Həftəsonu hansı taksilərin işləyəcəyi açıqlanıb

Həftəsonu hansı taksilərin işləyəcəyi açıqlanıb"Xüsusi karantin rejiminin davam edəcəyi dekabrın 28-nə qədər fərqlənmə nişanı olan taksilər Bakıda heç bir məhdudiyyət olmadan fəaliyyət göstərə bilərlər"

Bunu"Report"-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, qanunvericiliyin tələbinə uyğun olaraq sənədləri qaydasında olan sürücülər də fərqlənmə nişanı almaq üçün BNA-ya müraciət edə bilərlər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova isə "Report"a açıqlamasında bildirib ki, dekabrın 28-nə qədər rayon taksilərinə fərlənmə nişanı verilməyəcək: "Nazirlər Kabinetinin qərarına uyğun olaraq mart ayından etibarən şəhərlərarası və rayonlararası ictimai nəqliyyat fəaliyyət göstərmir. Qərarda giriş-çıxış yasağı göstərilən regionlara da taksilərin getməsi qadağandır. Bu tək həftəsonlarına aid deyil, həftənin bütün günlərinə aiddir. Amma son qərar bu oldu ki, dekabrın 28-nə qədər fərqlənmə nişanı olan taksi sürücüləri bütün regionlarda xidmət göstərə biləcəklər. Amma fürsətdən yararlanma halları ola bilər. Tutaq ki, ictimai nəqliyyat həftəsonları işləmir. İndiyə qədər qeyri-qanuni fəaliyyət göstərmiş taksi sürücüləri, avtonəqliyyat vasitələrinin sürücüləri istəyəcəklər ki, gəlsinlər fərqlənmə nişanı alsınlar. Çünki iznli taksilər fərqlənmə nişanlı taksilərdir. Onlarla bağlı da biz bildirdik ki, həmin şəxslər fərqlənmə nişanını dekabrın 28-nə qədər ala bilməyəcəklər. O şəxslərin fərqlənmə nişanı yenilənəcək ki, onlar mütəmadi fərqlənmə nişanı alıblar. Misal üçün, vaxtı bitib və dəyişir. Amma yeni almaq istəyənlərin müraciətinə baxılmayacaq".

DANX sözçüsü hesab edir ki, təmsil etdiyi qurumun verdiyi bu qərar haqsız rəqabətə və qiymət artımına şərait yaratmayacaq: "Onsuz da qeyri-rəsmi taksi fəaliyyəti göstərənlər dövlət büdcəsindən yayınanlardır və qanuni taksi fəaliyyəti göstərməyən taksi xidməti göstərən vətəndaşlardır. Onlar istədikləri qiyməti qoyur. Əslində taksi ilə bağlı qiymət senzi yoxdur deyə, orda hansısa tarif yoxdur. Bu dəqiqə taksilərdə qiymətlə bağlı hər-hansı məsələdən danışmaq tez olar. Çünki marşrut xətlərində konkret tarif şurasının qiymətləridir, amma taksilərlə bağlı konkret qiymət yoxdur. Taksi sürücüsünə niyə qiymətləri qadlrırısan deməyə əsas verən hər-hansı qanunvericilik sənədi yoxdur. Təbii ki, ümumi nəzarət olunur ki, vətəndaşları onların alıcılıq qabiliyyəti nəzərə alınsın.

Pandemiya ilə bağlı olaraq məhdudlaşdırma o deməkdir ki, işə gedən vətəndaşın maşını yoxdursa, işə gedib-gələ bilsin. Bunun üçün rəsmi fəaliyyət göstərən taksilər kifayət qədərdir. Yəni qiymət artımından, inhisardan söhbət gedə bilməz. Amma digər sürücülər, hansı ki, indiyə qədər adam daşıyırdılar, qeyri-rəsmi fəaliyyət göstərirdilər, onların fərqlənmə nişanı almasına ona görə, icazə vermirik ki, bu sayı artırmayaq. Küçədə avtonəqliyyat vasitələrinin sayı artmasın. Amma digər avtonəqliyyat vasitələri, rəsmi taksilər kifayət qədərdir, hətta hesablamalarımıza görə, bu dəqiqə sərnişin axınını tənzimləmək üçün həddindən çoxdur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1121   Tarix: 21 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

Bu kəndə köçənlərə illik 8000 avro ödəniləcək

İtaliyada əhalisinin əksəriyyəti yaşlı sakinlərdən ibarət olan, böyük hissəsi boşalmış Santo Stefano - Di Sessanio kəndini xilas etmək üçün yerli hökumət orqanları maraqlı bir addıma imza atıblar.. . Belə ki, şəhər bələdiyyəsi yeni sakinlərə ilk üç il ərzində ildə 8000 avro (15 867 AZN) pul verəcək.

24 yanvar

İbrahim Kalın Brüsseldə Qarabağ məsələsini müzakirə edib

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Belçikanın paytaxtı Brüsseldə səfərdə olub.. . Sonxeber.az https://report.az/xarici-siyaset/ibrahim-kalin-brusselde-qarabag-meselesini-muzakire-edib/-a istinadən xəbər verir ki, səfər 10-11 dekabrda nəzərdə tutulan Avropa İttifaqının zirvə toplantısı öncəs

21 noyabr 2020

Damlanın əsir düşən əsgərimizlə FOTOSU YAYILDI

Artıq bir neçə gündür əsir düşən əsgərimiz Musayev Aminin fotoları sosial şəbəkələrdə yayılıb.. . Sonxeber.az BiG.AZ-a istinadən xəbər verir ki, müğənni Damla da "İnstagram" hesabında Aminlə çəkdirdiyi fotonu paylaşıb.Foto marağa səbəb olaraq qısa zaman ərzində sosial şəbəkələrdə yayılıb. Hə

21 noyabr 2020

Yüzlərlə fabrik işçisi evlərində karantinə alındı- FOTO

Türkiyənin Kocaeli şəhərində yerləşən 7500 nəfərin çalışdığı "Ford Otosan" fabrikində 893 işçinin koronavirus testlərinin nəticələrinin müsbət olduğu və ya virusa yoluxanlarla təmasda olduqları üçün evdə karantinə alindığı bildirilir.. . Sonxeber.az xəbər verir ki, bu bərədə Türkiyə mətbuat

21 noyabr 2020

Qazimiz onun həyatını xilas edən şəhidin ailəsini ziyarət etdi-VİDEO

İkinci Vətən müharibəsində qəhrəmanlıq göstərərk qazi olan igidimiz müharibə vaxtı onun həyatını xilas edərək şəhid olan digər bir igidimizin ailəsini ziyarət edib.. . Sonxeber.az həmin görüntünü təqdim edir:. .

21 noyabr 2020

Paşinyan ordudakı vəziyyətdən çıxış yolu AXTARIR

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı məğlubiyyətdən sonra Ermənistan Silahlı Qüvvələrində islahatların aparılmasının vacibliyini bildirib.. . Sonxeber.az xəbər verir ki, Paşinyan bu barədə yeni müdafiə naziri Vaqarşak Arutyunyanı nazirliyin heyətinə təqdim edərkən danışıb.. . "Ba

21 noyabr 2020

Kutsi bu xanıma AŞİQ OLDU- FOTO

7 illik sevgilisi Feyza Çıpadan 6 ay əvvəl ayrılan tanınmış türkiyəli müğənni Kutsi eşq yaşamağa başlayıb.. . Sonxeber.az xəbər verir ki, "Benim adım Melek" serialındakı Halil Şirhan obrazını canlandıran Kutsi eyni serialda rol alan uşaq aktyor Poyraz Arın anasına aşiq olub. Kutisnin yeni sevgilisini

21 noyabr 2020

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı - gündəlikdə 6 məsələ var

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi məlum olub.. . Sonxeber.az-ın məlumatına görə, parlamentin növbəti plenar iclası noyabrın 24-də keçiriləcək. İclasın gündəliyinə 6 məsələ daxil edilib.. . Gündəliyə daxil edilən məsələlər aşağıdakılardır:. . 1.Vətən Müharibəsində qələbə münasibətil

21 noyabr 2020

Nazir koronavirus xəstəsinin görüntülərini PAYLAŞDI- VİDEO

Koronavirus hadisələri və ölüm sayında sürətli artım davam edərkən, tez-tez xəbərdarlıq edən Türkiyənin Səhiyyə naziri Fahrettin Koca reanimasiya xidmətindən gözyaşardıcı görüntüləri paylaşıb.. . Sonxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, nazir "Bu gün köhnə normal həyatımızı özümüzdə

21 noyabr 2020