ÜST-dən Azərbaycana COVİD-19-la bağlı vacib dəstək

ÜST-dən Azərbaycana COVİD-19-la bağlı vacib dəstəkÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) bundan sonra da Azərbaycana COVİD-19-la mübarizə üçün tibb işçilərinin biliklərinin artırılması, xəstəxanaların tibbi ləvazimatlarla təminatının gücləndirilməsi, yerli və beynəlxalq ekspertlərin təcrübəsinin tətbiqi və tövsiyələrinin verilməsi istiqamətində dəstək göstərməyə davam edəcək.

Sonxeber.az bildirir ki, bunu Trend-ə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, ÜST pandemiyanın başlanğıcından etibarən virusla mübarizədə Azərbaycana dəstək göstərir. Bu çərçivədə ölkədəki mübarizə tədbirlərini dəyərləndirmək üçün fərqli zamanlarda iki missiya dəvət olunub və müvafiq tövsiyələr hazırlanaraq hökümətə təqdim olunub. Bununla yanaşı, xəstəxanalarda COVID-19-la bağlı əsas bacarıqların artırılması üçün Bakıda və regionlarda REACT-C19 layihəsi həyata keçirilib. Layihə nəticəsində 12 xəstəxanada COVID-19-la bağlı əsas bacarıqlar sürətlə artırılıb, yüzlərlə tibb işçisinə təlim keçirilib, Yeni Klinikada təlim mərkəzi və 3 xəstəxanada infeksiyaya nəzarət komitələri yaradılıb. Bununla yanaşı, Avropa İttifaqının dəstəyilə ÜST tərəfindən həyata keçirilən "Sağlamlıq üçün həmrəylik təşəbbüsü" çərçivəsində ölkəyə fərdi qoruyucu vasitələr, oksigen konsentratorları və pulsoksimetrlər gətirilib və Səhiyyə Nazirliyinə təhvil verilib. Tibb işçilərinin COVID-19-la bağlı bilik və bacarıqlarını artırmaq üçün ölkədə və ölkə xaricində təlimlər və seminarlar həyata keçirilib. Azərbaycanda virusla bağlı məlumatlılığın səviyyəsini artırmaq üçün apteklərə maarifləndirici posterlər və məlumat vərəqələri paylanıb".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2044   Tarix: 17 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Oynaqlarınız ağrıyırsa, bunları yeyin

Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir. -a istinadən bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyi məsləhət görür. - Zülal orqaniz

8 sentyabr 2021
.

Əks-göstəriş sertifikatları ilə vaksin pasportu eynihüquqludur? - AÇIQLAMA

Vaksinə qarşı əks-göstəriş sertifikatlarına sahib olan şəxslər vaksin pasportu və immunitet sertifikatı olanlarla bərabərhüquqludur. Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, vaksin pasportu tələb olunan yerlərdə bunun əvəzin

11 sentyabr 2021
.

Bütün xəstəliklərin çarəsi - Məşhur professorun resepti

Məşhur rusiyalı həkim, sovet dövründə 30 il ərzində kosmonavtların sağlamlığına nəzarət edən professor İvan Neumıvakin qeyri-adi müalicə metodikaları ilə tanınır. -a istinadən bildirir ki, professorun fikrinə görə, xəstəliklərin əksəriyyətinin səbəbi orqanizmin Ph balansının pozulmasıdır. Müasir insanları

9 sentyabr 2021
.

Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq

COVID-19-u yarım saatdan az müddətdə yüksək dəqiqliklə aşkar edə biləcək cihaz hazırlanıb. İxtiranın müəllifi Rusiya Federal Tibbi və Bioloji Agentliyinin (FTBA) Fiziki və Kimya Tibb İnstitutundan olan rusiyalı mütəxəssislərdir. Bildirilir ki, cihaz virus antigeninin varlığını 27 dəqiqədə aşkarlayır

8 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18 sentyabr 2021
.

Vitamin və minerallarla zəngin QİDALAR

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs

11 sentyabr 2021
.

Qatığı heç bir xörəyə, yeməyə qarışdırıb yemək olmaz - Səbəbi AÇIQLANDI

Qatığı heç bir xörəyə, qidaya qatıb yeməyin. Hətta kükü, pörtləmə, dolmaya belə sarımsaq qatıq əlavə edib yemək adətimiz əslində mədəyə, həzmə, ümumi orqanizmə zərərdir. -a istinadən xəbər verir ki, bunu tanınmış həkim Seyfəddin Əsəd deyib. "Qatıq mədənin turşuluğunu yuyur. Əti, yeməyi həzmə verə

13 sentyabr 2021
.

Möcüzəli ədviyyat DARÇIN - Hər dərdin dərmanı

"Cinnamomum" ağacının qabığı olan ətirli darçın tez-tez yemək və şirniyyatların hazırlanmasında istifadə olunur. Lakin bir çox digər ədviyyatlar kimi, darçın həm də çoxsaylı müalicəvi xüsusiyyətlərə malikdir və sağlamlığı qorumağa və bərpa etməyə yardım edir. Darçın orqanizmə güclü antibakterial

13 sentyabr 2021