Azərbaycan Premyer Liqasında X tura yekun vurulur

Azərbaycan Premyer Liqasında X tura yekun vurulurBu gün Azərbaycan Premyer Liqasında X turun son oyunu keçiriləcək.

Sonxeber.az-ın məlumatına görə, "Sabah" "Bank Respublika Arena"da "Səbail"lə qarşılaşacaq.

Noyabrın 21-nə nəzərdə tutulan, lakin qonaq komandanın heyətində 4 futbolçunun koronavirus testi müsbət çıxdığı üçün təxirə salınan qarşılaşma saat 16:00-da start götürəcək.

Son 6 matçda məğlub olan Masazır təmsilçisi 6 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Bir oyun az keçirən "dənizçilər" isə 9 xalla 6-cı sırada yer alıb.

İndiyədək ölkə çempionatında 8 dəfə üz-üzə gələn komandalar eyni sayda (3) qələbə qazanıblar. 2 görüş isə heç-heçə başa çatıb. Topların sayında meydan sahiblərinin minimal üstünlüyü var - 10:9. "Sabah" son 5 matçdan yalnız birində qol vura bilməyib. "Səbail" son 3 səfər oyununda qalib gəlməyib.

Azərbaycan Premyer Liqası

X tur

16:00. "Sabah" - "Səbail"
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Rəhim Həsənov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Bank Respublika Arena".

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" evdə "Sumqayıt"ı 3:1, "Neftçi" səfərdə "Qəbələ"ni 4:1, "Zirə" isə doğma meydanda "Keşlə"ni 3:1 hesabı ilə məğlub edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 479   Tarix: 23 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Futbolda ofsayd qaydası dəyişdirilə bilər

Futbolda ofsayd qaydası dəyişdirilə bilər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Assosiasiyaları Şurası məlumat yayıb. Yeniliyə əsasən, hücum edən komandanın oyunçusu ötürmə anında bütün bədəni ilə rəqib müdafiəçini qabaqladığı təqdirdə oyundankənar vəziyyət hesab olunacaq

20 mart
.

Azərbaycanın U-21 millisi Bakıda İngiltərəyə böyük hesabla məğlub olub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, F qrupunda yer alan yığma liderlər qrupunda qərarlaşan İngiltərə ilə qarşılaşıb. "Qarabağ Arena"da baş tutan qarşılaşmadan qonaq komand

22 mart
.

"Neftçi"nin Moskva "Spartak"ı ilə oyunu ləğv olunub

"Neftçi" ilə Moskva "Spartak" arasında keçirilməsi nəzərdə tutulan yoldaşlıq görüşü baş tutmayacaq. "Report" xəbər verir ki, matç Rusiya klubunun xahişi ilə ləğv olunub. Buna səbəb Moskva vilayətindəki "Crocus City Hall"da baş verən terror aktı nəticəsində ço

23 mart
.

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

"Qarabağ" FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi Qurban Qurbanovu da hiddətləndirib. " "a istinadən xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi bundan dolayı oyunçusuna sərt üzünü göstərib, Elvini külli miqdard

28 mart
.

"Qarabağ" sabah çempion ola bilər

"Qarabağ" sabah ölkə çempionluğunu təmin edə bilər. "Qafqazinfo" xəbər verir ki, 28-ci turda Ağdam təmsilçisi "Kəpəz"lə qarşılaşacaq. Qurban Qurbanovun komandası qələbə qazanacağı halda xalını 69-a yüksəldəcək. "Qarabağ"ın ən yaxın izləyiciləri "Sabah"

28 mart
.

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri yayılıb. Bununla bağlı videonu yayıb. Belə ki, martın 17-də U-13 liqası çərçivəsində keçirilən "Turan Tovuz" FK - "Azəri" (Gəncə) oyununun 15-ci dəqiqəsində qonaqların baş məşqçisi Elşən Əliyev baş hakimi təhqir edib. Yayıla

28 mart
.

"Qalatasaray"ın oyunu ilə bağlı qalmaqallı görüntülər ortaya çıxdı - Video

Türkiyə Süperliqasının 26-cı turunda keçirilən "Qalatasaray" – "Antalyaspor" (2-1) matçı ilə bağlı baş tutan hakim iclasının görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülərdə adıçəkilən matçın hakimləri Abdulkadir Bitigenle Özgür Yankayanın (VAR hakimi) səh

27 mart
.

Dani Alveş azadlığa buraxıldı

Barselona məhkəməsi keçmiş braziliyalı futbolçu Dani Alveşi 1 milyon avroluq girov qarşılığında azadlığa buraxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Bundan əvvəl Dani Alveşin vəkili İnes Qvardiola Barselona məhkəməsinin hökmündən apellyasiya şikayət

20 mart
.

Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək

Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək. İlk dəfə Bakıda təşkil olunan futbol üzrə "FIFA series – Edition 2024" layihəsi çərçivəsində bu gün ilk oyunlar keçiriləcək. "Report"un məlumatına görə, Azərbaycan millisi birinci görüşünə çıxacaq. Arif Əsədovun rəhbərli

22 mart