Bu həkim ailəsi üçün video çəkib, gizlincə cəbhəyə getdi- FOTOLAR

Bu həkim ailəsi üçün video çəkib, gizlincə cəbhəyə getdi- FOTOLAR"Mən hərbi həkim deyiləm. Türkiyədən könüllü gələn həkimlərdənəm. Bir video çəkib ailəmə müraciət etmişdim ki, şəhid olsam, ən azından, videonu görsünlər. Amma şükür, savaş bitdi, buna ehtiyac qalmadı".

Bunu Sonxeber.az-a Türkiyədə yaşayan, Vətən müharibəsində iştirak edən könüllü azərbaycanlı həkim Xətai Qurbanlı deyib.

O, ana və atası qorxmasın, hər dəqiqə narahat olmasın deyə, hərbiyə gizli getdiyini qeyd edərək Vətən borcunu verməkdə özünü məsul bildiyini vurğulayıb:

"Yaralı əsgərimizin birinin "buşlat"ını geyinmişdim, qayıdanda da evə onunla qayıtdım. Evdəkilər görəndə, hələ də anlamırdılar, sadəcə düşünürdülər ki, haradansa almışam".

Müharibə başlayanda könüllü kimi müraciət edən həkim Azərbaycanlı Həkimlər Dərnəyinin bu işdə onlara yardım etdiyini deyib:

"TƏBİBLƏ əlaqə quruldu və bizim Azərbaycana gəlişimiz təmin edildi. Müraciət edən həkimlər bölündü və hər birimiz bir xəstəxanada ordumuza xidmət etdik.

Şəraitə uyğunlaşıb əlimizdən gələni etdik. Məsələn, mən uroloqam amma orada uroloq kimi fəaliyyət göstərmirdim. Yeri gəlirdi, əsgərin alt paltarlarını dəyişirdik, lazım olanda, həkim kimi yaralarına baxırdıq. Yəni tək mən deyil, xəstəxanadakı heç kim "bu iş mənim işim deyil" demirdi, hamı hər şeyi edirdi. Beləcə, tək həkimlərin yox,xalqın, ordunun, millətin birliyi qələbə qazandırdı.

Yadda qalan da əsgərimizin anesteziya altında hərbi marş oxuması oldu. Özündən xəbərsiz idi, amma o marşı ürəkdən oxuyurdu.

Bütün əsgərlərimiz elə mərdliklər edirdi ki, biz bəzən gözümüz dolub ağlayırdıq. Yaralı əsgərlər "gedirəm savaşa, dostlarım oradadır", "mən subayam, dostumunsa uşaqları var, mənə sonra baxarsız, əsas dostumu xilas edin" kimi xahişlər edirdilər.

Yaralı əsgər gələndə dərhal ayaqqabılarını çıxarıb müdaxilə etməyə çalışırdıqda, hamısı sanki sözləşmiş kimi, "olmaz, ayıbdır, özüm çıxararam" deyirdilər. Onlar yaralı olmalarına rəğmən, xanımların yanında paltarlarını çıxarmazdı, yaralarına baxmağımızı istəməzdilər. Bir əsgərin qasıq nahiyəsində qəlpə yarası var idi, gözünə də toz dolmuşdu, düz-əməlli görə bilmirdi. O, ttibb bacılarını məcbur otaqdan çıxarmışdı. Onu otaqda xanım olmadığına inandırandan sonra tibbi müdaxilə etməmizə imkan verdi. Öz yarasını, ağrısını unudub, yenə də namus-qeyrət düşünürdülər".
Bu həkim ailəsi üçün video çəkib, gizlincə cəbhəyə getdi- FOTOLARBu həkim ailəsi üçün video çəkib, gizlincə cəbhəyə getdi- FOTOLARBu həkim ailəsi üçün video çəkib, gizlincə cəbhəyə getdi- FOTOLARBu həkim ailəsi üçün video çəkib, gizlincə cəbhəyə getdi- FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1885   Tarix: 18 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO

Bir müddət əvvəl müalicə olunduğu psixiatriya xəstəxanasında vəfat edən "Buta Palace"ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhu

23 aprel
.

Hər bir ata qızına bu 3 şeyi öyrətməlidir

Balaca qızlar böyüyüb gözəl analar, müdrik qadınlar və mehriban nənələr olurlar. xarici KİV-ə istinadən xəəbr verir ki, qızın məhz bu yolla getməsi üçün onu təkcə anası deyil, həm də atası böyütməlidir. Ona məsuliyyəti öyrədin. Qızınıza məsuliyyət aşılamaqdan başlamaq lazımdır. Biz hamımız başa düşməliyi

23 aprel
.

Azərbaycanda 23 yaşlı qızın 45 yaşlı kişi tərəfindən qaçırıldığı iddia olunur

Bərdədə 23 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. Ailəsi qızın zorla bir neçə nəfər tərəfindən qaçırıldığını iddia edir. APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Uğurbəyli kəndində qeydə alınıb. Kənd sakini 2001-ci il təvəllüdlü S.A. səhər saatlarında işə gedən zaman avtomobil yolunun kənarında

23 aprel
.

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin əldə etdiyi gəlirlər məcburi dövlət sosial sığorta haqqı və gəlir vergisindən azad edilir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Sosia

23 aprel
.

Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ

Nazirlər Kabinetinin ölkədə taksi xidməti ilə bağlı qərarı iyulun 1-dən qüvvəyə minəcək. -in məlumatına görə, taksilərlə bağlı bu tələblər bunlar olacaq:. Buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Avtomobilin istehsal yaşı 8-dən az olmalıdır ki, sahibi taksi fəaliyyətin

23 aprel
.

DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO

Son vaxtlar qəfil ölüm hallarının artdığı müşahidə edilir. Ölüm yaşa baxmır. Amma həyatını itirənlər arasında gənclərin də olmağı təşviş yaradır. Səhhətində heç bir problem olmayan insanlar qəfildən dünyasını dəyişir. Onların böyük qisminə ürəktutma diaqnozu qoyulur. Bəs bu nə dərəcədə doğrudur?. xəbə

23 aprel
.

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) "İmprotex İndustries" MMC (VÖEN – 1401813511) ilə satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə ANAMA minatəmizləmə texnikaları, ehtiyat hissələri və təlim xidmətlərini

23 aprel
.

Astarada intihar edən yeniyetmə ilə bağlı bəzi təfərrüat MƏLUM OLUB - YENİLƏNİB + FOTO

Astarada intihar edən yeniyetmə ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, intihar edən yeniyetmənin ailəsinin maddi vəziyyəti yaxşı olmayıb və o, bu səbəbdən dərsdən sonra neft məhsullarının satışı ilə məşğul olub, qazancını isə ailəsi ilə bölüşüb. Mərhumun atasının Bakıda işlədiyi

23 aprel
.

Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi

Keçmiş baş prokuror Zakir Qaralovun əmisi qızı Mehriban Qaralova məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. İddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq. Günay Namazova iş üzrə hakim təyin edilib. Məhkəmə çəkişməsi icar

23 aprel