Dövlət katibi: "İtaliya BMT-nin Qarabağla bağlı qətnamələrini həmişə dəstəkləyib"

Dövlət katibi: "İtaliya BMT-nin Qarabağla bağlı qətnamələrini həmişə dəstəkləyib""İtaliya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman Birləşmiş Millətlər Təşkilatının mövqeyini, yəni işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmalı olduğunu dəstəkləyib".

Sonxeber.az "Report"a istinadən xəbər verir ki, İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano "Agenzia Nova" xəbər agentliyinə müsahibəsində bildirib.

O qeyd edib ki, İtaliya həmişə ən müdrik, ən məntiqli və ən geniş yayılmış mövqeyi, yəni BMT-nin mövqeyini dəstəkləyib: "Həmin ərazilərin 90-cı illərdə Ermənistan tərəfindən işğal edildiyini və Azərbaycana qaytarılmalı olduğunu bildirən bir çox qətnamələr var".

Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki erməni icmasına münasibətdə isə M.Di Stefano bildirib: "Biz insan haqlarının qorunması, xristian icmalarının mühafizəsi baxımından həmin ərazidəki ermənilərin bütün hüquqlarına hörmət edilməsinin tərəfdarıyıq və mən bu xüsusda çox rahatam, çünki Azərbaycan çoxkonfessiyalı ölkədir. Bu barədə bizi dəfələrlə əmin ediblər".

Münaqişənin nizamlanmasında Rusiyanın roluna münasibətdə İtaliya rəsmisi qeyd edib ki, "Rusiya Dağlıq Qarabağda böyük bir realpolitik nümayiş etdirdi. Çünki Ermənistanın həmişə bir növ Rusiyanın protektoratı olduğu doğrudur, lakin Rusiyanın Türkiyə ilə və bölgədəki enerji ilə əlaqəli iqtisadi münasibətlərinin olduğunu nəzərə alaraq, Azərbaycanın özü ilə də böyük bağlarının olduğu da həqiqətdir".

M.Di Stefano əlavə edib ki, son imzalanan sənəddən başa düşüldüyü kimi regionun ətrafındakı işğal olunmuş ərazilərin və şimal hissəsində erməni icmasının qalmasına zəmanət verilməsi ilə Dağlıq Qarabağın qaytarılması xarici siyasətdə yeni geo-siyasi vəziyyətin formalaşmasına dəlalət edir.

"Türkiyə bu baxımdan getdikcə daha çox əhəmiyyət kəsb edən bir aktordur və ikinci NATO ordusundan bəhs etdiyimizə görə özümüzdən Qərbin və NATO-nun hansı mövqedə dayandığını soruşmalıyıq. İnanıram ki, Türkiyə ilə bağlı bunu asanlıqla əsaslandıra bilərik, amma bir sualla qarşılaşırıq: bu gün NATO-nun tərkibi necədir və NATO siyasətini necə ümumi hala gətiririk? Bu, asan cavabı olmayan vacib bir sualdır", deyə Di Stefano fikirlərini tamamlayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 775   Tarix: 18 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021