Hidayət Heydərov koronavirusdan sağalsa da, Avropa çempionatında yarışmayacaq

Hidayət Heydərov koronavirusdan sağalsa da, Avropa çempionatında yarışmayacaqAzərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov Çexiyanın paytaxtı Praqada start götürəcək Avropa çempionatı ərəfəsində milli komanda üzvləri ilə görüşüb.

Cüdo Federasiyasının saytı xəbər verir ki, kişilərdən ibarət yığmanın baş məşqçisi Ruslan Maşurenko və onun qadın millisindəki həmkarı Rəşad Məmmədov yarışa hazırlıq barədə məlumat verib.

Onlar son iki həftədə cüdoçularımızın Budapeştdə təşkil edilən "Böyük Dəbilqə" yarışında və U-23 Avropa birinciliyində medallar qazandıqlarını diqqətə çatdırıb. Hər iki mütəxəssis, həmçinin millimizin üzvləri qitə çempionatında da layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini vurğulayıblar.

Öz növbəsində, Sadıq Sadıqov dövlət səviyyəsində idmana, o cümlədən cüdoya göstərilən qayğını xüsusi vurğulayıb. O, federasiya rəhbərliyi adından cüdoçulara Avropa çempionatında uğurlar arzulayıb.

Qeyd edək ki, cüdo üzrə qitə çempionatı noyabrın 19-dan 21-dək keçiriləcək. Olimpiada ilində son Avropa çempionatında qitənin güclü cüdoçuları mübarizə aparacaq. Azərbaycanı bu nüfuzlu yarışda 14 cüdoçu (9 kişi, 5 qadın) təmsil edəcək.

Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, komandamızın aparıcı üzvlərindən olan, Avropa çempionu, ikiqat dünya mükafatçısı Hidayət Heydərov (-81 kq) bu yarışda iştirak edə bilməyəcək. Buna səbəb onun noyabrın 2-də verdiyi koronavirus testinin müsbət çıxmasıdır. Artıq idmançının dünən verdiyi test mənfi çıxsa da, o, məşqlərdən uzaq qaldığı üçün və adı yarışa sifariş olunmadığı üçün yarışmayacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2302   Tarix: 14 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qurban Qurbanov: "Məşqçilik düşüncələrim Voronejdə yarandı" - VİDEO

Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun 52 yaşı tamam olur. xəbər verir ki, Peşəkar Futbol Liqası bu münasibətlə Qurbanovla söhbətləşib. "Məşqçilik düşüncələrim Voronejdə yarandı. Bu istək mənə məşqçi olmaqda kömək etdi", - deyə Q.Qurbanov bildirib. O, futbolçu karyeras

13 aprel
.

Xavi "Barselona"dan ayrılacağını açıqlayandan sonra komanda məğlub olmayıb

Xavi Ernandes "Barselona"dan ayrılacağını açıqlayandan sonra komanda məğlub olmayıb. "Report" xəbər verir ki, İspaniya təmsilçisi son olaraq Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda Fransada PSJ-ni məğlub edib - 3:2. Kataloniyalıların sonuncu məğlubiyyəti yanvarı

11 aprel
.

Futbolçu formasını 50 avroya satdı - Video

İspaniya 3-cü Liqasında mübarizə aparan "Malaqa"lı Dani Lorenzo öz formasını 50 avroya azarkeşlərə satıb. "Qafqazinfo" xəbər verir ki, çempionat matçından sonra azarkeş 21 yaşlı Dani Lorenzodan formasını istəyib. Futbolçu isə forması qarşılığında 50 avro tələb edib. Tərəfdar 50 avr

16 aprel
.

Huşunu itirən futbolçuya görə "Udineze" - "Roma" matçı dayandırıldı

"Roma"nın və Kot-d'İvuarın müdafiəçisi Evan Ndika futbol üzrə İtaliya çempionatında "Udineze" ilə matçda huşunu itirib. Hadisə oyunun 73-cü dəqiqəsində baş verib. Futbolçuya meydançada tibbi yardım göstərilib və o özünə gəlib. Daha sonra onu xərəklə meydançadan aparıblar. Bi

14 aprel
.

Səhərlər idmanla məşğul olmağın orqanizmə TƏSİRİ

Sidney Universitetinin mütəxəssisləri yeni araşdırmada gözlənilməz nəticəyə gəliblər: səhər tezdən idmanla məşğul olmaq ürək-damar sisteminə mənfi təsir göstərir. Geniş araşdırma zamanı mütəxəssislər maraqlı bir qanunauyğunluq aşkar ediblər: axşamlar fiziki fəaliyyətə üstünlük verənlərdə ürək patologiyalarını

14 aprel
.

Neymar üç milyon dollar məbləğində cərimələndi

Braziliya millisinin ulduz futbolçusu Neymar üç milyon dollarlıq cərimə ödəyəcək. Məlumata görə, ulduz futbolçu Braziliyadakı evinin həyətindəki göl üçün dövlətə üç milyon dollar cərimə ödəməli olacaq. Neymar bu cərimənin məntiqsiz olduğunu və tələb olunan məbləği ödəməyəcəyini bildirib. Qeyd edək ki

12 aprel
.

"Dünya qarşısında biabır olduq" - "Qalatasaray" prezidenti

"Qalatasaray" prezidenti Dursun Özbek Türkiyə Superkubokunun yarımçıq qalan matçından sonra jurnalistlərə danışıb. "Qafqazinfo" xəbər verir ki, o, ölkə futbolunun biabırçı duruma düşdüyünü bildirib: . "Üzülərək demək istəyirəm ki, bu durumu gözləmirdik. Şanlıurfadakı azarkeşlər

8 aprel
.

Haalandın təzminat məbləği AÇIQLANDI

İngiltərə çempionu "Mançester Siti"nin 23 yaşlı norveçli hücumçusu Erlinq Haalandın müqaviləsindəki təzminat məbləği 175 milyon avrodur.  xarici mediaya istinadla bildirir ki, onun müqaviləsi 2027-ci ilin iyununa qədərdir. Bu mövsüm Erlinq Haaland 37 matçda iştirak edib, 30 qol vurub və 6 məhsulda

11 aprel
.

"Qarabağ" – "Neftçi" görüşünün başlama saatı bəlli olub

Azərbaycan Premyer Liqasında növbəti 2 turun oyun proqramı açıqlanıb. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, həm XXII, həm də XXIV turun oyunları üç gün ərzində keçiriləcək. "Qarabağ" - "Neftçi" matçı mayın 4-də, saat 19:30-da başlayacaq. XXII tur. 4 ma

16 aprel