Əli Əhmədov: "Vasitəçiyə inam yoxdursa, demək o artıq vasitəçi ola bilməz"

Əli Əhmədov: "Vasitəçiyə inam yoxdursa, demək o artıq vasitəçi ola bilməz""Qondarma Dağlıq Qarabağın tanınmasının tövsiyyə edilməsinə dair Fransa Senatının qəbul etdiyi qətnamə, mübahisəsiz olaraq, dünya miqyasında ən qeyri- obyektiv, zərərli və prinsipsiz sənəd hesab edilə bilər. Sözügedən qətnamənin timsalında beynəlxalq ictimaiyyət vasitəçinin öz vəzifə borcuna məsuliyyətsiz və qeyri-səmimi yanaşmasının şahidi olub".

"Report"un xəbərinə görə, bunu Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Fransa Senatının məlum qərarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının verdiyi mandata uyğun olaraq Azərbaycan - Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamasalınmasında vasitəçilik missiyasını öz üzərinə götürən dövlətlərdən biri kimi Fransadan tələb olunan ən mühüm şərt obyektivlik, tərəfsizlik və qərəzsizlikdir. Bütün siyasi nüanslara, simpatiya və antipatiya hallarına rəğmən, vasitəçi münaqişə tərəflərinin hər birinə qərəzsiz münasibət göstərməyi bacarmaq zorundadır: "Fransa dövlətinin vaxtilə Prezident Fransua Mitteranın timsalında Dağlıq Qarabağ münaqişəsinin nizamasalınmasında Minsk Qrupunun həmsədlərindən biri kimi tam qərəzsiz mövqe nümayiş etdirəcəyi ilə əlaqədar verdiyi vədlər unudulmayıb. Əslində, vasitəçilik missiyasına razılıq verən dövlətin qərəzsiz mövqedə durması siyasi əxlaq və beynəlxalq hüquqa hörmət məsələsidir. Bu mənada ayrıca vəd verməyə bəlkə də ehtiyac yoxdur. Münaqişə tərəflərinə münasibətdə qərəzsiz davranış sərgiləmək istəməyən və ya bacarmayan dövlət sadəcə olaraq vasitəçilik missiyasından imtina edir".

Əli Əhmədov bildirib ki, Fransa Senatının noyabr ayının 25-də Dağlıq Qarabağın tanınması haqqında məsuliyyətsiz qətnaməsi bu ölkənin öz üzərinə götürdüyü öhdəliklərə onun qanunverici hakimiyyət orqanı nümayəndələrinin məhəl qoymaq fikrində olmadığını göstərir. Ədalət və bərabərlik kimi dəyərlər üzərində qurulan Fransa Respublikasında bir sıra siyasi xadimlərin, ələlxüsus Senatın üzvlərinin böyük bir hissəsinin ədalət anlayışı ilə bir araya sığmayan hərəktlərinə təəssüflənməyə bilmirsən: "Fransa dünyanın ən mühüm beynəlxalq qurumu olan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. Daşıdığı beynəlxalq status Fransadan istənilən mübahisələrdə ədalətli mövqe nümayiş etdirmək məsuliyyəti tələb edir. Öz məsuliyyətini dərk etməyən dövlətin beynəlxalq münasibətlərlə əlaqədar taleyüklü qərar qəbul etmək, hakim rolunu oynamaq səlahiyyəti ciddi suallar doğurur. Fransa Senatının üzvləri erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransa Respublikasının səs verdiyini bilməmiş deyillər. Onlar Fransa Senatının Dağlıq Qarabağ problemi ilə əlaqədar mövqeyinin BMT Təhlükəsizlik Şurasında qəbul edilmiş qətnamələrdə əks olunan beynəlxalq hüquq və prinsiplərinə zidd olduğunu da yaxşı anlayırlar. Görünür, bu qərarı qəbul edən siyasi xadimlər üçün eyni məsələ ilə bir - birinə daban - dabana zidd olan mövqe nümayiş etdirmək, beynəlxalq hüquqa hörmətsizlik göstərmək hər hansı narahatçılıq yaratmır. Əlbəttə, bu onların seçimidir. Lakin ədalətli olmayan, bəyənilməyən, ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi adına və mövqeyinə yaraşmayan seçimdir.

ATƏT-in Minsk Qrupunun öz fəaliyyətini nə vaxt və necə canlandıracağı hələ dumanlı görünür. Lakin Fransa Senatının qəbul etdiyi məlum qətnamənin Minsk Qrupunun fəaliyyətinə ağır zərbə vurduğu şəksizdir. Xüsusilə də, Azərbaycanın Minsk Qrupunun həmsədri kimi Fransanın tərəfsizliyinə inamı ciddi şəkildə sarsılıb. Vasitəçiyə inam yoxdursa, demək o artıq vasitəçi ola bilməz".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 463   Tarix: 26 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

Sabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı il

24 aprel
.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel
.

Nəsib Quliyev dəfn edildi - Fotolar

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel