. Möhtərəm Prezidentimiz özü də neftçilərlə çiyin-çiyinə çalışıb, onda da neftçi ruhu var. Azərbaycan xalqının qətiyyətli lideri, rəşadətli Ordumuzun Ali Baş Komandanı kimi bu qələbənin əldə olunmasında məhz İlham Əliyev həlledici rol oynayıb. Onun xalqımıza, xalqımızın ona olan inamı, bu çətin vəzifənin öhdəsindən gəlməyə imkan verdi. Azərbaycan neftçiləri olaraq, biz hər zaman cənab Prezidentimizin arxasındayıq və onunla fəxr edirik!"
Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev də səsləndirilən təbriklərə qoşularaq işğaldan azad olunan Qarabağ torpaqlarında bundan sonra aparılacaq quruculuq işlərində neftçilərin fəal rol oynayacaqlarına, onların öz zəhməti, biliyi, əzmi və iradəsi ilə Vətənimizə davamlı olaraq xidmət edəcəklərinə əminliyini bildirib.
Görüşdə neftçilər adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarına müraciət qəbul olunub.



Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Azərbaycanın iqtisadi reytinqi sabit saxlanılıb
Azərbaycanın reytinqləri BB+ səviyyəsində saxlanılıb.. . Bu barədə "RAEX Europe" reytinq agentliyi məlumat verib.. . Agentliyin Azərbaycanla bağlı iqtisadi reytinqində bildirilib ki, hazırda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirləri ölkədəki maliyyə vəziyyətini sabit saxlamağ
7 noyabr 2020"SOCAR Trading" ilin treyderi elan edilib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan "SOCAR Trading" şirkətinin mayeləşdirilmiş neft qaz (LPG) bölməsi üzrə rəhbəri Floran Şevrier (Florent Chevrier) "Argus LPG Awards of Excellence 2020" versiyası üzrə ilin treyderi elan edilib.. . "Report"un məlumatın
5 noyabr 2020Baş nazirdən qərar: "Hökumət buludu"na keçid planı" təsdiq edilib
Nazirlər Kabineti "Dövlət informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu"na Keçid Planı"nı təsdiq edib.. . Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, "Hökumət buludu"nun Milli Data Mərkəzinin, o cümlədən "bulud"
1 noyabr 2020Ombudsman Ermənistanın müharibəyə uşaqları cəlb etməsinə münasibət bildirib
Ermənistan Azərbaycana qarşı müharibədə uşaqlardan istifadə edir. Bu, tamamilə qəbuledilməzdir. Azərbaycan torpaqlarının işğalına son qoymaq, ordusunu Azərbaycandan çıxarmaq, beynəlxalq hüquqa riayət etmək əvəzinə Ermənistan uşaqları işə cəlb edir və beynəlxalq humanitar hüququn prinsiplərini pozur.
26 oktyabr 2020Hərbçilərin və müharibədən zərər çəkmiş şəxslərin kreditləri silinəcək
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad edərək şanlı qələbəyə doğru inamla irəliləyir.. . Sonxeber.az xəbər verir ki, bu barədə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin açıqlamasında bildirilir.
24 oktyabr 2020SOCAR Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə uşaq bağçası tikir
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi - "SOCAR Energy Georgia" ölkənin Laqodexi bələdiyyəsinin ərazisində 18 000 azərbaycanlının yaşadığı Qabalı kəndində uşaq bağçasının təməlini qoyub.. . Bu barədə "Report"a SOCAR-dan məlumat verilib.. . Məlumata görə
21 oktyabr 2020Ölkədə təsərrüfat subyektlərinin sayı artıb
2020-ci ilin yanvar-sentyabr ayları әrzindә təsərrüfat subyektlərinin (fәrdi sahibkarlar istisna olmaqla) sayı 4,7 faiz artıb.. . Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən, 2020-ci ilin cari dövrü ərzində statistik vahidlәrin sayı 153 mini ötüb. O cümlәdәn, kommersiya tәşkilatlarını
18 oktyabr 2020Azərbaycan qazının Avropaya nəqlindən nə qazanacaq? - TƏHLİL
Məlumat verdiyimiz kimi, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Təbii Qaz Boru Kəmərinin (TAP) inşaat işləri yekunlaşıb. Bu isə o deməkdir ki, artıq Azərbaycandan Avropaya kommersiya qazının nəqli yaxınlaşır. TAP konsorsiumunun məlumatında da hazırda kommersiya əməliyyatlarını
13 oktyabr 2020Nazirlik: Mingəcevirdə elektrik stansiyaları normal rejimdə fəaliyyət göstərir
Ermənistan Silahlı Qüvvələrinin humanitar atəşkəs razılaşmasına məhəl qoymayaraq Mingəçevirdə elektrik stansiyalarını hədəfə alan hücümları regionda enerji və ekoloji təhlükəsizliyə qarşı yönəlmiş növbəti cinayət hadisədir.. . Bu barədə Sonxeber.az Energetika Nazirliyinə istinadən xəbər verir.. . Məlumatd
11 oktyabr 2020