19 yaşlı şəxs itkin düşüb
Naftalan şəhərində itkin düşən şəxs axtarılır.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Sonxeber.az-a verilən məlumata görə, Naftalan şəhərinin Qasımbəyli kənd sakini, 19 yaşlı Sahil Əhmədov noyabrın 23-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
S.Əhmədovun əlamətləri belədir: boyu 178 sm., gözlərinin rəngi qəhvəyi, qara saçlı. Evdən çıxan zaman əynində ağ zolaqlı qara köynək, tünd göy rəngdə gödəkçə, boz rəngdə idman şalvarı və idman ayaqqabısı olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin 02235-2-31-15 şəhər və (050) 673-13-05 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 666 Tarix: 25 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBakı Olimpiya Stadionunun qarşısında qəza: Sıxlıq var - FOTO
Paytaxtın Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın qarşısını alma
28 martANS-in məşhur verilişi ekranlara qayıdır: bu dəfə fərqli kanalda
Aparıcı Tarix Əliyev (Tolik) MTV-də daha bir verilişə aparıcılıq edəcək. xəbər verir ki, bu barədə o, "Instagram" səhifəsində paylaşım edib. O bildirib ki, layihə tezliklə təqdim olunacaq:. "MTV-də yeni layihə başlayır. Heç vaxt belə formatda veriliş aparmamışam. Bu dəfə özüm istədim ki
27 martAzərbaycanda universitetdə yüksək vəzifəyə TƏYİNAT - FOTO
Vurğun Məmmədov Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının direktoru təyin olunub. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Qeyd edək ki, V.Məmmədov bu təyinata qədər ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb. Eyni zamanda, tari
27 martLənkəranda dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı
Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, martın 28-də saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes-Benz"
28 martKişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Qafar Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən aza
28 mart