"Qarabağ"ın rəqibində koronavirusa yoluxan futbolçuların sayı 4-ə çatdı

"Qarabağ"ın rəqibində koronavirusa yoluxan futbolçuların sayı 4-ə çatdı"Qarabağ"ın UEFA Avropa Liqasının I qrupundakı rəqiblərindən olan Türkiyə "Sivasspor"unun daha bir futbolçusunda koronavirus aşkarlanıb.

Sonxeber.az "TRT Spor"a istinadən xəbər verir ki, bununla da infeksiyaya yoluxanların futbolçuların sayı 4-ə çatıb. Onlardan 2-si əsas heyət üzvüdür. İndiyədək yoluxanların heç birinin adı açıqlanmayıb.

Sivas təmsilçisi sabah Türkiyə Super Liqasının 8-ci tur matçında "Fatih Karagümrük" klubunun qonağı olacaq.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində IV turun "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 806   Tarix: 20 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İtaliyada qaraçılar tanınmış idmançını qarət etdilər - VİDEO

Rusiyalı yüngül atlet, 2004-cü il Olimpiya Oyunlarının gümüş mükafatçısı, Dünya və Avropa çempionu Olesya Krasnomovetsin sənədləri və pulları olan çanta oğurlanıb. Bu barədə idmançı özü sosial şəbəkədə bildirib. İtaliyanın Roma şəhərində olan tanınmış idmançı qaraçılar tərəfindən qarətə məruz qalıb

18 mart
.

Messinin transfer qiyməti ucuzlaşdı

Transfermarkt portalı oyunçuların dəyərini yeniləyib. xarici KİV-ə istinadla bildirir ki, yeni siyahıya əsasən, Amerikanın "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messinin transfer dəyəri 5 milyon avro azalaraq, 30 milyon avroya düşüb. Dəyərin azalmasına baxmayaraq, "İnte

26 mart
.

KİV: "Əl-Hilal" "Barselona"nın hücumçusu üçün 100 milyon avro ödəməyə hazırdır

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu növbəti transfer pəncərəsində "Barselona"nın hücumçusu Rafinyanı almağa hazırlaşır. "Report" xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb. Məlumata görə, Səudiyyə klubu braziliyalı futbolçunun transferi üçün 100 milyo

24 mart
.

"Qarabağ" sabah çempion ola bilər

"Qarabağ" sabah ölkə çempionluğunu təmin edə bilər. "Qafqazinfo" xəbər verir ki, 28-ci turda Ağdam təmsilçisi "Kəpəz"lə qarşılaşacaq. Qurban Qurbanovun komandası qələbə qazanacağı halda xalını 69-a yüksəldəcək. "Qarabağ"ın ən yaxın izləyiciləri "Sabah"

28 mart
.

Həmin azarkeşlərdən ikisi həbs edildi

Türkiyədə qalmaqallı "Trabzonspor"- "Fənərbaxça" oyunundan sonra 2 nəfər həbs edilib. "Qafqazinfo" DHA-ya istinadən xəbər verir ki, həbs edilən 2 nəfər meydana daxil olan maskalı Hasan Çetinkaya və künc dirəyi ilə futbolçulara hücum edən Engin Taşkındır. Bildirilib ki, hə

20 mart
.

Ronaldo İsveçlə oyunu buraxacaq

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo İsveçlə yoldaşlıq oyununu buraxacaq. xəbər verir ki, millinin baş məşqçisi Roberto Martines dünya ulduzunu 23 nəfərlik heyətə daxil etməyib. Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən təcrübəli forvardın Sloveniya ilə yoldaşlıq matçında

19 mart
.

Dani Alveş azadlığa buraxıldı

Barselona məhkəməsi keçmiş braziliyalı futbolçu Dani Alveşi 1 milyon avroluq girov qarşılığında azadlığa buraxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Bundan əvvəl Dani Alveşin vəkili İnes Qvardiola Barselona məhkəməsinin hökmündən apellyasiya şikayət

20 mart
.

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

"Qarabağ" FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi Qurban Qurbanovu da hiddətləndirib. " "a istinadən xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi bundan dolayı oyunçusuna sərt üzünü göstərib, Elvini külli miqdard

28 mart
.

"Beşiktaş"ın idman direktoru Bakıya gəlir

"Beşiktaş"ın idman direktoru Samet Aybaba "Qarabağ"ın hücumçusu Olavio Juninyonun transferi üçün mövsüm bitmədən Bakıya gələcək. Bu barədə Türkiyənin "Fotomaç" nəşri məlumat yayıb. Bildirilir ki, "sambaçı"nı çox bəyənən Aybaba "qara-qartallar"ın rəhbərliyində

23 mart