Mütləq sərt karantin rejiminə keçirilməlidir - Azərbaycanlı alimdən AÇIQLAMA

Mütləq sərt karantin rejiminə keçirilməlidir - Azərbaycanlı alimdən AÇIQLAMA"Elm bildirir ki, may və noyabr koronavirus infeksiyasına ən çox yoluxma baş verdiyi aylardır".

Sonxeber.az bildirir ki, bu sözləri Lent.az-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib. O bildirib ki, adını çəkdiyi aylar yeni növ koronavirus infeksiyası olan COVID-19-a da aid edilir:

"Amma bu onun növbəti digər aylarda sabitləşməsi demək deyil. Güvənli, amma müvəqqəti stabilləşməni almaq üçün mütləq olaraq ən azı 2-3 həftə sərt karantin rejiminə keçilməli, bundan sonra isə insanlar deyilən bütün qaydalara əməl etməlidir. Təkcə məsafə saxlayıb və maska taxmaq yox, insanlarla ünsiyyət saylarını aşağı salmaq, qapalı məkanlarda görüşləri təxirə salmaq, klaster (topluluq - red.) üsulu ilə yoluxmalara nəzarət və s. bu günə qədər dediyimiz vacib qaydalara əməl etməlidirlər".

N.Abdullayev qeyd edib ki, ancaq bunlara əməl olunarsa, nəzarəti əldə saxlamaq mümkün ola bilər:

"Əks halda virusla mübarizə çox təhlükəli qazanılmış immunitet strategiyasına qədəm qoyur. Real olaraq bu gün pandemiyanın tam bitməsi barədə nələrsə demək çox çətindir, amma yaxın zamanlarda peyvəndin Avropada, o cümlədən Almaniyada müəyyən formada tətbiqinə başlanacağını nəzərə alsaq, deyə bilərik ki, yəqin, hər şey nəzərdə tutulan kimi olarsa, yay aylarına tam təhlükəsiz peyvəndin olmasını gözləmək olar".

Azərbaycanlı alim əlavə edib ki, havanın virusun yoluxdurma qabiliyyətinə heç bir təsiri yoxdur:

"Yadınızdadırsa, bir çox insan mart və apreldə yay aylarında istidə virusun yox olacağını deyirdi. Amma elm belə demirdi və biz bir daha gördük ki, elm doğru deyir və yay aylarında Azərbaycanda növbəti dalğa oldu. İndi də qış aylarında havanın təsiri olmasa da, əgər yuxarıda qeyd etdiklərimizə insanlar əməl etməsələr, eyni zamanda insanların maarifləndirilməsi istiqamətində müvafiq qurumlar tərəfindən kifayət qədər işlər aparılmasa, klasterlər izlənilməsə və karantin, eləcə də izolyasiya tədbirləri müasir elmin dediyi kimi olmasa bizləri önümüzdəki aylarda da çox çətin günlər gözləyir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 5467   Tarix: 15 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dördüncü dalğa nə zaman bitəcək? - Həkim açıqladı

El bir olsa, dağ oynayar yerindən. Dediklərimi etsəniz, 4-cü dalğa bu gündən etibarən ən azı sizin üçün bitəcək. Bir müddətlik restoranlara, alış veriş mərkəzlərinə, gəzməyə, qonaqlığa getməyin. Bütün günü orda-burda şəkil çəkdirib sosial şəbəkədə paylaşırsınız, 3 gün sonra da yazırsınız ki, mən də yoluxdum

13 sentyabr 2021
.

Gizli başlayan pnevmoniyanın əlamətləri: 1 günə ağırlaşma...

Koronavirusun ağırlaşması olan atipik pnevmoniya nədir, niyə ölümcüldür?. Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya – yüksək hərarət, öskürək, xırıltı, titrətmə, tənəffüs boğulması kimi əlamətlərlə müşahidə olunur. Ağciyərləri tamam sıradan çıxarda biləcək pnevmoniya əlamətsiz, gizl

11 sentyabr 2021
.

Koronavirusa qarşı kimin immuniteti daha güclüdür?

Çində koronavirusa yoluxmuş 70 min insanın analizləri əsasında araşdırma aparılıb. Məlum olub ki, bu xəstəliyin yalnız 1% -i uşaqlarda və yeniyetmələrdə olur. Ən az risk 0-19 yaş arasıdır. Həkimlər bunu yaşdan asılı olaraq orqanizmin qoruyucu funksiyalarının zəifləməsi ilə əlaqələndirirlər. Uşaqları

8 sentyabr 2021
.

Peyvəndləmə infeksion prosesin qarşısını ala bilir? - Həkim AÇIQLADI

Dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, COVID-19-a görə məktəblərin bağlanması, həftə sonları ictimai nəqliyyatın işləməməsi, ictimai obyektlərin bağlanması düzgün addım deyil. Ona görə ki, pandemiya 5-10 il davam edə bilər. Belə çıxır ki, həmin müddət ərzində məktəblər bağlı qalmalı, ictima

12 sentyabr 2021
.

Yuxusuzluq bu ağır pozulmaların riskini artırır

European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir

15 sentyabr 2021
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

15 sentyabr 2021
.

Arpa suyu - süd artıran vasitə

Dünyada anaların rəğbətini qazanan İsveçrəli əmizdirmə məsləhətçisi Hillary Jacobson süd artıran reseptləri ilə tanınmışdır. -ın Sağlamolun.az-a istinadən verdiyi xəbərə görə, mütəxəssis qeyd edir ki, onun tövsiyyə etdiyi reseptləri əmizdirdiyi dövrdə özünün süd azlığı çətinlikləri zamanı sınamışdır

8 sentyabr 2021
.

Qızdırma yaradan yeni virus aşkarlanıb

Rusiyanın "Vektor" mərkəzinin mütəxəssisləri qızdırma simptomlarına səbəb ola biləcək yeni virus təsbit ediblər. Yeni patogenə Rusiyanın cənubundakı Manıç çayının şərəfinə "manych" adı verilib. Virus Rostov vilayətində tibb müəssisələrindən "Krım-Konqo hemorragik qızdırması"

10 sentyabr 2021
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

17 sentyabr 2021