Füzulinin işğaldan azad olunan ərazisində iki qardaş minaya düşüb, ölən var
Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni üsul və metodlardan istifadə edərək dinc sakinlərimizə qarşı cinayət əməllərini davam etdirir.
Baş Prokurorluğun mətbuat xidmətindən Sonxeber.az-a bildirilib ki, 14 noyabr saat 17 radələrində 2020-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşları 1984-cü il təvəllüdlü Əhmədov Yasin Ələsgər oğlu və onun qardaşı 1989-cü il təvəllüdlü Əhmədov Asif Ələsgər oğlu Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində olarkən minaya düşüb, nəticədə Yasin Əhmədov həlak olub, Asif Əhmədov isə ağır dərəcəli bədən xəsarəti alıb.
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdir.
Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə Baxılıb: 3145 Tarix: 14 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşRusiya Kuraxoveni atəşə tutub, 16 nəfər yaralanıb
Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kuraxove şəhərini atəşə tutması nəticəsində 16 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının (VHA) sədri Vadım Filaşkin teleqramda bildirib. "Bu gün nahar saatlarında Kuraxove atəşə tutulu
3 martErməni separatçılar isterikada - sülh anlaşması yaxınlaşdıqca...
Separatçı tör-töküntülər guya "mövcud" olduqlarını göstərirlər; politoloqun şərhi. Noyabrın 28-də İrəvanda mifik "artsax parlamenti"nin nəzərdə tutulan iclası baş tutmayıb. Böyük ehtimalla Nikol Paşinyan hökuməti Azərbaycanın məsələyə həssaslığını nəzərə alaraq buna imkan verməyib
2 dekabr 2023Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır - Polkovnik danışdı - VİDEO
"Sülh sazişi imzalamaq ərəfəsində sərhəddə belə bir təxribat törətmək onu göstərir ki, Ermənistan sülhə hazırlaşırmır, müharibəyə hazırlaşır". xəbər verir ki, bu sözləri real tv-yə açıqlamasında Dövlət Sərhəd Xidmətinin rəisinin şəxsi heyətlə iş üzrə sabiq müavini, ehtiyatda olan polkovni
14 fevralErməni pusqusuna düşən qazinin xilası - VİDEO
Baku TV-nin "44 gün" verilişinin yeni buraxılışı efirə gedib. Budəfəki buraxılışda Vətən müharibəsi qazisi Nəcməddin Təhməzov öz döyüş yolundan bəhs edib. 44 günlük müharibənin ilk günlərindən cəbhəyə yollanan qazi Horadiz döyüşlərindən danışıb:. "Horadizin yarısını artıq geri almışdıq
29 oktyabr 2023BQXK Ermənistanın əsir götürdüyü Azərbaycan hərbçilərinə baş çəkib
Oktyabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə və Ermənistanda saxlanılan azərbaycanlılara baş çəkiblər. Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyindən məlumat verilib. Bildirilib ki, saxlanılan şəxslərlə təkbətə
24 oktyabr 2023