Köçürülmə zamanı boş qalan evlər şəhid və qazi ailələrinə verilə bilər? - AÇIQLAMA

Köçürülmə zamanı boş qalan evlər şəhid və qazi ailələrinə verilə bilər? - AÇIQLAMASentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi və ərazi bütövlüyünün bərpası ilə nəticələndi. İşğaldan azad olunmuş rayon və şəhərlərdə yaşayış üçün bütün infrastruktur qurulduqdan sonra məcburi köçkün ailələrinin öz doğma dədə-baba yurdlarına köçürülməsi başlanacaq. Bu gün təklif olunan məsələlərdən biri də Bakıda və digər bölgələrdə dövlət tərəfidən məcburi köçkünlər üçün tikilmiş evlərin 44 günlük Vətən müharibəsində şəhid olan hərbçilərin ailələrinə və qazilərimizə verilməsidir. Məcburi köçkünlərin köçürülməsi zamanı boşaldılan evlər şəhid ailələrinə və qazilərə verilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Ramil Həsən bildirib ki, burada çox böyük bir əhalinin say tərkibindən söhbət gedir:

"Hər birimiz çox gözəl bilirik ki, vaxtı ilə 750 minə yaxın insan Qarabağın ətrafında yaşayıb və oradan məcburi köçkün kimi geri qayıdıblar. Nəzərə alsaq ki, 140 min əhalisi olan Ağdamın,indi 200 minə yaxın əhalisi var. Eləcə 750 min vətəndaşımızın sayı da bəlkə də 1 milyona çatıb. Cənab prezident keçən dəfə bəyanatında bildirdi ki, əhalinin köçürülməsi məsələsi heç də asan deyil.

Hər il təxminən 15 min əhalinin köçürülməsi nəzərdə tutulur. İnfrstrukturun qurulması, vətəndaşlarımızın evlərlə, lazım olan müəssisələrlə təmin edilməsi, yəni məktəb, iş yerləri, baxça, kənd təsərrüfatı və bu kimi yaşayış üçün vacib olunan məsələlər həll olunduqdan sonra insanlarımızın oraya köçürülməsi başlayacaq.

Elə proseslər çərçivəsində boşalcaq evlərin hansı istqamətdə istifadə olunması məsələsi əsas predment kimi ortaya çıxacaq.

İkinci Vətən müharibəsi dövründə şəhid və qazi olan əsgərlərimiz var. Həmin şəxslərin ailələrinin ev şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimizin sosial layihələri var.Düşünürəm ki, köçürülmə dövründə bu evlər boşaldıqdan sora dövlətin müvafiq orqanları müəyyən addımlar ataraq həmin imtiyazdan olan, vətən uğrunda döyüşərək şəhid və qazi olanların ailələrini diqqətdə saxlayacaq".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4263   Tarix: 28 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Suraxanıda 36 yaşlı qadını avtomobil vurub

Bakının Suraxanı rayonunda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. "Report" xəbər verir ki, 1988-ci il təvəllüdlü Xatirə Əyyub qızı Yusifova yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır

28 mart
.

Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında

Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ili tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır. Artıq 27 ildir ki, ölkəmizi

28 mart
.

"Sözügedən verilişlərin vaxtının qısaldıması heç nəyi dəyişmir" - Media eksperti

Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" proqramını, Elgiz Əkbər və Pərvanə Tahirqızının təqdimatında efirə gedən "Elgizlə izlə", . Zümrüd Bədəlovanın "Xəbər-ətər və Zaur Baxşəliyev "Bizimləsən" verilişinin yayım saatının azaldılıb. Məsələ ilə bağl

28 mart
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart
.

DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. xəbər verir ki, videoçarxda DTX əməkdaşlarının quruda, suda və havada keçirdikləri əməliyyatlardan görüntülər əskini tapıb. Videoçarxı təqdim edirik:

28 mart
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28 mart
.

13 yaşlı Zəhranın dəstəyə ehtiyacı var: "Əməliyyat məbləğini toplaya bilmirik" - FOTO

13 yaşlı Zəhra Hacılı B-hüceyrə kəskin mieloblast leykoz M2 (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir. Bu barədə -a onun atası İlkin Hacıyev məlumat verib. O bildirib ki, qızı iki ildir ki, bu xəstəliklə mübarizə aparır:. "Hazırda qızım Milli Hematoalogiya və Transfuziologiya Mərkəzində müalic

28 mart
.

Vaxtilə Qarabağı tərk edən separatçı rejimin qalıqları Qarabağda təxribat törədə bilər? - AÇIQLAMA

Bu gün Ermənistan baş naziri Nikol Paşinyan hökümət iclasında "hökumət" yaratmaq istəyən separatçılara səslənib. O, bildirib ki, vaxtilə Qarabağda fəaliiyət göstərmiş, mühacirətdə olan separatçılar ölkə daxilində yaxud xaricdə "qurum" yaratmağa çalışırlar. Paşinyan açıq şəkildə deyi

28 mart
.

Bu ölkədə uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək

Cənubi Koreyalı bir şirkət, ölkədə kəskin azalan doğum nisbətini düzəltmək üçün milyonlarla dollar ödəyəcək. xarici mənbəyə istinadən xəbər verir ki, Seulda yerləşən tikinti şirkəti "Booyoung Group" işçilərinə hər dəfə uşaq dünyaya gələndə 100 milyon Koreya vonu (75 min dollar) ödəməyi planlaşdırır

28 mart