"EU Reporter": Azərbaycan regionda yeni reallıq yaratdı

"EU Reporter": Azərbaycan regionda yeni reallıq yaratdıAvropanın nüfuzlu "EU Reporter" analitik portalı "Dağlıq Qarabağ sualına cavab" adlı məqalə yayıb.

Sonxeber.az xəbər verir ki, müəllif məqalədə dünya güclərinin on illərdir Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində səylər göstərməsinə baxmayaraq, hansısa bir irəliləyişə nail olmaq üçün davamlı təzyiq göstərmədiklərini bildirir. Qeyd edir ki, belə bir şəraitdə Ermənistanla Azərbaycan arasında uzun müddətdir davam edən bu münaqişənin danışıqlar masası arxasında deyil, məhz döyüş meydanında həll olunması qaçılmaz idi və keçən həftə imzalanmış tarixi sülh razılaşması da bunu bir daha sübut etdi.

Məqalədə imzalanmış sülh razılaşmasına istinadla qeyd edilir ki, bu sənədə əsasən Azərbaycan öz suveren ərazisini bərpa edir. Ermənistanın işğalçı qüvvələri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən geri çəkilir və bu ərazilərə sülhməramlı qüvvələr daxil olur. Azərbaycanlı məcburi köçkünlər Qarabağ ərazisinə və ona bitişik rayonlara qayıdırlar.

Məqalədə ədalətin bərpa olunduğu bildirilir. Müəllif vurğulayır ki, beynəlxalq ictimaiyyət münaqişə ilə bağlı vəziyyətin bu nöqtəyə çatması üçün qan tökülməsini tələb edən şəraitin yaradılmasına görə utanmalıdır. Çünki əgər vaxtında razılaşdırılmış beynəlxalq diplomatik təzyiqlər həyata keçirilsəydi eyni nəticəni əldə etmək mümkün olardı.

Müəllif qeyd edir ki, uğurlu hərbi gedişləri ilə Ermənistan silahlı qüvvələrini 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərdən geri çəkilməyə məcbur etməsi nəticəsində Azərbaycan regionda yeni reallıq yaratdı.

Vurğulanır ki, son aylarda baş verən hadisələr bütün dünyanın diqqətini Cənubi Qafqaza yönəltdi, bu regionun necə strateji əhəmiyyət daşıdığı bir daha özünü göstərdi. Cənubdan İran, şimaldan isə Rusiya ilə həmsərhəd olan Azərbaycan Asiya ilə Avropanı birləşdirən körpü rolunu oynayır. Bu ərazidən təkcə yeni dəmir yolu xətləri deyil, həm də Avropanın əsas enerji mənbələrindən biri olan, Azərbaycanın Xəzər dənizində yerləşən yataqlarından daşınan neft və qaz boru kəmərləri keçir. Həm qədim, həm də XXI əsr İpək Yolunun üzərində yerləşməklə bu bölgə istər xəritədəki geoiqtisadi mövqeyindən, həm də öz təbii ehtiyatlarından səmərəli istifadə etməklə dünyanın iqtisadi mərkəzlərindən birinə çevrilə bilər. Beynəlxalq diplomatik dairələrin bu bölgədəki fəaliyyəti uğursuz olub, indi beynəlxalq investisiya təşkilatlarının həmin səhvi düzəltmək vaxtı gəlib çatıb./Publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1969   Tarix: 21 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Canavar sürüsü evi "mühasirəyə aldı": Qorxunc görüntülər - VİDEO

Kanadada yaşayan bir ailənin evinin qarşısına qəfildən canavar sürüsü toplaşıb. Evin qapısını açan ailə üzvləri gördükləri mənzərə qarşısında nə edəcəklərini bilməyiblər. Ailənin mobil telefonla lentə aldığı görüntülər sosial şəbəkələrdə gündəm olub

28 mart
.

Qalaktikamızdakı qara dəliyin yeni görüntüsü yayımlandı - FOTO

Alimlər qalaktikamızın mərkəzindəki qara dəliyin yeni görüntüsünü aşkar ediblər. xarici mətbuata istinadən xəbər verir ki, Event Horizon Teleskopu (EHT) Süd Yolu Qalaktikasının mərkəzində yerləşən superkütləli "Sagittarius A*" qara dəliyinin aydın fotosunu paylaşıb. saytının məlumatına görə

28 mart
.

Bu ölkədə meymunlar şəhəri işğal etdi, əməliyyat keçirildi

Taylandda meymunlar şəhəri "işğal" edib. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Taylandın Lopburi şəhərində meymunların yemək axtarmaq üçün şəhərə enməsi xaos yaradıb. Vəziyyət o həddə çatıb ki, meymunlar yemək tapmaq üçün şəhərin mərkəzindəki evlərə, mağazalara girir, bəzən insanları

28 mart
.

"Alatoranlıq" filminin ulduzu ata olub - FOTO

Britaniyalı aktyor Robert Pattinson ata olub. Bir gün əvvəl "Alatoranlıq" filminin ulduzu jurnalistlər tərəfindən yeni doğulmuş körpəsilə gəzinti zamanı çəkilib. Uşağın anası aktyorun sevgilisi, model Suki Uoterhausdur. O, sonuncu dəfə fevralın 24-də ictimaiyyət qarşısında görünüb. Yeri gəlmişkən

27 mart
.

İş yerindəki yanğın dəhşətli cinayətin üstünü AÇDI: Əllərini arxadan bağlayıb...

Türkiyədə anbarda baş verən yanğının söndürülməsi dəhşətli hadisəni üzə çıxarıb. xarici mediaya istinadən xəbər verir ki, anbardan meyit tapılıb. Hadisə İstanbulun Bahçelievler qəsəbəsində anbarında baş verib. Baş verən yanğından sonra anbarda əli arxadan bağlanmış kişi meyiti tapılıb. Yanğınsöndürənlə

28 mart
.

"Krokus Siti Holl"da törədilən terror aktı nəticəsində xəsarət alanların sayı açıqlanıb

"Krokus Siti Holl"da törədilən terror aktı nəticəsində xəsarət alanların sayı 372-yə çatıb. xəbər verir ki, bu barədə "112" Telegram kanalı məlumat yayıb. Bildirilib ki, martın 27-də Moskva vilayətinin Səhiyyə Nazirliyi konsert zalında törədilən terror aktı qurbanlarının siyahısın

28 mart
.

Kakaonun qiyməti rekord vurdu

Kakao dənələrinin birja qiymətləri ticarət tarixində ilk dəfə olaraq bir ton üçün 10 min dolları ötüb. Gün ərzində Qitələrarası Birjada (ICE) bir ton kakaonun qiyməti 10 080 dollara çatıb. Bu növ məhsulun qiymət artımı illik müqayisədə 134% olub. Mütəxəssislər hesab edirlər ki, qiymət dinamikasını dünyanı

27 mart
.

"Crocus" teraktında şübhəli bilinən şəxslə bağlı YENİ MƏLUMAT

Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında törədilən terror aktı ilə bağlı təqsirləndirilən Alişer Kasımovun bir neçə kafesi var. xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. Həmçinin son məlumatlara görə, Kasımova aid "Çayxana" kafesi hazırda möhürlənib

28 mart
.

Rusiyada şəhərin üzərində səma narıncı rəngə boyandı - FOTO

Rusiyanın Blaqoveşensk şəhəri üzərində səma narıncı rəngə boyanıb. xəbər verir ki, bu barədə ölkənin teleqram kanalları məlumat yayıb. Amur vilayətinin hidrometeorologiya mərkəzinin məlumatına görə, buna Monqolustan və Çindəki qum fırtınaları səbəb olub. Şəhər sakinlərinə gözlərini tozdan qorumaqla bağl

28 mart