Azərbaycanda "sms icazə" sistemi bərpa edilə bilər-AÇIQLAMA

Azərbaycanda "sms icazə" sistemi bərpa edilə bilər-AÇIQLAMAAzərbaycanda noyabrın 24-də rekord sayda yoluxma və ölüm qeydə alınıb. Belə ki, 3 646 nəfər koronavirusa yoluxub, 34 nəfər dünyasını dəyişib.Yoluxma sayı artmaqda davam edərsə yaxın günlərdə "sms icazə" sisteminə keçirilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, Azərbaycan son bir neçə ayda iki düşmənlə mübarizə aparırdı:

"Cəbhədə işğalda olan torpaqlarımızı azad etmək üçün rəşadətli ordumuz, Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmancansına döyüşərək, torpaqlarımızın böyük hissəsini, daha sonra isə digər hissəsini də danışıqlar masasında azad etdi.

Hazırda mübarizə apardığımız düşmən koronavirusdur. Bu virus dünya ölkələrini çox ciddi şəkildə təhdid edir. Bilavasitə bu milli təhlükəsizlik məsələsidir. Hər şey vətəndaşlarımızın məsuliyyətli olmasından asılıdır. Artıq virusa yoluxanları sayı durmadan artır. Bu da milli təhlükəsizliyimiz üçün ciddi təhlükədir. Nəyinki Azərbaycanda, bir çox ölkələrdə sərt karantin rejimi ilə bağlı qərarlar verilib. Maksimum dərəcədə çalışılırıq ki, insanlar bu virusdan qorunsun.

Hazırda Azərbaycanda şənbə-bazar günləri aptek və marketlərdən başqa müəyyən məhdudiyyətlər mövcuddur. Növbəti günlərdə əgər xəstəlikdə ciddi artım müşahidə olunarsa və yoluxma sayı durmadan artarsa, dövlət əlavə qərarlar qəbul edilməsi məsələsinə baxa bilər. Bu da əgər ciddi zərurət olarsa "sms icazə" və əvvəlki dövrlərdə tədbiq edilən məhdudiyyətlərdir. Onların yenidən tədbiq edilməsi məsələsi nəzərdə tutula bilər. Buna görə də hər bir vətəndaşımız diqqətli olub, özünü qorumalıdır. Bu gün dövlət üzərində düşən bütün işləri görür. Vətəndaşlarımız da bütün dövlət tərəfindən verilən qərarlara məsuliyyətlə yanaşmalı və qaydalara əməl etməlidir. Əgər istəyiriksə virusdan canımızı tez qurtaraq, bunun üçün də maska taxmalı, sosial məsafəni qorumalı və dezinfeksiya məhlullarından istifadə edərək 3 sadə qaydaya əməl etməliyik. Əks təqdirdə ciddi zərurət yaranarsa daha sərt qərarlar, "sms icazə" və digər məsələlərə baxıla bilər".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5185   Tarix: 25 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Balakəndə 11 əsrə şahidlik edən, inanc yeri olan ağac - VİDEO

Balakənin Katex kəndində yol kənarında bitən, yaşı min ildən artıq olan dağdağan ağacı bu gün də diqqət mərkəzindədir. Belə ki, inanc yeri olan ağacdan müalicə üsulu kimi istifadə edirlər. Həmçinin bu ağac yerli sakinlərlə yanaşı, ərazidən keçən əcnəbi turistlərin də diqqətini çəkir. Daha ətraflı Bak

18 aprel
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19 aprel
.

Qəbiristanlıqdan oğurluq edildi - Keçmiş məhkumlar saxlanıldı

Lənkəran şəhəri ərazisində yerləşən qəbiristanlıqlardan birindən metal məhəccər və dəmir borular oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhku

19 aprel
.

Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub. "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub. "Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar"

18 aprel
.

Çoxuşaqlı ailələrə ayrıca müavinət TƏYİN EDİLSİN - TƏKLİF

Dünya praktikasında 3 uşağı olanlar çoxuşaqlı ailələr hesab edilir. Bu baxımdan Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir. Artıq məsələ Milli Məclisdə müzakirə olunur və yekun qərarın təsdiqlənməsi gözlənilir. Azərbaycanda kütləvi şəkildə boşanmaların olması, o cümlədən ailələri

19 aprel
.

Xəzər dənizində suyun səviyyəsi niyə aşağı düşür? - AÇIQLAMA

Bütün dünyada gedən iqlim dəyişmələri ilə bağlı bir çox problemlər Yer kürəsini təhdid edir. Xəzər dənizində də suyun səviyyəsinin getdikcə aşağı düşməsidir. Aparılan tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin azalması 2040-cı ilə qədər davam edəcəyi deyilir. Bunun səbəbi nədir. Mövzu ilə bağl

19 aprel
.

Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO

Bakıda sürücülər arasında dava baş verib. xəbər verir ki, hadisə paytaxtın Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Sürücülər bir-birinə təpik, yumruq ataraq davanı bir az da gərginləşdiriblər. Verilən məlumata görə, hadisə yol verməmək üstündə baş verib

19 aprel
.

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Elm və Təhsil Nazirliyi "Şərq-Qərb" ASC (VÖEN - 20043631) ilə 1 milyon 996 min 500 manat dəyərində satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilənin şərtlərinə görə "Şərq-Qərb" ASC nazirliyin sifarişi əsasında yeni dərsli

19 aprel
.

Türkiyədə güclü zəlzələ baş verdi (YENİLƏNİB)

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 5,6 maqnitudalı zəlzələ baş verib. Qaynarinfo xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Qeyd olunub ki, zəlzələ yerli vaxtla 18:11-də, 5,99 km dərinlikdə qeydə alınıb. 22:15. Zəlzələ nəticəsində bir sıra binalara ciddi ziyan dəyib. "Report"

19 aprel