Bu gün Azərbaycan millisi Millətlər Liqasında növbəti oyununu keçirəcək
Noyabrın 14-də futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.
Sonxeber.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda UEFA Millətlər Liqasının V turunda Monteneqronu qəbul edəcək.
C Liqasının birinci qrupundakı qarşılaşma ölkədəki hərbi vəziyyətlə əlaqədar Xorvatiyanın Zapreşiç şəhərindəki "Ivan Laljak-Iviç" stadionunda keçiriləcək.
Bunadək dörd xal toplaya bilən yığma xal itirəcəyi təqdirdə qrup qalibi olmaq imkanından məhrum olacaq. Qazanılacaq üç xal isə komandanın C Liqasında qalmasını rəsmiləşdirəcək.
Yığma qələbə qazana bilməsə də, bu liqada qalması mümkündür. Qrupun digər görüşündə Kipr yığması Lüksemburqu seçməsini qəbul edəcək. Meydan sahibləri Azərbaycan millisindən yaxşı nəticə göstərməsə, C Liqasında qalmaq üçün pley-offda mübarizə aparacaq.
Qrupda ilk pillənin də taleyinə aydınlıq gələ bilər. Yığma Monteneqronu məğlub etsə, Lüksemburq isə qələbə qazansa, B Liqasına vəsiqənin sahibi müəyyənləşəcək. Görüşlər belə yekunlaşsa, son turda Azərbaycan seçməsi ilə üz-üzə gələcək Lüksemburq qrup qalibi olacaq.(Xezerxeber.az)
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman Baxılıb: 1269 Tarix: 14 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycanlı kikboksçu "Glory 91" yarışında iştirak edəcək
Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə Fransanın paytaxtı Parisdə "Glory 91" yarışında iştirak edəcək. xəbər verir ki, döyüşçümüz turnirdə özünü yeni çəkidə sınayacaq. O, ağır yox, yüngül ağır - 91 kq-dan aşağı çəkidə çıxış edəcək. Bəhramın rəqibi yerli idmançı Kevin Oumar (33-4) olacaq. "Glor
24 martAvropanın ən bahalı oyunçularının simvolik komandası - SİYAHI
Transfermarkt Avropanın ən bahalı oyunçularından ibarət simvolik komandasını hazırlayıb. xarici mediaya istinadla həmin komanda üzvlərini təqdim edir. Qapıçı: Dioqa Koşta 945 milyon avro, Portuqaliya). Müdafiəçilər: Yoşko Qvardiol (75 milyon avro, Xorvatiya), Ruben Diaş (80 milyon avro, Portuqaliya)
25 martDani Alveş üçün 1 milyon avronu hansı futbolçu ödəyib?
Braziliyalı futbolçu və "Barselona"nın keçmiş müdafiəçisi Dani Alveşə 1 milyon avro girov müqabilində həbsdən çıxmasına "Atletiko"nun niderlandlı hücumçusu Memfis Depay kömək edib. Bu barədə insayder Mabhut Al-Narri xəbər verib. Onun sözlərinə görə, Alveşin özünün borcları və dondurulmu
26 mart"Yəqin ki, "McDonald’s"da işləyəcəkdim" - Ronaldo
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo karyerasını "Sportinq"də başa vurmağı planlaşdırdığını bildirib. "Qafqazinfo" TCR-yə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu deyib: "Karyeramı "Sportinq"də başa vuracağam. Bu kluba qayıtmaq istəyirəm. Portuqaliy
20 mart"Qarabağ" sabah çempion ola bilər
"Qarabağ" sabah ölkə çempionluğunu təmin edə bilər. "Qafqazinfo" xəbər verir ki, 28-ci turda Ağdam təmsilçisi "Kəpəz"lə qarşılaşacaq. Qurban Qurbanovun komandası qələbə qazanacağı halda xalını 69-a yüksəldəcək. "Qarabağ"ın ən yaxın izləyiciləri "Sabah"
28 martLaporta: "Futbolçularımıza görə kluba fantastik məbləğlər təklif olunur"
"Barselona" prezidenti Joan Laporta bildirib ki, klubun əsas heyətdən oynayan bir sıra futbolçuları üçün fantastik məbləğdə təkliflər alırlar. Bu barədə məlumatı jurnalist Fabrisio Romano ictimailəşdirib. "Biz Lamin Yamal kimi oyunçular üçün təxminən 200 milyon avro təkliflər alırıq v
24 mart