DİQQƏT: Açıq havada siqaret çəkənlər cərimələnəcək - RƏSMİ
Sosial şəbəkələrdə açıq havada siqaret çəkən şəxslərin cərimə olunub-olunmayacağı müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər də 100 manat cərimələnəcək:
"Nazirlər Kabinetinin qərarında qeyd olunub ki, maskadan istifadə mütləq və məcburidir. Maskasız siqaret çəkən şəxslər də mütləq cərimələnəcək. Küçədə siqaret çəkməsinlər. Siqaret çəkmək istəyən şəxslər getsin, evində çəksin".
Qeyd edək ki, Nazirlər Kabineti "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında" qərar verib. Qərarla müəyyən edilib ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir.
Bu tələblərinin pozulmasına görə, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.
(unikal.org)
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 3960 Tarix: 23 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Bu kəndə köçənlərə illik 8000 avro ödəniləcək
İtaliyada əhalisinin əksəriyyəti yaşlı sakinlərdən ibarət olan, böyük hissəsi boşalmış Santo Stefano - Di Sessanio kəndini xilas etmək üçün yerli hökumət orqanları maraqlı bir addıma imza atıblar.. . Belə ki, şəhər bələdiyyəsi yeni sakinlərə ilk üç il ərzində ildə 8000 avro (15 867 AZN) pul verəcək.
9 yanvarAlimlərdən xəbərdarlıq - çox nadir astronomik hadisə olacaq
Rays Universitetinin (ABŞ) astronomları dekabrın 21-də günəş batandan sonra Yupiter və Saturn planetlərinin gecə səmasında bir-birinə minimum məsafədə yaxınlaşacağını hesablayıblar.. . Sonxeber.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "phys.org" saytındakı press-relizd
23 noyabr 2020Erməni cinayətləri Perunun ən çox nəşr olunan qəzetində
Perunun ən çox oxunan "El Comercio" qəzetində Azərbaycan Respublikasının bu ölkədəki səfiri Məmməd Talıbovun Ermənistan-Azərbaycan münaqişəsi və atəşkəs bəyanatı haqda müsahibəsi efirə gedib.. . Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Sonxeber.az-a verilən məlumata görə, münaqişəni
23 noyabr 2020Leykemiyanın aşkar olunmayan əlamətləri üzə çıxdı
Qan xərçəngindən əziyyət çəkən pasiyentlərdə bir çoxu aşkar edilməyən bəzi simptomlar ortaya çıxa bilər.. . "Report" xəbər verir ki, bu barədə "Leukemia Care" təşkilatına istinadən "Yexpress" yazıb.. . Xüsusi halda, belə əlamətlərdən biri gecələr tərləmədir. Qeyd edili
23 noyabr 2020Fulya Öztürk Azərbaycan haqqında ELƏ sözlər dedi ki...-VİDEO
"Üzünü daha əvvəl heç görmədiyiniz insanlar.Daha əvvəl heç getmədiyiniz bir ölkənin insanları "Bacımız oldun" dedi sizə?. . Ürəkdən nə hiss edərdiniz ?. . Ürəyiniz sürətlə döyünər.Mənim döyündü.Qürurlanadım. . Mən işimi gördüm, Mustafa Kamal Atatürkün də dediyi kimi -"Müxbir gördüyünü
23 noyabr 2020Aptek sakinə 3,5 milyon ABŞ dolları qazandırdı
Kolumbiyanın Medelin şəhərinin sakini yerli aptekdə lotereya bileti alaraq, 3,5 milyondan çox ABŞ dolları udub.. . "Report" xəbər verir ki, bu barədə "La FM" radiostansiyası xəbər verir.. . Ölkədəki lotoreya oyunlarının təşkilatçı şirkəti "Baloto Revancha" tvitterdəki səhifəsind
23 noyabr 2020Qidanı xərçəng xəstəliyinə çevirən əsas səhv açıqlandı
Rusiyanın tanınmış onkoloq-cərrahı, tibb elmləri namizədi Mixail Myasnyankin qidanın hansı şəraitdə xərçəng xəstəliyinə səbəb olmasından danışıb.. . Bu barədə "Report" RİA Novosti"yə istinadən xəbər verir.. . Mütəxəssisin sözlərinə görə, məhsullar mineral gübrələr və ya kanserogen maddələrl
23 noyabr 2020Ürəyi dayanan 9 əsgəri əlləri ilə belə XİLAS ETDİ- VİDEO
Həkim Bəhruz Məmmədov ağciyər döş qəfəsini dəlib keçən qəlpə yarası ilə xəstəxanaya daxil olan yaralı əsgəri dayanmadan 25 dəqiqə qapalı ürək masajı edib. . . Sonxeber.az xəbər verir ki, Bəhruz Məmmədov əks- hücum əməliyyatları başlayan ilk gündən könüllü həkim kimi cəbhə bölgəsinə yollanıb. O Tibb Universitetini
23 noyabr 2020Azərbaycanda virusa görə insanlar bu saatlarda küçəyə çıxacaq? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Türkiyədə yeni koronavirus tədbirləri daxilində ticarət mərkəzləri, market, bərbər, restoran və kafelər saat 20.00-da bağlanacaq, həftə sonu komendant saatı qüvvəyə minəcək. . . Bütün əyalətlərdə 65 yaş və yuxarı yaşda olan insanlar, şənbə gününə qədər gün ərzində 10.00-13.00 saatlarda
23 noyabr 2020