Səhiyyə işçilərinə maaşların verilməsi qaydası dəyişdirildi

Səhiyyə işçilərinə maaşların verilməsi qaydası dəyişdirildiİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müvafiq qərarı ilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası"nda dəyişiklik edilib.

Bu barədə Dövlət Agentliyindən Sonxeber.az-a məlumat verilib.

Bildirilib ki, qaydaya əsasən, tibb işçilərinin əməkhaqlarına vəzifə (tarif) maaşları, əmək şəraitinə görə ödənilən əlavələr,həvəsləndirici əlavələrvə Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir. Tibb işçilərinə həvəsləndirici əlavələr vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq,aylıq sabit və ya işin nəticələrinə görə aylıq həvəsləndiriciəlavələrşəklində verilir.

Dəyişikliyə əsasən, tibb işçilərinə verilən sabit həvəsləndirici əlavələr üzrə ixtisasların/vəzifələrin sayı artırılıb və yeni redaksiyada təsdiq edilib. Əvvəlki Qaydaya görə 9 ixtisas/vəzifə üzrə həkimlərə aylıq sabit həvəsləndirici əlavə verilirdisə, yeni dəyişikliyə əsasən hazırda bu say artırılaraq16-ya yüksəlib.

Bununla yanaşı, bir sıra ixtisaslar/vəzifələr üzrə sabit həvəsləndirici əlavələrin məbləği tibb müəssisələrinin fəaliyyət göstəricisindən asılı olaraq müəyyənləşdirilib. Belə ki, tibb müəssisələri 3 qrupa (1-ci, 2-ci və 3-cü qruplar) bölünüb (Cədvəl 1).

Cədvəl 1.

İxtisasın/vəzifənin adı

Həkimlərin əməkhaqlarına tətbiq edilən aylıq sabit həvəsləndirici əlavələrin məbləği

1

Tibbi şöbələrin (bölmələrin) müdirləri (həkim-stomatoloqlar istisna olmaqla)

100 manat

2

Səhiyyə xidmətlərinin təşkili şöbəsinin həkimləri (həkim-stomatoloq istisna olmaqla)

200 manat

3

Provizor vəzifəsi üzrə çalışan həkimlər

260 manat

4

Ailə həkimi ixtisasları üzrə çalışan həkimlər

300 manat

5

Hemodializ şöbəsinin həkimləri

360,00 manat

6

Uşaq nevroloji sanatoriyasının həkimləri (psixoloq və loqoped istisna olmaqla)

200,00 manat

7

Həkim-dietoloq ixtisasıüzrə çalışan həkimlər

200,00 manat

8

Həkim-patoloq-anatom

200,00 manat

9

Həkim-ftiziatr

300,00 manat

10

Həkim-hematoloq

300,00 manat

11

Həkim-laborant ixtisası üzrə çalışan həkimlər

1-ci qrup tibb müəssisələri

240,00 manat

2 və 3-cü qrup tibb müəssisələri

340,00 manat

12

Həkim-statistik vəzifəsi üzrə çalışan həkimlər

1-ci qrup tibb müəssisələri

240,00 manat

2 və 3-cü qrup tibb müəssisələri

340,00 manat

13

"Ailə Sağlamlıq Mərkəzi" şöbəsinin rəhbəri vəzifəsi üzrə çalışan həkim

480,00 manat

14

Həkim-anestezioloq-reanimatoloq ixtisası üzrə çalışan həkimlər

Qadın məsləhətxanasında və Ailə Sağlamlıq Mərkəzində çalışan həkim mama-ginekoloq

15

Aptek bölümünün rəhbəri vəzifəsi üzrə çalışan həkim

1-ci qrup tibb müəssisələri

370,00 manat

2 və 3-cü qrup tibb müəssisələri

570,00 manat

16

Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri

2 və 3-cü qrup tibb müəssisələri

910,00 manat

*Bundan əlavə, həkimlərə xidmətə görə həvəsləndirici əlavələr verilir.

Cədvəl 1-in6-cı, 9-cu və 14-cü bəndləri istisna olmaqla, digər bəndlər 21 yanvar 2020-ci il tarixindən qüvvəyə minir. 9-cu bənd 01 yanvar 2020-ci il tarixindən, 6-cı və 14-cü bənd isə 26 oktyabr 2020-ci il tarixindən qüvvəyə minir.

Aylıq həvəsləndirici əlavələrisə həkimlərə ixtisasları/vəzifələri üzrə göstərilən xidmətin ölçülməsi və dəyərləndirilməsi məqsədilə verilir. Optimal iş yükünü və iş saatlarını nəzərə alaraq, həkimlərin xidmətlərinin yuxarı kəmiyyət həddi məhdudlaşdırılır və yuxarı kəmiyyət həddini aşaraq göstərilən tibbi xidmətlərə görə əlavələr ödənilmir.

Reanimasiya ilə yanaşı, yeni dəyişikliyə görə intensiv terapiya və anesteziologiya, intensiv terapiya bloklarında çalışan həkimlərə hər gecə növbəsi üçün 30 manat, gecə növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat məbləğində normativlərlə bağlı əlavələr verilir.

Orta və kiçik tibb işçilərinin göstərdikləri xidmətlərin xüsusiyyətləri nəzərə alınaraq, onların aylıq vəzifə (tarif) maaşlarına tətbiq edilən həvəsləndirici əlavələr tutduqları vəzifələrdən asılı olaraqaylıqsabit əlavələrşəklində təyin olunur. Dəyişikliyə əsasən iki vəzifə üzrə aylıq sabit əlavələr tibb müəssisələrinin təsnifat qrupuna əsasən müəyyənləşdirilib. Belə ki, Qaydanın 19.1-ci bəndi üzrə 6-cı və 9-cu sətirlərəCədvəl 2-dəkidəyişikliklər edilib. Qərara əsasən bu dəyişikliklər 01 yanvar 2020-ci il tarixindən qüvvəyə minir.

Cədvəl 2.

Struktur vahidin/vəzifənin adı

Sabitəlavələrin məbləği

6

Baş tibb bacısı (qardaşı) vəzifəsində çalışan orta tibb işçisi

1-ci qrup tibb müəssisələri

350,00 manat

2 və 3-cü qrup tibb müəssisələri

790,00 manat

9

Baş təsərrüfat bacısı (qardaşı) vəzifəsində çalışan kiçik tibb işçisi

1-ci qrup tibb müəssisələri

150,00 manat

2 və 3-cü qrup tibb müəssisələri

210,00 manat

Həmçinin tibb müəssisəsinin rəhbərliyinə və qeyri-tibb işçilərinə verilən aylıq həvəsləndirici əlavələr üzrə təsnifat qrupunda da dəyişiklik edilib (Qaydanın 16-4-cü bəndi). Tibb müəssisəsinin rəhbərliyinə və qeyri-tibb işçilərinə verilən aylıq həvəsləndirici əlavələr 21 yanvar 2020-ci il tarixindən qüvvəyə minir.

Qərarda qeyd edilən bütün digər bəndlər isə 26 oktyabr 2020-ci il tarixindən qüvvəyə minir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 918   Tarix: 23 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ad, ata adı və soyad necə dəyişdirilir? - CAVAB

Maraqlıdır, ad, ata adı və soyad necə dəyişdirilir?. xəbər verir ki, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə

16 aprel
.

Kişilərə pis xəbər - Nişan üzüklərində görün nə yerləşdirirlər

Xiaomi şirkəti Black Shark da ağıllı üzük hazırlayıb. Əvvəllər oyun cihazlarının hazırlanmasına önəm verən şirkət bu mövzuda da rəqabət aparacaq. -ın xarici KİV-ə istinadən xəbərinə görə, hələ tam təfərrüatları açıqlanmayan "Black Shark" ağıllı üzük çox yaxında satışa çıxarılacaq və şirkəti

16 aprel
.

Qeyri-etik paşlaşımlar edən "Semka" ləqəbli tiktoker həbs edildi

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, tədbirlərlə 1994-cü il təvəllüdlü

16 aprel
.

Bu kommunal xidmət bahalaşacaq - "Sentyabrın 1-dən..." - RƏSMİ

Son günlərdə sentyabr ayından "Azəristiliktəchizat" ASC tərəfindən qeyri-əhaliyə satılacaq istilik təchizatı xidmətlərinin qiymətlərinin artacağı barədə xəbərlər yayılıb. Qurumun mətbuat katibi Elvin Basqallı Bizim.media-ya bildirib ki, 2024-cü ilin 1 sentyabr tarixindən qeyri-əhali qrupun

16 aprel
.

Milyarder Fərhad Əhmədovun şirkəti yenə cərimələndi

Teymur Əhmədov adına "AzNar" QSC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 462.1-ci (Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icr

16 aprel
.

Şəxsləri intihara sövq edənləri HANSI CƏZA GÖZLƏYİR? - AÇIQLAMA

İntihar insanın öz iradəsi ilə həyatına qəsd etməsi kimi müəyyən edilir. İntihar çox vaxt insanın yaşadığı acizlik və psixoloji problemin nəticəsidir. Şəxsin çarəsizliyi və problemi olduğu halda buna biganə yanaşmaq geri dönməz nəticələrə səbəb ola bilər. Maliyyə problemləri və şəxslərarası münaqişələ

16 aprel
.

Dilənçinin yığdığı pulların miqdarı şoka saldı: Təəccübləndirən kadrlar - VİDEO

Türkiyənin Diyarbəkir vilayətində dilənçiliklə yığdığı pulunu bütövləşdirmək istəyən kişinin görüntüləri hər kəsi təəccübləndirib. Kadrlar bu hadisəni görən sakinlərdən biri tərəfindən çəkilib. Görüntülər Sur rayonunun turistik məkanında qeydə alınıb. Kişi hər gün burada dilənir və sonra pulu kafeləri

16 aprel
.

Mələkxanım Eyubovanın qızı Nəzrinin xınası - FOTO/VİDEO

Ötən gün Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfovanın xınası baş tutub. xəbər verir ki, Nəzrin yaxın rəfiqələrini biraraya yığaraq məkanlardan birində özünə kiçik xına məclisi təşkil edib. Bloger bu barədə sosial şəbəkə hesabında bildirib. O xınasından olan özəl görüntüləri sosia

16 aprel
.

Sükanı titrəyən avtobusla bağlı - Rəsmi açıqlama

Tərtər-Bakı xətti üzrə hərəkət edən sərnişin avtobusunda təhlükəli anlar yaşanıb. "Qafqazinfo"nun məlumatına görə, sosial şəbəkələrdə yayılan videodan aydın olur ki, magistralda hərəkətdə olarkən avtobusun sükanı qəfil titrəməyə başlayıb. Təhlükəli vəziyyətə baxmayaraq, sürücü avtobusu yo

16 aprel