Yaralı halda yanan tankı əlləri ilə söndürüb, hərbçilərimizi xilas etdi - VİDEO

Yaralı halda yanan tankı əlləri ilə söndürüb, hərbçilərimizi xilas etdi - VİDEOFüzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirənv hərbçilərimizdən biri də baş leytenant Samir Qasımovdur.

Sonxeber.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, tanklarla döyüşə girən 24 yaşlı qəhrəmanımız düşmənin vurduğu yanan tankdakı ekipajı xilas edib.

Daha sonra öz tankı da vurulub və alovlanmağa başlayıb. Bu zaman Samir alovu su ilə söndürə bilməyəcəyini anlayıb və yerdəki qumu götürərək odu yalın əllə söndürüb. Həmin vaxt onun əllərinin içi də yanıb.

Həmin ərəfədə onun olduğu ərazi minaatanlardan atəşə tutulub. Nəticədə qəhrəmanımız yaralanıb. Lakin mübarizəsini davam etdirib və yerdəki silahı götürərək ordakı piyadalara rəhbərlik edib və onları həmin təhlükəli ərazidən çıxarıb. Piyadaları irəli səsləyərək onlarla birlikdə önəmli yüksəkliyi düşmən işğalından azad edib.

Altı qəlpə yarası ilə iki gün döyüşən Samir yaralı olduğunu heç kimə deməyib. O, huşunu itirib yıxıldıqdan sonra onun yaralandığını biliblər.

Samirin bu şücaəti sosial şəbəkələrdə də paylaşılıb. Hətta valideynləri onun qəhrəmanlığından sosial şəbəkələrdə yayılan məlumatları oxuduqdan sonra xəbərdar olublar.

Samirin anası Əsmayə xanım oğlunun şəklini sosial şəbəkədə görəndə həm həyəcanlandığını, həm də qürur duyduğunu deyir.

Samirin anası bildirir ki, onun qəhrəmanlığı bununla da bitmir. O, yarası tam sağalmamış ailəsinin xəbəri olmadan xəstəxanadan çıxıb və yenidən döyüş bölgəsinə qayıdıb.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:

[/youtube]


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 6332   Tarix: 17 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

Paşinyana sui-qəsddə ittiham edilən Vanetsyan azadlığa çıxdı

Ermənistanın baş naziri Nikol Paşinyana sui-qəsd hazırlamaqda günahlandırılan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyan məhkəmə zalından azadlığa buraxılıb.. . Sonxeber.az bildirir ki, bu barədə "Report" "TASS"a istinadən xəbər verir.. . "Məni etmədiyim cinayətlərd

15 noyabr

Ermənilər Kəlbəcərdə elektrik dirəklərini dağıdırlar

Erməni işğalçıları Azərbaycana təhvil verməli olduqları Kəlbəcər rayonunun kəndlərində elektrik dirəklərini dağıdırlar.. . Bu faktı sübut edən fotonu "Reuters" agentliyi yayıb.. . Qeyd edək ki, Azərbaycan tərəfi Ermənistana Kəlbəcəri təhvil vermək üçün 25 noyabra qədər vaxt verib.(oxu.az)

15 noyabr

Xocavəndin işğaldan azad olunan Daşbaşı kəndi - VİDEO

Xocavənd rayonunun işğaldan azad olunan Daşbaşı kəndindən videogörüntü yayılıb.. . Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. . . .

15 noyabr

Rusiya FHN Dağlıq Qarabağa 30 nəfərlik qrup göndərdi

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin 30 nəfərlik operativ qrupu Dağlıq Qarabağ əhalisinə yardım göstərmək üçün Moskva yaxınlığındakı Jukovski hava limanından uçub.. . Bu barədə Rusiyanın Fövqəladə Hallar naziri Yevgeni Ziniçev məlumat verib.. . "Mərkəzi aparatın mütəxəssislərindən ibarət operati

15 noyabr

Düşmənin gizlətdiyi itkilər üzə çıxır - SİYAHI

Ermənistan tərəfi üçtərəfli razılaşmadan (10 noyabr) əvvəl Dağlıq Qarabağda məhv edilmiş daha 51 hərbçisinin adını açıqlayıb.. . Sonxeber.az xəbər verir ki, erməni saytlarına istinadən düşmən itkilərinin yeni açıqlanan siyahısını təqdim edir:. . 1. Ovannisyan Hovhannes Marzpetoviç, 2001-ci il təvəllüdlü

15 noyabr

Müdafiə Nazirliyi: "Ermənilərin ərazilərimizi tərk etmə prosesi tam detalına kimi izlənilir"

"Əfsuslar olsun ki, erməni işğalçıları əraziləri tərk edərkən yanğın törədir, öz postlarını dağıdır".. . Sonxeber.az bildirir ki, Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayo

15 noyabr

Azərbaycan ordusu Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir - RƏSMİ

"Mən tam məsuliyyətlə deyirəm ki, bəyanata əsasən, Kəlbəcərdə qeyri-qanuni məskunlaşdırılan insanların çıxarılması ilə paralel olaraq Azərbaycan ordusunun hissələri və qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir".. . Sonxeber.az bidlirir ki, Oxu.Az-ın müxbirinin verdiyi məlumat

15 noyabr

Prezidentin köməkçisindən ermənilərin Kəlbəcərdə törətdiyi barbarlıqlarla bağlı AÇIQLAMA

"Kəlbəcər rayonunda qanunsuz yerləşdirilən vətəndaşlar oradan çıxarılmalıdır".. . Sonxeber.az bildirir ki, Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıye

15 noyabr

Ermənistan tərəfi Kəlbəcərdəki insanların çıxarılmasına görə vaxt istədi - RƏSMİ

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Respublikasının Prezidenti Vladmir Putinlə telefon danışığı olub. Danışıq zamanı Ermənistan tərəfinin müraciəti Rusiya vasitəsilə Azərbaycana çatdırılıb".. . Sonxeber.az bildirir ki, Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bun

15 noyabr