Azərbaycanda 18 yaşdan aşağı insanların evdən çıxmasına qadağa qoyula bilər-AÇIQLAMA

Azərbaycanda 18 yaşdan aşağı insanların evdən çıxmasına qadağa qoyula bilər-AÇIQLAMAXəbər verdiyimiz kimi noyabrın 22-də Azərbaycanda koronavirusa yoluxanların sayı rekord həddə çatıb. Belə ki, 3196 nəfər koronavirusa yoluxub, 24 nəfər dünyasını dəyişib. Yoluxma artma dinamikası ilə davam edərsə, Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, deputat Musa Quliyev bildirib ki, biz aprel ayındakı sərtləşmiş karantin rejiminə yenidən qayıtmalıyıq.

Bunun forması yəqin ki, Operativ Qərargah tərəfindən müəyyənləşəcək. İnsanlar arasında təması azaltmaq üçün lazım olan bütün tədbirlər görülməlidir. Artıq açıq havada da maska taxmaq məcburi oldu. Mən demirəm ki, 14 gün və daha çox müddətə insanlar evə qapadılsın. Çünki bunun sosial və psixoloji gərginliyi olur. Ən azı həftə sonları "sms icazə"yə keçmək olar. İki-üç həftə 65 yaşdan yuxarı insanların və 18 yaşdan aşağı insanların evdən çıxmasına qadağa qoyula bilər. Ümumiyyətlə onların evdən çıxmasına sosial və iqtisadi zəruriyyət yoxdur. Bu insanlar küçəyə çıxıb bir-birilərini yoluxdururlar. Təcrübədə onu göstərir ki, reanimasiyada olan xəstələrin çoxsusu 65 yaşdan yuxarı insanlardır. Bu insanlarda yaşla əlaqədar başqa xəstəliklər də olur. Ona görə də hesab edirəm ki, biz bu qadağanı tədbiq edə bilərik. Bu küçədə insanlarını və yoluxanların sayını azaldacaq. Ən önəmlisi siə nəqliyyatda sıxlıq aradan qaldırıla bilər".

Deputat vurğulayıb ki, dövlət müəssisələrində işçilərin sayı 30 faizə endirilib:

"Qalanları ya evdən işləyir, ya da sürüşə qrafiqlə. Bunu bütün özəl və dövlət müəssisələrinə tədbiq etmək lazımdır. Elə sahələr var ki, onlar evdən də işini görə bilərlər. Ona görə də onların işə çıxması vacib deyil. Səhiyyə, ərzaq və qəza xidmətlərdən başqa yerdə qalan müəssisələrdə insan sayını azaltmaq lazımdır. Çünki bu gedişlə ciddi problemlərlə üzləşəcəyik. Xəstəxanalarda demək olar ki, yerlər çox məhduddur. Reanimasiyalarda bəzən yerlər çatışmır.

Bu dinamika ilə davam edərsə biz 2500 və 3000 xəstəni xəstəxanalara götürə bilərik. Bundan əlavə biz tibb işçilərini də qorumalıyıq. Nə qədər xəstə çox olarsa tibb işçilərinin yoluxma ehtimalı da çox olacaq. Dərman ehtiyatı da tükənməz deyil. Bunları da fikirləşməlidir. Hesab edirəm ki, yaxın günlərdə Operativ Qərargah daha sərtləşmiş karantin rejimi ilə bağlı qərar verə bilər. Rayonlararası əlaqəni də minumuma endirmək lazımdır. Allah şəhidlərimizə rəhmət etsin. Artıq şəhid dəfnləri də yekunlaşır. Yas mərasimlərini məhdud sayda insanlarla yalnız dəfn günü keçirib, digər günləri təxirə salmaq lazımdır. Eyni zamanda restoranların işinə yenidən məhdudiyyət qoymaq lazımdır. Market və restoranlar onlayn işləməyə üstünlük verməlidir. Bu da küçədə insan sıxlığının qarşısını alacaq. Ən önəmlisi isə bu yolla yoluxma mənbələrini azalda bilərik. Hələ qış qabaqdadır, soyuq aylar çoxdur. Yəqin ki, virus əleyhinə vaksinin ölkəyə gəlib çıxması 2-3 aya mümkün olacaq. Ona görə də hesab edirəm ki, Operativ Qərargah daha sərt karantin rejiminə keçirilməsi barədə düşünməlidir".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6840   Tarix: 23 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Telegram"da tezliklə 16 yeni funksiya olacaq

"Telegram"ın həmtəsisçisi və baş direktoru Pavel Durov mesencerdə tezliklə 16 yeni funksiyanın görünəcəyini açıqlayıb. Onun sözlərinə görə, yeni funksiyaların əksəriyyəti artıq tətbiqə inteqrasiya olunub, lakin hələ ki istifadəçilər üçün əlçatan deyil. Durov son yeniləmə ilə birbaşa mesencerd

16 aprel
.

Paşinyan: ""Artsax" sovet dövründə elit restoran olub- başqasından xəbərim yoxdur..."-VİDEO

Paşinyan gənclərlə son görüşlərindən birində "Artsax" sözünə istehza edib. xəbər verir ki, bu haqda məlumat və video-görüntülər sosial şəbəkələrin erməni seqmentində yayılıb. "Paşinyan "artsax" sözünü ələ salır, onun sözlərinə görə, "artsax" sovet dövründə İcevand

16 aprel
.

Yüksək bal toplayan şagird: "Hədəfim ADA Universitetində təhsil almaqdır" - FOTO

Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini açıqlayıb. Yüksək bal toplayanlar arasında Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Mələkxanım Piriyeva da var. 286,9 bal toplayan şagird Maliyy

16 aprel
.

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ: Kvota müəyyənləşdi

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 500 kvota yeri ayırıb. "Report" xəbər verir ki, bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemə məsul şəxs olan Vüsal Cahangiri deyib

16 aprel
.

Bu kommunal xidmət bahalaşacaq - "Sentyabrın 1-dən..." - RƏSMİ

Son günlərdə sentyabr ayından "Azəristiliktəchizat" ASC tərəfindən qeyri-əhaliyə satılacaq istilik təchizatı xidmətlərinin qiymətlərinin artacağı barədə xəbərlər yayılıb. Qurumun mətbuat katibi Elvin Basqallı Bizim.media-ya bildirib ki, 2024-cü ilin 1 sentyabr tarixindən qeyri-əhali qrupun

16 aprel
.

Şəhid anası vəfat etdi

2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri zamanı şəhid olan Mais Məhərrəmlinin anası dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Mahirə xanım Naxçıvanda vəfat edib. Qeyd edək ki, MAHHXHQ Məhərrəmov Mais Füzuli oğlu 1982-ci ildə Şahbuz rayonunda anada

16 aprel
.

Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıb

Baş Nazir Əli Əsədov "Qarabağ Universitetinin yaradılması haqqında" Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının qəbul edilməsi ilə əlaqədar Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi, Azərbaycan SSR Nazirlər Sovetinin "Stepanakert şəhərind

16 aprel
.

Çətir şimşəkdən qoruyurmu?

Bəzi insanlarda tufan və şimşək kimi təbiət hadisələrindən qorxu var. xəbər verir ki, statistikalar göstərir ki, bir insanın ölmə ehtimalı yüksəkdir. "Bir çox insanı sual maraqlandırır: tufan zamanı açılan adi çətiri ildırım vura və qəzaya səbəb ola bilərmi? Teorik olaraq bu mümkündür. İldırım ərazidək

16 aprel
.

Kürdə batan ata və qızının axtarışları davam edir - VİDEO

Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlu və 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir. Bu barədə -a FHN-i

16 aprel