Koronavirusa yoluxan deputat sağaldı-FOTO
Koronavirusa yoluxan deputat Rəşad Mahmudov sağalıb.
Sonxeber.az-ın məlumatına görə, bu barədə R.Mahmudov özü bildirib.
O deyib: "Alahın izni və eləcə də sizlərin duası ilə mən sağaldım. Fürsətdən istifadə edib diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün dünyamızda və eləcə də ölkəmizdə COVİD müalicəsində ən əsas 3 təhlükəli vəziyyət hökm sürür. 1. Kontrol edilməyən qorxu və stres, 2. Oksigen saturasiyası 90 faizin altına düşmədən sadəcə qripal simptomlara görə insanların xəstəxanaya yerləşdirilməsi üçün axın etməsi, 3. Antiviral preparatların vaxtında qəbul edilməməsi və ya onların yerinə lazımsız (antibiotik) və təhlükəli (deksametazon) preparatların ilk günlərdə qəbul edilməyə başlanılması...
Əmin olun ki, bu üç vacib məqamı dərk edib ona riayət edən cəmiyyətlər bu pandemiya ilə mübarizədə minimum itki ilə vəziyyətdən çıxacaqdır.
Hər birinizə sağlam və təhlükəsiz həyat arzu edirəm. Mən ağciyər tutulması ilə evdə sadəcə doğru dərman (agızdan antiviral tabletka, vitamin C və parasetamol qəbulu), yataq istirahəti və zamanı istifadə edərək müalicə olundum. Arzum qripə yoluxmayın, amma yoluxmaqdan da qətiyyən qorxmayın".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 614 Tarix: 27 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşŞuşada işçilərin maaşını verməyən şirkət 20 min cərimələndi
"MT Construction" tikinti şirkəti Şuşa şəhərinin "Dəmir Yumruq" küçəsində yerləşən yaşayış binalarında insanları işə cəlb edib, maaşlarını vermədiyi üçün cərimələnib. Qaynarinfo-nun məlumatına görə, "MT Constructıon" MMC tikinti işlərinə 10-a yaxın şəxsi rəngsaz-suvaqç
29 martŞeksprin gizli bacısı məlum oldu - ARAŞDIRMA
Ədəbiyyat tarixində iz qoymuş XVI əsr ingilis şairi Uilyam Şekspirin naməlum qardaşının olduğu üzə çıxıb. xarici mənbəyə istinadən xəbər verir ki, İngiltərənin Bristol Universitetində aparılan tədqiqatın nəticələri dərc olunub. Şekspirin atası tərəfindən yazıldığı düşünülən və uzun müddətdir itən sənədi
29 martYAP seçki hazırlığına başladı: Siyahı hazırlanır...
Bu il ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin ilkin siyahısının müəyyənləşdirilməsinə başlanılıb. Bu barədə "Gününsəsi.info" saytı hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Qeyd olunur ki, 125 seçki dairəsi üzrə haki
29 martHüquq və İnsan Haqları İnstitutu ilə keçmiş işçisi arasında qalmaqal
Hüquq və İnsan Haqları İnstitutu məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı İnstitutun əməkdaşı olmuş Fərid Ələkbərovdur. Onun iddiasına Yasamal Rayon Məhkəməsində baxılacaq. İş hakim Ayşən Sultanova-Məmmədovanın icraatındadır. Məhkəmə çəkişməsi əmək münasibətləri üzrə mübahisələrdən ibarətdir
29 martYusif Qədimbəyli cərimələnir
Sədərək firmasına inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə v
29 martSabirabadda avtomobil at arabasına çırpıldı: Xəsarət alanlar var
Sabirabadda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Aran bürosunun məlumatına görə, Xəlfəli kəndində minik avtomobili at arabası ilə toqquşub. Qəza nəticəsində rayon sakinləri - 1984-cü il təvəllüdlü Səmid Fərhad oğlu Həsənov və 1998-ci il təvəllüdlü Qonsur Maqsud oğlu Mirzəyev müxtəli
29 mart