Donbasdakı son durum açıqlandı

Donbasdakı son durum açıqlandıÖtən gün ərzində - 27 noyabrda Rusiyanın silahlı birləşmələri atəşkəs razılaşmalarını altı dəfə pozub. Ukrayna hərbçilərinin şəxsi heyəti arasında itki və ya yaralanan yoxdur.

Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna Birgə Qüvvələrin Qərargahı açıqlayıb.

Qeyd olunub ki, xüsusilə Donetsk vilayətinin Avdeyevka şəhəri yaxınlığında qarşı tərəf lüləaltı qumbaraatan, iriçaplı pulemyot və atıcı silahlardan atəş açıb. Vodyanoe yaşayış məntəqəsi tərəfdə yaraqlılar iriçaplı pulemyotdan və Opıtnı yaşayış məntəqəsinin yanındakı ərazidə tank əleyhinə əl qumbaraatandan istifadə edib.

Bundan başqa, vilayətin Şumı yaşayış məntəqəsi yaxınlığında separatçı qüvvələr lüləaltı qumbaraatan və atıcı silahdan istifadə edərək 2 dəfə təxribata əl atıblar. Bildirilib ki, Katerinovka yaxınlığında qarşı tərəf müxtəlif sistemli qumbaraatanlardan və atıcı silahlardan atəş açıb.

Vurğulanıb ki, Ukrayna hərbçiləri düşmənin hədəflənməmiş atəşinə cavab verməyiblər.

Məlumata görə, sutkanın əvvəlindən yaraqlılar Vodyanoy ətrafında atəşkəs rejimini pozub. Qarşı tərəf atıcı silahlar, müxtəlif sistemli qumbaraatanlar, 120 mm və 82 mm çaplı minaatanlardan istifadə ediblər.

Qeyd edək ki, ötən gün Ukranya silahlı qüvvələrinin işğal altında olan bəzi məntəqələri azad etdiyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Xatırladaq ki, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətləri separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedir. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edir. Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krımı Ukraynanın ərazisi olaraq tanıyır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1229   Tarix: 28 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Cin çıxarmaq adı ilə etdiyi gündəm oldu - VİDEO

Sosial şəbəkələrdə paylaşılan şeytan çıxarma videolarına yenisi əlavə olunub. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Kadrlarda kişinin əlini qadının üzünə qoyması, qadının isə uzanaraq kömək istəyirmiş kimi qışqırması görünür. Video qısa zaman ərzində ən çox baxılan görüntülərdə

27 mart
.

ABŞ-də körpünün çökməsi nəticəsində suya düşən şəxslərin axtarışı aparılır - YENİLƏNİB + VİDEO

Avtomobildə olan ən azı yeddi nəfərin Baltimor şəhərində yük gəmisinin körpüyə çırpılması nəticəsində suya düşdüyü ehtimal edilir. Bu barədə Baltimor şəhərin fövqəladə hallar xidməti idarəsi məlumat yayıb. Məlumata görə, hadisə yerinə dalğıc-xilasedicilərdən ibarət qrup gəlib və suya düşən insanlar

26 mart
.

"Alatoranlıq" filminin ulduzu ata olub - FOTO

Britaniyalı aktyor Robert Pattinson ata olub. Bir gün əvvəl "Alatoranlıq" filminin ulduzu jurnalistlər tərəfindən yeni doğulmuş körpəsilə gəzinti zamanı çəkilib. Uşağın anası aktyorun sevgilisi, model Suki Uoterhausdur. O, sonuncu dəfə fevralın 24-də ictimaiyyət qarşısında görünüb. Yeri gəlmişkən

27 mart
.

Moskvada növbəti terror təhlükəsi!

Rusiya paytaxtı Moskvanın şimal-qərbində yerləşən "Şuka" ticarət mərkəzi bomba təhlükəsi ilə əlaqədar boşaldılıb. "Qafqazinfo"xəbər verir ki, bu barədə TASS-a Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib. "Şuka ticarət mərkəzindəki insanlar partlayış təhlükəsi ilə əlaqəda

27 mart
.

14 yaşdan kiçiklər üçün sosial media qadağası

ABŞ-ın Florida ştatının qubernatoru Ron Desantis 14 yaşından kiçik uşaqların sosial media hesablarına malik olmasını qadağan edən, 14 və 15 yaşlı uşaqlara isə valideynlərinin icazəsi ilə hesab açmağa icazə verən qanunu imzalayıb. bu barədə "Haber Global"a istinadən xəbər verir. Florida Qubernatorluğ

26 mart
.

Dilan Polatın "qara qutusu" Şule əvvəl villa aldı, sonra gecə klubu açdı

Dilan Polatın özbəkistanlı köməkçisi Xaydarova deportasiya edildikdən sonra ölkəsində gecə klubu açıb. xarici mediaya istinadən xəbər verir ki, Dilan Polatın qara qutusu kimi tanınan özbəkistanlı köməkçisi Şulə gecə klubu açıb. Ölkəsinə qayıdarkən təyyarədən çəkdirdiyi TikTok videosunu "Millət olara

28 mart
.

Aktrisanın 9 milyonunu oğurladılar

Rusiyalı aktrisa Yevgeniya İqumnovanın doqquz milyon rublu (təxminən 166 min 500 manat) oğurlanıb. yerli mediaya istinadla xəbər verir ki, naməlum şəxslər onun Sankt-Peterburqun Tyarlevo kəndindəki evinə daxil olublar. Məlumata görə, "Ələddin" cizgi filmində Şahzadə Yasemini səsləndirən aktris

26 mart
.

Borca görə dostlarını qəbiristanlıqda döyüb öldürdülər

Rusiyanın Perm vilayətində qətl hadisəsi olub. yerli mediaya istinadla bildirir ki, hadisə qəbiristanlıqda baş verib. İki dost 150 min rubl (təxminən 2775 manat) borca görə dostlarını öldürüblər. Məlumata görə, zərərçəkən santexnik işləyib və bu yaxınlarda "Volkswagen Polo" markalı avtomobi

26 mart
.

Hindistanın bir şəhəri milyarderlərin sayına görə dünyada üçüncü oldu

Hindistanın Mumbay şəhəri orada yaşayan milyarderlərin sayına görə Asiya şəhərləri arasında liderdir. Bu barədə Hindistanın "Hurun India" reytinq agentliyinin apardığı araşdırmalarda qeyd olunur. Agentliyin araşdırmasına əsasən, Mumbay ilk dəfə olaraq Pekini qabaqlayaraq Asiya ölkələri arasınd

26 mart